Dünyanın ən xaotik ölkəsi BMT nin əsas orqanına başçılıq edəcək
Icma.az bildirir, GlobalInfo portalına istinadən.
2026-cı ilin yanvarından etibarən dünyanın ən dağılmış və xaos içində olan ölkələrindən biri hesab edilən Somali BMT-nin beynəlxalq sülh və təhlükəsizliyə cavabdeh əsas qurumu olan Təhlükəsizlik Şurasına sədrlik edəcək.
Globalinfo.az “Bild” nəşrinə istinadla xəbər verir ki, Təhlükəsizlik Şurasında sanksiyaların tətbiqi, silah embarqosu, BMT-nin sülhməramlı missiyalarının və ya tribunal qərarlarının verilməsi, eləcə də son çarə kimi hərbi gücdən istifadəyə icazə məsələləri müzakirə olunur.
BMT Təhlükəsizlik Şurasının tərkibinə beş daimi üzv daxildir və onların hər biri istənilən qərarı bloklamaq hüququna malikdir (veto hüququ): ABŞ, Böyük Britaniya, Fransa, Çin və Rusiya. Bundan əlavə, Baş Assambleya tərəfindən seçilən on qeyri-daimi üzv də mövcuddur. Hazırda bu ölkələr Əlcəzair, Qayana, Syerra-Leone, Sloveniya, Cənubi Koreya, eləcə də Danimarka, Yunanıstan, Pakistan, Panama və Somalidir.
Sədrliyin rotasiyası əlifba sırası ilə həyata keçirilir və bu çərçivədə Somali Sloveniyanı əvəz edəcək. Qeyd edək ki, qeyri-daimi üzvlərin veto hüququ yoxdur.
Somali mərkəzi hökumətin ölkənin yalnız bir hissəsinə nəzarət etməsi və təhlükəsizlik sahəsində ciddi problemlərlə üzləşməsi səbəbindən uğursuz dövlət modeli kimi qiymətləndirilir. Ən böyük təhlükə isə “Əş-Şabab” adlı islamçı terror təşkilatıdır. Ölkə əhalisi illərdir təkrarlanan quraqlıqlardan, aclıqdan və yoxsulluqdan əziyyət çəkir. Təxminən 4 milyon nəfər isə öz ölkəsi daxilində məcburi köçkün vəziyyətindədir.
Somalinin sədrliyi Təhlükəsizlik Şurasının fəaliyyətinin təhlükə altında qalacağı anlamına gəlmir. Praktikada sədrliyin icrası Nyu-Yorkdakı BMT qərargahı tərəfindən həyata keçirilir və ciddi qaydalar, eləcə də BMT Katibliyinin tam dəstəyi ilə təmin olunur.
Bu səbəbdən Somali istədiyi kimi qətnamə qəbul etdirə və ya səlahiyyətlərindən sui-istifadə edə bilməz. Sədrliyin rolu təsir aləti deyil, diplomatik tribuna kimi qiymətləndirilir.
Aysel Əliyeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 30 Dekabr 2025 23:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















