Icma.az
close
up
RU
Dünyanın ən yaxşı xəstəxanaları AÇIQLANDI

Dünyanın ən yaxşı xəstəxanaları AÇIQLANDI

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Xəstəxana seçimi çox vaxt asan olmur. Adətən bu qərar qeyri-müəyyənlik şəraitində, artıq xəstəni narahat edən qeyri-adi simptomlar və ya mürəkkəb diaqnoz fonunda verilir və bu da əlavə psixoloji yük yaradır.

Lent.az xəbər verir ki, Qlobal statistika platforması olan Statistanın məlumatına görə, 2026-cı ildə dünyada xəstəxanaların sayının təxminən 216 minə çatacağı gözlənilir.

Bu qədər geniş seçim fonunda xəstələr və onların ailələri üçün düzgün qərar vermək olduqca çətinləşir.

Məhz bu boşluğu doldurmaq məqsədilə Newsweek jurnalı Statista ilə əməkdaşlıq çərçivəsində “Dünyanın ən yaxşı xəstəxanaları 2026” reytinqini təqdim edib.

Bu ilki qiymətləndirmə 32 ölkəni əhatə edir. Siyahıya Avstraliya, Avstriya, Belçika, Braziliya, Kanada, Çili, Kolumbiya, Danimarka, Finlandiya, Fransa, Almaniya, Hindistan, İsrail, İtaliya, Yaponiya, Malayziya, Meksika, Niderland, Norveç, Filippin, Cənubi Koreya, İspaniya, İsveç, İsveçrə, Tayvan, Tailand, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya və ABŞ daxildir. Bu ölkələr əhali sayı, orta ömür uzunluğu, həyat səviyyəsi, xəstəxana sıxlığı və etibarlı məlumatların mövcudluğu kimi meyarlar əsasında seçilib.

Reytinq hazırlanarkən hər bir xəstəxana dörd əsas göstərici üzrə qiymətləndirilib:

Tibbi ekspertlərin (həkimlər, xəstəxana rəhbərləri və digər səhiyyə mütəxəssisləri) tövsiyələri,

Xəstəxananın fəaliyyət keyfiyyəti göstəriciləri,

Pasiyent təcrübəsi ilə bağlı məlumatlar,

Statista tərəfindən aparılan və pasiyentlərin öz sağlamlıq vəziyyətlərini və həyat keyfiyyətlərini qiymətləndirdiyi PROM sorğuları.

2026-cı il metodologiyası əvvəlki illərlə müqayisədə genişləndirilib. İlk dəfə olaraq Filippin və Türkiyə reytinqə daxil edilib. Bundan əlavə, bu il xəstəxanaların keyfiyyət göstəricilərinə daha çox əhəmiyyət verilib, akkreditasiya, təhlükəsizlik və pasiyent təcrübəsi ilə bağlı yeni məlumatlar nəzərə alınıb. PROM göstəricilərinin rolu isə daha da artırılıb.

Ümumilikdə bu il 2500-dən çox xəstəxana qiymətləndirilib və onların arasından 250-si xüsusi olaraq seçilərək ən yaxşılar siyahısına daxil edilib.

Reytinqin ilk beşliyində aşağıdakı xəstəxanalar yer alır:

1. Mayo Clinic (ABŞ, Roçester)

2. Toronto General Hospital (Kanada, Toronto)

3. Cleveland Clinic (ABŞ, Klivlend)

4. Karolinska Universitet Xəstəxanası (İsveç, Stokholm)

5. Massachusetts General Hospital (ABŞ, Boston)

Dünyanın ən yaxşı 50 xəstəxanası

Siyahıda ABŞ, Kanada, Avropa və Asiyanın aparıcı tibb müəssisələri üstünlük təşkil edir. Bunlara Johns Hopkins Hospital (ABŞ), Charité – Berlin Universitet Klinikası (Almaniya), Sürix Universitet Xəstəxanası (İsveçrə), Tokyo Universitet Xəstəxanası (Yaponiya), Samsung Medical Center (Cənubi Koreya), Mount Sinai Hospital (ABŞ və Kanada), Stanford Hospital (ABŞ), Erasmus MC (Niderland), eləcə də digər nüfuzlu səhiyyə mərkəzləri daxildir.

Mütəxəssislərin fikrincə, bu reytinq pasiyentlərə və onların ailələrinə daha məlumatlı seçim etməyə kömək edir və qlobal səhiyyə sistemində keyfiyyətin yüksəldilməsinə töhfə verir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://lent.az
archiveBu xəbər 03 Aprel 2026 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see389

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see361

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see306

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see285

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see281

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see274

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see263

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see256

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see255

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see240

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see230

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see228

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see225

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see222

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see220

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see216

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see215

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see211

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see211

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri