Dünyanın ən yaşlı qadınının uzunömürlülük SİRRİ
Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Alimlər dünyada ən uzunömürlü insan kimi tanınan Maria Branyas Moreranın DNT-sini araşdıraraq onun uzunömürlülüyünün səbəblərindən birini müəyyənləşdiriblər.
Milli.Az xarici mənbələrə istinadən xəbər verir ki, ABŞ-də doğulan, lakin ömrünün böyük hissəsini İspaniyanın şimal-şərqində yaşayan Branyas ötən il 117 yaşında dünyasını dəyişib.
Tədqiqatçılar bildiriblər ki, onun gündə üç dəfə qatıq yeməsi sağlam qocalmasına və uzunömürlülüyünə mühüm təsir göstərib. Alimlərin fikrincə, Branyasın rasionunda probiotik qatığın xüsusi yer tutması orqanizmdə faydalı bakteriyaların fəaliyyətini gücləndirib və immun sistemini möhkəmləndirib.
Maria Branyas öz uzunömürlülüyünü həm yaxşı genetika, həm də şansa bağlayırdı. Aparılan genetik araşdırmalar bu fikirləri qismən təsdiqləsə də, alimlər onun qidalanma vərdişlərinin də mühüm rol oynadığını vurğulayıblar.
Məlum olub ki, Branyasın bioloji yaşı real yaşından 23 il gənc olub. Onun gündəlik menyusuna qatıqla yanaşı, liflə zəngin qidalar və hər səhər səkkiz növ dənli bitkidən hazırlanmış smuzi daxil idi. Bu qidalar bağırsaq mikroflorasını gücləndirərək sağlamlığını dəstəkləyib.
Qeyd edək ki, Maria Branyas ömrünün təxminən 110 ilini İspaniyada keçirib. O, 2020-ci ildə COVID-19-a yoluxub və sağalıb, bununla da dünyada bu virusa qalib gələn ən yaşlı insan kimi tarixə düşüb.
Musa
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 02 Noyabr 2025 01:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















