Icma.az
close
up
RU
Dünyanın ən məşhur dietoloqlarının tarixə düşən pəhrizləri

Dünyanın ən məşhur dietoloqlarının tarixə düşən pəhrizləri

Icma.az bildirir, Saglamolun saytına əsaslanaraq.

Məşhur dietoloq Pol Breq deyirdi ki, ömrü uzatmağın ən yaxşı yolu onu qısaltmamaqdır.

O, hesab edirdi ki, ömrü qısaldan və xəstəliklərin yaranmasına səbəb olan başlıca amil qeyri-sağlam qidalanmadır.

Publika.az bu yazıda oxucuları dünyanın populyar dietoloqlarının pəhrizləri ilə tanış edib.

Anri Şeno
Anri Şeno dünya şöhrətli alimdir. Zəngin və məşhur müştərilər ona aid olan “Palace Merano” və “Chenot Palace” sağlamlaşdırma mərkəzlərinin boş qalmasına vermir. Çin təbabətinin tədqiqatçısı, bioenergetika psixoloqu və naturopatiya (təbii tibb elmi – təbabət) ilə məşğul olan Anri Şeno bir neçə kitabın müəllifidir. İnsan orqanizmində baş verən dəyişiklikləri və bioloji prosesləri kitablarında geniş izah edən alim müxtəlif ölkə və şəhərlərdə mütəmadi olaraq mühazirələrlə çıxış edir. Şenonun əsas tövsiyələri belədir: daha az qəhvə (xüsusilə səhər yeməyində heç bir halda içmək olmaz), səhər yeməyində meyvələrə və yaşıl çaya üstünlük verin, naharda salat və şirniyyat, axşam isə yüngül şorba.

Poll Breqq

Breqq qidalanma ilə bağlı inanclarını dinə, eyni zamanda böyük gəlirlərlə güclü korporasiyaya çevirib. Onun “Oruc möcüzəsi” adlı kitabı bütün dünyada inanılmaz tirajlarla satılırdı, tərəfdarlarının sayı isə milyonlarladır.

Bəziləri onu fırıldaqçı, hiyləgər və dələduz biznesmen adlandıraraq yanaşmasını tənqid edir. Hər halda onun tövsiyələri günümüz üçün hələ də aktual olaraq qalır. Bəs Poll Breqq nə deyirdi? O, kimyəvi tərkibli məhsullardan imtina etməyi, faydalı və orqanik yetişən bitki və tərəvəzlərə üstünlük verməyi, həm də oruc tutmağı məsləhət görürdü. Diet-qurunun sözlərinə görə, ayda heç olmasa bir dəfə 24 saat ac qalmaq orqanizmi bütün şlak və toksinlərdən təmizləyir.

Pyer Dükan

Fransız dietoloqun “Arıqlaya bilmirəm” adlı kitabı dünyada 10 milyon tirajla satılıb. Heyrətamizdir, elə deyilmi? Müəllif bu kitabı yazarkən ondan əvvəl tətbiq edilmiş bütün pəhriz metodlarının mənfi və müsbət cəhətlərini nəzərə alaraq yanlışlıqları rədd edib, doğruları isə qəbul edib. Bütün nəzəri biliklərini təcrübədə tətbiq edərək uğurlu nəticələr qazanan həkim Dükan bu kitabda artıq çəkidən əziyyət çəkən insanlar üçün ideal pəhriz üsulunu təklif edir. Onun yalnız bir şərti var – təklif olunan rejimə dəqiqliklə riayət etmək. Dükan ərzaq məhsullarını necə, nə vaxt və hansı kombinasiyalarda qəbul etməyin sistemini qurub.

Dükan pəhrizi dörd mərhələdən ibarətdir. Birinci həftə üç kiloqrama qədər arıqlayırsınız, ikinci mərhələ zülal məhsulları və tərəvəzlər optimal çəkiyə gətirir, üçüncü həftə - hətta meyvə, pendir və çörək istifadə etsəniz də, yenidən kökəlmirsiniz, dördüncüsü müəyyən şərtlər altında hər şeyə icazə verilir.

Mişel Montikyak

Mişel Montikyak daha bir məşhur fransız dietoloqudur. O, arıqlamağa dair bir çox elmi əsərlərin və populyar kitabların müəllifidir. Onun “Mən yeyirəm, deməli, arıqlayıram” kitabı dünyanın 40-dan çox ölkəsində 40 milyon nüsxədən çox satılıb.

O, tibb mütəxəssisi deyildi. Dietoloq siyasi elmlər sahəsi üzrə ali təhsil alıb, ancaq əczaçılıq şirkətində klerk işləyən oğlan dietologiya ilə yaxından maraqlanırdı. Bu həvəsin səbəbləri şəxsi maraqlar idi. Belə ki, gələcək bestsellerin müəllifi özü uşaqlıqdan artıq çəkidən əziyyət çəkir və onlardan xilas olmağı arzulayırdı. İri əczaçılıq şirkətində tədqiqatlar aparan Montinyak metodlarını öz üzərində sınaqdan keçirib. Uğurlu tədqiqatlar nəticəsində o, bir neçə aya 15 kiloqram arıqlamağa müvəffəq olub.

İnkişaf edilən pəhrizin mahiyyəti nədir? Qlisemik indeksin nəzarəti.

İki mərhələ nəzərdə tutulur. Birincisi, Montinyak hesab edirdi ki, karbohidratları rasiondan çıxarmaq lazımdır, çünki onlar qanda şəkərin miqdarını artırır. Montinyakın metoduna görə, tərkibində lipidlər (yağ turşuları) olan məhsulları da məhdudlaşdırmaq lazımdır.

İkinci mərhələdə çəkini stabil vəziyyətə gətirmək lazım idi. Bu pəhriz çərçivəsində rasiona: göbələk, soya, tərəvəzlər, qoz-fındıq, ədviyyat və dəniz məhsullar kimi aşağı qlikemik indeksli qidalar daxil edilir. Yeri gəlmişkən, bu müddət ərzində tünd və acı şokolad istisna olmaqla şirniyyatdan istifadə qadağandır. Gündə 4-5 dəfə az-az qidalanın, çay və qəhvəni minimuma endirin, bütün məhsullar orqanik olmalıdır. Sözsüz ki, gündə 2 litr su içməyi unutmaq olmaz.

Robert Atkins

Amerikada geniş yayılmış Atkins pəhrizi nədir? Adından da göründüyü kimi, Atkins pəhrizi amerikalı kardioloq Robert Atkins tərəfindən hazırlanıb. "Atkins həkimin pəhriz inqilabı" seriyasının müəllifi karbohidratları şər hesab edir və onu zülallarla əvəz etməyi məsləhət görürdü. Onun pəhrizi aşağı kalorili məhsullara əsaslanmır, odur ki, bu, çoxlarının ürəyincə idi. Atkins pəhrizinin əsas qaydası – karbohidratların istifadəsinin məhdudiyyətidir. Amma zülalların və piylərin miqdarı adət edilmiş miqdarda qoymağa cürət etmək olar. Bu iddia çox mübahisəli olsa da, pəhriz bir çox hallarda müsbət nəticələr vermiş və son on ildə çox populyar olmuşdu.

Atkinsin kitabları da çox yaxşı satılırdı, onun Nyu-Yorkda yerləşən tibbi mərkəzinin gəliri 90-cı illərin sonlarında yüz milyon dollara çatırdı. Bəzi həkimlər Atkins pəhrizinə şübhə ilə yanaşır, hesab edirlər ki, yüksək xolesterin ürək problemlərinə nəticələnə bilər. Lakin bu amil Bred Oitt və Rene Zellveqer kimi məşhurlara Nyu-York diyetoloqu tərəfindən hazırlanmış qaydalara əməl etməyə mane olmurdu.

Jan Klod Udre

Karl Lagerfeld inanılmaz dəyişimini Udreyə borcludur. “Chanel” moda evinin kreativ direkotru onun pəhrizi sayəsində 42 kq-a qədər çəki itirməyə nail olub. Udre konsepsiyasına “Qaşıq metodu” deyilir. O, aclıq hissini bloklamaq üçün zülal pəhrizinin və xüsusi həblərin köməyi ilə qida vərdişlərinin yenidən tərbiyə edilməsini təklif edir.

Dietoloq stress hormonu - kortizol səviyyəsini nəzarətdə saxlayaraq yüksəlməsinə mane olmağı, həmçinin əti balıq və toyuqla əvəz etməyi tövsiyə edir.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 06:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see402

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see294

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see268

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see240

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see224

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see204

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see202

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see200

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see190

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see186

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see181

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see178

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see177

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see177

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see170

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see170

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see167

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see163

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see156

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri