Icma.az
close
up
RU
Azərbaycanın bu kəndi dünyanın ən yaxşı turizm kəndlərindən biri oldu

Azərbaycanın bu kəndi dünyanın ən yaxşı turizm kəndlərindən biri oldu

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Çinin Hujou şəhərində BMT Turizm Təşkilatının (UN Tourism) təşkilatçılığı ilə “Ən Yaxşı Turizm Kəndləri 2025” mərasimi və Üçüncü İllik Şəbəkə Görüşü keçirilib.

Dövlət Turizm Agentliyindən Globalinfo.az-a verilən məlumata görə, Ümumdünya Turizm Təşkilatının elan etdiyi “Ən yaxşı turizm kəndi” müsabiqəsinə Azərbaycandan Xınalıq kəndinin namizədliyi irəli sürülüb. Bu layihənin əsas məqsədi kənd ərazilərində turizmin inkişafı üzrə ən yaxşı nümunələri üzə çıxarmaq, həm də uzun illər boyunca öz unikallığını, mədəni-tarixi irsini qoruyan, bununla yanaşı, həm də müasir turizmin tələblərinə cavab verən kəndləri aşkarlamaqdır.

Müsabiqənin yekununda Xınalıq kəndi BMT-nin Turizm Təşkilatının “Best Tourism Villages” siyahısına daxil edilib. Bu, Xınalığın yalnız milli deyil, həm də beynəlxalq miqyasda turizm və mədəni irs destinasiyası kimi qəbul edilməsinin bariz göstəricisidir. Eyni zamanda bu uğur Xınalığın tanıdılmasına, turizm axınının artmasına və yerli icmanın rifahına mühüm töhfə verəcəkdir.

Mərasimdə BMT-nin UN Tourism təşkilatının Baş katibi Zurab Pololikaşvili mükafatı Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyliyə təqdim edib.

Qeyd edək ki, BMT-nin UN Tourism təşkilatının həyata keçirdiyi nüfuzlu “Best Tourism Villages” (Ən Yaxşı Turizm Kəndləri) proqramı kənd turizminin inkişafında mədəni, təbii və sosial dəyərləri qoruyaraq dayanıqlı turizmə töhfə verən kəndlərə “Ən Yaxşı Turizm Kəndi” statusu verir. Bu günə qədər dünyanın 60-a qədər ölkəsində 180 müxtəlif kənd bu statusu qazanmağa nail olub. Sevindirici və qürurverici haldır ki, artıq bu siyahıda ilk dəfə olaraq Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olan Xınalıq kəndinin də adı var.

Beş min ildən çox tarixə malik olan Xınalıq fenomeni təkcə Azərbaycan tarixində deyil, həm də bəşər tarixində ən zəngin etnoqrafik dəyərlərdən biri, əfsanəvi yaşayış məntəqəsidir. 4 sentyabr 2023-cü tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Xınalıq və Köç Yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu yaradılıb. Qoruq Dövlət Turizm Agentliyinin tabeliyindədir.

Azərbaycanın “Xınalıq və Köç yolu mədəni landşaftı” nominasiya ərazisi 18 sentyabr 2023-cü il tarixində UNESCO-nun Ümumdünya İrs Komitəsinin Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən 45-ci sessiyasında UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Bu nominasiya sənədi 2021-ci ildə Dövlət Turizm Agentliyi tərəfindən hazırlanıb.

Qoruq ərazisinin UNESCO Dünya İrs Siyahısına daxil edilməsi, Xınalığın minillik tarixini, zəngin mədəni ənənələrini və unikal yaşayış mühitini beynəlxalq səviyyədə tanıdaraq, həm də onun qorunması üçün xüsusi öhdəliklər yaradıb. Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi Xınalığın mədəni və tarixi dəyərlərinin qorunması, həmçinin yerli icmanın həyat şəraitinin yaxşılaşdırılması istiqamətində müxtəlif layihələr həyata keçirib. 2020-ci ildən başlayarq kənddə 42 yaşayış evi bərpa olunub, 33 digər tikilinin bərpası üçün isə layihə-smeta sənədlərinin hazırlanması prosesi tamamlanıb. Bundan əlavə, turizm infrastrukturunun yenilənməsi işi davam etdirilib, kəndi ziyarət edən turistlər üçün avtodayanacaq və sanitar qovşaqlar tikilib istifadəyə verilib. Aparılmış bərpa və abadlıq işlərinə kənd sakinləri aktiv şəkildə cəlb olunub ki, bu da öz növbəsində məşğulluq imkanlarının genişlənməsinə şərait yaradıb.

Xınalığın “Ən Yaxşı Turizm Kəndi” beynəlxalq statusu əldə etməsi bu kənddə yeni turizm xidmətlərinin və məhsullarının formalaşmasına böyük töhfə verəcəkdir. Bu beynəlxalq tanınma Azərbaycanın turizm potensialının dünyada geniş miqyasda tanıdılmasına xidmət edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:64
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 Oktyabr 2025 19:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya hakimiyyəti Vəfa Quluzadəni haqlı çıxardı KONKRET

16 Oktyabr 2025 15:04see285

Ağsuda yollar təmir ediləcək

16 Oktyabr 2025 14:54see179

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see163

Erkən ölüm riskini artıran əsas amillər BƏLLİ OLDU TERAPEVT AÇIQLADI

16 Oktyabr 2025 16:17see150

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see143

Xəstəxanada əməkdar artistə infeksiya keçib Durumu ağırdır

16 Oktyabr 2025 15:58see138

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see138

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see135

Tramp Putinə təzyiqləri artırmağa hazırdır Britaniyalı ekspert

16 Oktyabr 2025 18:31see133

Məktəblərdə məktəb psixoloqlarının sayı niyə azdır? EKSPERT AÇIQLADI

16 Oktyabr 2025 15:18see132

Yanacaqdoldurma məntəqələri benzini qatqılarla kəsməyə başlayıb...

16 Oktyabr 2025 18:26see131

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see130

“Qqlobal savaş baçlaya bilər” ŞƏRH

16 Oktyabr 2025 14:56see127

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see125

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see125

Hava ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ Leysan yağacaq

16 Oktyabr 2025 13:23see124

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see124

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see123

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see123

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri