Icma.az
close
up
RU
Dünyanın ən qeyri adi 6 yolu: Dolanbaclı, qəribə, əyləncəli, dik və təhlükəli (FOTO)

Dünyanın ən qeyri adi 6 yolu: Dolanbaclı, qəribə, əyləncəli, dik və təhlükəli (FOTO)

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yollar bizi dünyanın ən uzaq nöqtələrinə aparır, lakin bəzi yollar digərlərindən fərqlənir. 

Qaynarinfo "BBC Bitesize"yə istinadən sizi heyrətləndirəcək, təəccübləndirəcək və bəzən gözlərinizə inanmaqda çətinlik çəkəcəyiniz dünyanın ən qeyri-adi yollarını təqdim edir.

Hər biri özünəməxsus xüsusiyyətləri ilə seçilən bu yollar bəzən macəra dolu bir səyahət, bəzən isə təhlükə mənbəyi ola bilər. Ancaq bir şey dəqiqdir: bu yollar dünyanı unikal və unudulmaz edən qeyri-adi möcüzələr arasındadır.

1. Atlantik Okeanı Yolu - Sürət qatarına bənzəyir


Norveçdə yerləşən Atlantik Okeanı Yolu (Atlantic Ocean Road) Kristiansund və Molde şəhərlərini Averøy adası ilə birləşdirən 8 kilometrlik bir avtomobil yoludur.

Yol boyunca səkkiz körpü var, lakin Storseisundet Körpüsü bu marşrutun ən məşhur hissəsidir. 260 metr uzunluğunda olan bu körpü bəzi bucaqlardan "roller coaster"ə bənzəyir və optik illüziyalar yaradır. 1989-cu ildə istifadəyə verilmiş bu yol təbiət mənzərəsi ilə valehedici olsa da, kəskin döngələri və dalğalarla əhatələnməsi səbəbilə təhlükəli sayılır.

2. Quolianq Tuneli - Uçurum kənarında bir keçid


Çinin Taihanq dağlarında yerləşən Quolianq tuneli 1700 metr yüksəklikdə, uçurumun içində oyulmuş 1,2 kilometrlik bir yoldur.

Bu tunel, Quolianq kəndinə çıxışı təmin etmək üçün 1972-ci ildə kənd sakinləri tərəfindən inşa edilib və beş il ərzində tamamlanıb. Tunelin eni cəmi 4 metrdir və yağışlı havalarda xüsusilə təhlükəlidir. Yolun divarlarında vadini görməyə imkan verən 30 pəncərə var. Bu unikal tunel, indi cəsarətli turistlərin maraq mərkəzindədir.

3. Magic Roundabout - Dairəvi yol daxilində döngə..


İngiltərənin Suindon şəhərində yerləşən "Magic Roundabout" (Sehrli Dairəvi Yol) tək bir döngədən ibarət deyil. Ortada bir ada və onu əhatə edən beş kiçik döngədən ibarətdir.

1972-ci ildə istifadəyə verilən bu yol əvvəlcə County Islands adlandırılmışdı, lakin yerli sakinlər onu məşhur "Magic Roundabout" uşaq verilişinə istinad edərək belə adlandırmağa başladılar. 1980-ci illərdə bu ad rəsmi olaraq qəbul edildi.

2024-cü ildə "İlin Döngəsi" mükafatını qazanan bu yol UK Roundabout Appreciation Society tərəfindən "nəqliyyat vasitələrinin sinxron hərəkəti ilə göz qamaşdıran bir sənət əsəri" olaraq xarakterizə edilib.

4. Lombard Küçəsi - Dünyanın ən dolanbaclı yolu?


San-Fransiskoda yerləşən Lombard Küçəsi dünyanın ən dolanbaclı yolu adlanır. 8 kəskin döngəyə sahib olan bu küçə, sürücülər üçün həm çətin, həm də maraqlı bir təcrübə yaradır.

Küçə 1920-ci illərdə tikilib və təbii dik yamacı daha təhlükəsiz etmək üçün zikzaklı bir dizayn seçilib. Əvvəlcə 27%-lik bir meylə sahib olan yol, bu tərtibat sayəsində 16%-ə endirilib.

Yol boyunca lüks malikanələr, rəngarəng çiçəklər və şəhərin ən gözəl mənzərələri yerləşir. Turistlər buranı əsasən aşağıdan fotoşəkil çəkmək və döngələrdə hərəkət edən avtomobilləri izləmək üçün ziyarət edirlər.

5. Chapman's Peak Yolu - Filmlər üçün mükəmməl mənzərə


Cənubi Afrikada yerləşən Chapman's Peak Yolu dünyanın ən gözəl yollarından biri hesab edilir. Bu 9 kilometrlik yol, Hout Körfəzi ilə Noordhoek arasında uzanır və möhtəşəm Atlantik okeanı mənzərələri təqdim edir.

1990-cı illərdə reklam və filmlərdə tez-tez istifadə edilən bu yol, dağlardan düşən qaya parçalarına görə təhlükəli sayılırdı. Təhlükəsizlik səbəbindən 10 il ərzində dəfələrlə bağlanıb və 2009-cu ildə gücləndirilmiş mühəndislik işlərindən sonra yenidən açılıb.

Chapman’s Peak adı 1607-ci ildə bölgəyə gələn ingilis kapitan Con Chapmanın adı ilə bağlıdır. Yolun inşası 1915-ci ildə başlanıb və 1922-ci ildə tamamlanıb.

6. Baldvin Küçəsi - Dünyanın ən dik yolu


Yeni Zelandiyanın Dunedin şəhərində yerləşən Baldvin Küçəsi rəsmi olaraq dünyanın ən dik yolu kimi tanınır.

Ginnesin Rekordlar Kitabına görə, Baldkin Küçəsinin meyli 34,8%-dir, yəni hər 2,86 metr irəlilədikdə yol 1 metr yüksəlir.

2019-cu ildə bu titul Uelsin Harlex şəhərində yerləşən Ffordd Pen Llex küçəsinə verilmişdi, lakin 2020-ci ildə edilən yenidənqiymətləndirmə nəticəsində Baldwin Caddəsi rəsmi olaraq dünyanın ən dik yolu titulunu geri alıb.

Bu küçə avtomobil yarışlarından velosiped sınaqlarına qədər bir çox maraqlı tədbirlərə ev sahibliyi edir və dünyanın dörd bir yanından macərapərəstlərin diqqətini çəkir.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 07 Fevral 2025 21:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see212

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see211

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see190

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see173

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see171

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see166

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see165

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see165

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see162

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see158

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see158

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see155

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see153

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see143

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see142

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see139

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see137

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see134

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri