Dünyanın ən qocaman balinasının yaşı AÇIQLANDI
Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Dünyanın ən yaşlı Qrenlandiya balinasının yaşı 211 ilə çatır.
Redaktor.az "RIA Novosti"yə istinadən xəbər verir ki, bu məlumat iyulun 23-də qeyd olunan Ümumdünya Balinalar və Delfinlər Günü çərçivəsində səsləndirilib.
Rusiya Elm və Ali Təhsil Nazirliyinin mətbuat xidmətindən vurğulanıb ki, balinalar məməlilər arasında ömür uzunluğuna görə liderliyi əldə saxlayırlar - qeyd olunan bu uzunömürlü fərd də məhz həmin sinfə aiddir.
Rusiya Elmlər Akademiyasının Zoologiya İnstitutunun baş elmi işçisi Andrey Bubliçenko izah edib ki, XIX-XX əsrlərdəki intensiv balina ovçuluğu populyasiyanın yaş tərkibinə ciddi təsir göstərib. Ovçular ilk növbədə ən iri və yaşlı heyvanları ovladıqları üçün bu gün sürü əsasən müqayisədə gənc fərdlərdən ibarətdir.
Alim, həmçinin balinakimilərin heyranedici fizioloji imkanları barədə də danışıb:
"Onlar balıq və kalmarları ovlayarkən böyük dərinliklərə enməyə qadirdirlər. Bu baxımdan mütləq rekordçu dimdikburun hesab olunur - bu növün nümayəndələrinin 2 992 metr dərinliyə dalması və nəfəslərini 222 dəqiqə saxlaya bilməsi halları qeydə alınıb".
Baxış sayı:271
Bu xəbər 25 İyul 2026 01:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















