Icma.az
close
up
RU
Dünyanın ən uzun pilləkəni: neçə pilləsi var və onu kim tikib?

Dünyanın ən uzun pilləkəni: neçə pilləsi var və onu kim tikib?

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Düşünürsünüz ki, dünyanın ən uzun pilləkəni Çindədir. Yaxud Norveçdə. Xeyr. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, dünyanın ən uzun pilləkəni İsveçrədə yerləşir. Üstəlik, bu pilləkənlə yuxarı qalxmağa ildə cəmi bir dəfə icazə verilir.

Harada yerləşir və niyə bu barədə çox eşitməmisiniz?

Pilləkən Tun gölü ilə Bern Alpları arasında yerləşir. Yerli sakinlər demək olar ki, ideal üçbucaq formasına görə bu dağı “İsveçrə piramidası” adlandırırlar. Heç əl ilə hazırlanmış kurqana bənzəyən dağ görmüsünüz? Bax, məhz budur.

Pilləkən Niesenbahn funikulyorunun relslərinə paralel uzanır. O, turistlər üçün nəzərdə tutulmayıb. İşçilər üçün tikilib. Texniki xidmət, təxliyə və fövqəladə çıxış məqsədi daşıyır. Qalan bütün vaxtlarda bağlı olur.

Dünyanın ən uzun pilləkənini istədiyiniz vaxt ziyarət edə bilməzsiniz.

Pilləkəni kim tikib? Əslində məqsəd funikulyor idi

Niesenbahn funikulyoru 1906-1910-cu illərdə inşa edilib. Podratçı şirkətlər "Von Roll AG" və "Seilbahnbau Frutiger & Söhne" olub. Sifarişçi isə "Niesenbahn AG" şirkəti idi.

Pilləkən relslərlə birlikdə xidmət infrastrukturu kimi yaradılıb. Onsuz mexaniklərin dəmir yolu xəttinə çatması mümkün olmazdı. Qışda, qarda, küləkli havada belə.

Bəs 2300 metr yüksəklikdə funikulyoru kim təmir edir?

Tikinti dörd il davam edib. Funikulyor 1910-cu ildə istifadəyə verilib. O vaxtdan bəri pilləkən hər gün onu xidmət göstərən işçilər üçün istifadə olunur.

Funikulyor 11 674 pillədən ibarətdir, uzunluğu 3,4 kilometrdir. Hündürlük fərqi isə 1669 metrdir.

Başlanğıc nöqtəsi 693 metr yüksəklikdə yerləşən Mülenen kəndidir. Son nöqtə isə 2362 metr yüksəklikdəki Nizen zirvəsidir. Meyillilik bəzi hissələrdə 68 faizə çatır. Bu, bir çox xizək trasından daha dikdir. Orta hesabla pilləkənlə qalxmaq üç saatdan çox vaxt aparır. Yarış rekordu isə 55 dəqiqə 26 saniyədir.

İldə bir dəfə pilləkən ictimaiyyət üçün açılır. Bu, Niesen Treppenlauf adlı yarış zamanı baş verir.

Yarışda dünyanın müxtəlif ölkələrindən iştirakçılar çıxış edir. Qeydiyyat əvvəlcədən aparılır və marşrutun hər hissəsi üçün vaxt limiti müəyyən edilir. Limiti keçən iştirakçı yarışdan kənarlaşdırılır.

Bunun səbəbi sərt qaydalar deyil, təhlükəsizlikdir. Əgər iştirakçı yoluna davam edə bilmirsə, onun vertolyotla endirilməsi nəzərdə tutulmur. Geri qayıtmaq üçün pilləkənlə aşağı enməlidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://lent.az
archiveBu xəbər 26 Sentyabr 2026 18:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see286

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see280

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see273

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see266

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see257

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see255

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see247

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see247

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see242

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see239

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see238

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see223

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see221

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see217

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see212

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see212

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see211

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see210

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see203

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri