Dünyanın ən qədim tələsini tapıblar
Icma.az, Reyting.az saytına istinadən bildirir.
Norveçin Vestland bölgəsində, Eurlannfyell dağ yaylasında arxeoloqlar təxminən 1500 il əvvələ aid taxta maral tələsi aşkar ediblər. Mütəxəssislərin fikrincə, bu tapıntı çoxsaylı emal olunmuş taxta hissələrdən ibarətdir və böyük ehtimalla indiyədək elmə məlum olan dünyanın ən qədim tələsi hesab olunur.
Reyting.az xəbər verir ki, alimlərin məlumatına görə, buz qatının altında min beş yüz il ərzində qalan tələ mükəmməl şəkildə qorunub.
Ən yaxşı vəziyyətdə saxlanmış hissə iki taxta hasardan, həmçinin iri kötüklərdən tikilmiş bir növ tövlə tipli qurğudan ibarətdir. Mütəxəssislərin qənaətinə görə, bu yer o dövrdə maralların kütləvi ov məkanı olub.
Tədqiqatçılar həmçinin çoxlu sayda maral buynuzları, nizə ucları, ox və yay qalıqları, bəzəkli taxta məmulatlar, eləcə də maral buynuzundan hazırlanmış boyunbağı və qolbaqlar da aşkar ediblər.
Alimlərin bildirdiyinə görə, bütün artefaktlar hazırda Berqen Universiteti Muzeyində xüsusi laboratoriyada bərpa olunur. Arxeoloqlar iqlim dəyişiklikləri və buzlaqların əriməsi səbəbindən bu cür qədim tapıntıların qorunmasının getdikcə çətinləşdiyini də qeyd ediblər.
Oqtay QORÇU
Baxış sayı:93
Bu xəbər 12 Noyabr 2025 17:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















