Icma.az
close
up
RU
Dünyanın “ən yaxşı turizm kəndi” Xınalıq

Dünyanın “ən yaxşı turizm kəndi” Xınalıq

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Quba, 28 may, AZƏRTAC

AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: Qafqazın zirvəsində minilliklərdən gələn kənd – Xınalıq.

Qafqaz dağlarının qoynunda, buludlarla həmsöhbət olan bir kənd var — Xınalıq. Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri hesab olunan bu kəndə səfər edən hər kəs ilk andan anlayır ki, bura sadəcə turizm ünvanı deyil. Xınalıq əsrlərin yaddaşını qoruyan canlı tarix, qədim həyat tərzinin bu günədək yaşadığı nadir məkanlardan biridir.

Xınalığa aparan dolama dağ yolları ilə yüksəldikcə sanki başqa dövrə səyahət edirsən. Dəniz səviyyəsindən təxminən 2200 metr yüksəklikdə yerləşən kəndin ətrafını Bazardüzü, Şahdağ, Tufandağ və Qızılqaya zirvəsi əhatə edir. Yayın ən isti günündə belə burada sərin külək əsir, qışda isə kənd aylarla qar altında qalır.

Bu kənd yalnız təbiəti ilə deyil, tarixi ilə də insanı valeh edir. Tarixçilərin fikrincə, kəndin əsası eramızdan əvvəl qoyulub. Burada ilkin məskunlaşmaya aid izlər Erkən tunc dövrünə — eramızdan əvvəl IV minilliyin sonlarına gedib çıxır. 2010–2012-ci illərdə aparılan arxeoloji qazıntılar zamanı “Zangar” adlı qədim yaşayış məskəni aşkarlanıb. Bu isə Xınalığın minilliklər boyu insanların yaşayış yeri olduğunu sübut edir.

Kəndin adı ilə bağlı müxtəlif rəvayətlər dolaşır. Deyilənə görə, günəş doğarkən kəndin ətrafındakı qayalar xına rənginə boyandığı üçün bu yerə Xınalıq adı verilib. Yerli sakinlər isə kəndi öz dillərində “Kətiş” adlandırırlar. Xınalıq adı yazılı mənbələrdə ilk dəfə XV əsrdə Mahmud Əl Xinaluqinin əlyazmalarında qeyd olunur. Hətta bəzi araşdırmaçılar qədim Albaniya şəhərləri ilə Xınalıq arasında bağlılıq olduğunu ehtimal edirlər.

Kəndin daş küçələrində gəzərkən burada yaşayan insanların əsrlər boyu öz kimliyini necə qoruduğu aydın hiss olunur. Xınalıq əhalisi Azərbaycanın ən qədim və unikal etnik qruplarından biridir. Onların özünəməxsus dili, folkloru, inancları və yaşam tərzi var. Burada dastanlar, bayatılar, rəvayətlər hələ də nəsildən-nəslə ötürülür.

Kənd sakinləri əsrlər boyu sərt iqlim şəraitində yaşayaraq köçəri heyvandarlıqla məşğul olublar. Bu həyat tərzi onların gündəlik yaşamında, mədəniyyətində və hətta düşüncə tərzində belə öz izini qoyub. Yaylaqdan qışlağa uzanan qədim Köç yolu da bu həyatın ayrılmaz hissəsi olub. Uzunluğu 200 kilometrdən artıq olan bu yol əsrlər boyu Quba və Şirvan bölgələrinin köçəri təsərrüfatlarını birləşdirib.

Bu qədim köç yolu və Xınalıq kəndi bu gün dünyanın diqqət mərkəzindədir. 2023-cü ildə “Xınalıq və Köç yolu mədəni landşaftı” UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. 2023-cü ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə “Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu yaradılıb. Qoruq Dövlət Turizm Agentliyinin tabeliyindədir. Bundan iki il sonra isə Xınalıq kəndi BMT-nin Turizm Təşkilatı tərəfindən “Ən yaxşı turizm kəndi” elan olunub.

Kəndin tarixi hissəsində yerləşən qədim evlər əsrlər əvvəl ənənəvi üsullarla inşa olunub. Bu evlərin bir hissəsi dövlət tərəfindən bərpa edilərək qorunur. Xınalıqda qədim məscidlər, türbələr və pirlər də var. Kəndin ən yüksək nöqtəsində yerləşən Cümə məscidi, Əbu Müslüm məscidi, Şeyx Salbuz məscidi, eləcə də Cabbar baba piri və Xıdır Nəbi piri əsrlərin yadigarı kimi bu gün də qalmaqdadır. Ümumilikdə kənd ərazisində 30-dan çox türbə və ziyarətgah mövcuddur.

Müxbir - Rəşad Türkoğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 May 2026 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see329

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see326

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see319

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see287

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see282

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see277

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see273

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see267

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see263

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see255

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see242

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see232

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see232

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see229

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see223

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see221

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see218

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see214

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see211

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri