Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur
Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.
Qaynarinfo xəbər verit ki, "Wion" nəşri 9M14 "Malyutka” barədə maraqlı faktları paylaşıb. Bu tankəleyhinə raket hələ 1960-cı illərdə hazırlanıb, lakin buna baxmayaraq, bir neçə ölkə tərəfindən bu gün də istifadə olunur.
"Malyutka” haqqında nə məlumdur?
Qeyd olunur ki, 9M14 "Malyutka” kompakt ölçüləri ilə tanınır və çox vaxt buraxılış qurğusu rolunu da oynayan şüşə lifli çamadanda daşınır. O, daşına bilən silah kimi hazırlanıb ki, bu da bir əsgərə döyüş meydanının dərinliklərində tankəleyhinə silahı tez yerləşdirməyə imkan verir.
Nəşrin məlumatına görə, 9M14 "Malyutka”nın uçuş sürəti cəmi 115 m/s (təxminən 414 km/saat) təşkil edir ki, bu da digər raketlərlə müqayisədə xeyli yavaşdır. Raket mühərriki qısa müddət işləyir, daha sonra raket hədəfə doğru süzür və arxasınca uzun bir idarəetmə naqili aparır.
Müasir silahlardan fərqli olaraq, 9M14 "Malyutka” operatorun hədəfi kiçik joystick vasitəsilə əl ilə idarə etməsini tələb edir. Atıcı raketin traslayıcı işığını izləməli və vurulana qədər onu fasiləsiz şəkildə yönləndirməlidir.
Raketin 3 kilometr olan maksimal məsafəni qət etməsi üçün 26 saniyəyə qədər vaxt lazım ola bilər. Nəşr əlavə edir ki, bu səbəbdən diqqətli tank ekipajları tez-tez raketin buraxılması zamanı çıxan tüstünü görür və yayınma manevrləri edə bilirdilər.
"Malyutka”nın müxtəlif müharibələrdə rolu
Nəşrin yazdığına görə, "Malyutka” 1973-cü ildəki Yom Kippur müharibəsi zamanı dünyanı heyrətləndirmişdi. Həmin dövrdə bir tərəfdə ərəb dövlətlərinin koalisiyası, digər tərəfdə isə İsrail arasında hərbi münaqişə baş vermişdi.
Yom Kippur müharibəsi zamanı piyada bölmələri ağır tank birləşmələrini məhv etmək üçün minlərlə "Malyutka” raketindən istifadə etmiş və ilk dəfə sübut etmişdilər ki, ucuz daşına bilən raketlər sayca üstün zirehli texnikanı dayandıra bilər.
Bundan əlavə, bu raketlər bu gün də istifadə olunur. Nəşrin bildirdiyinə görə, Yaxın Şərqdəki son münaqişələrdə və hətta Ukraynadakı genişmiqyaslı müharibə zamanı da "Malyutka” raketlərindən istifadə edilib.
"Wion" qeyd edir ki, "Malyutka” hələ də silahlanmada qalır, çünki müasir sistemlərlə müqayisədə istehsalı son dərəcə ucuz və xidməti çox sadədir. Lakin aktiv müdafiə sistemləri onu asanlıqla zərərsizləşdirə bilir.
Aydın
Baxış sayı:121
Bu xəbər 11 Yanvar 2026 20:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















