Icma.az
close
up
RU
Dünyanın ən zəngin 25 ailəsi

Dünyanın ən zəngin 25 ailəsi

Lent az saytına istinadən Icma.az xəbər verir.

Dünyanın ən zəngin ailəsi taleyin ironiyası ilə bazarda ən ucuz məhsulları sataraq pul qazanıb. 

Lent.az-ın bildirir ki, “Bloomberg”in xəbərinə görə, ən çox çoxmillətli Walmart mağazalar şəbəkəsinin yaradılması ilə tanınan Uolton ailəsi rekord xalis sərvəti 432,4 milyard dollar olan planetin ən zəngin klanıdır. 

Keçən ildən bəri sərvətlərinə 172,7 milyard dollar əlavə ediblər, buna qismən də Walmartın səhmlərinin bu il 80 faiz artması sayəsində nail olublar. Bu, onlara Əmirliyin kral ailəsini ötməyə və “Bloomberg”in illik reytinqində birinci yeri tutmağa imkan verib.

“Walmart”ın ilk mağazası 62 il əvvəl açılıb və o vaxtdan bəri o, gəlirinə görə dünyanın ən böyük pərakəndə satıcısına çevrilib. İndi, dünya üzrə 10,600  mağazası olan olan şəbəkə ildə təxminən 648 milyard dollar gəlir gətirir. Ancaq bu gün Walmart Uoltonların sərvətinin yalnız 70 faizinə cavabdehdir. Ailə üzvləri sərmayələrini idman, incəsənət və xeyriyyəçilik kimi digər maraq sahələrinə də genişləndiriblər.

“Bloomberg”in reytinqində daha sonra Yaxın Şərqdən olan bir neçə klan qərarlaşıb: Birləşmiş Ərəb Əmirliklərindən olan Əl Nəhayan ailəsi 323,9 milyard dollarla siyahıda ikincidir. Qətərli Al Tani ailəsi isə 172,9 milyard dollarla üçüncü yerdədir. Hər iki ailə dünya səhnəsində getdikcə əhəmiyyət kəsb edən, orada aşkar edilən neft ehtiyatları hesabına gücü artan ərazilərə nəzarət edir.

Onları təxminən 170,6 milyard dollara nəzarət edən Hermes ailəsi izləyir. İndi altıncı nəsildə olan ailə, hərracda yüz minlərlə dollara çatan çantaların satışına cavabdeh olan eyniadlı brendi ilə dəbdəbəli mallar sənayesində əsas oyunçudur. Dəbdəbəli mallar bazarının çox hissəsi son illərdə zəifləsə də, Hermes digər qrupların üzləşdiyi eniş tendensiyalarını dəf edərək hələ də güclüdür.

İlk beşliyi isə 148,5 milyard dollarla Kox ailəsi qapayır. Onların Çarlz və Devid Kox tərəfindən idarə olunan Kanzasda yerləşən konqlomeratının illik gəliri təxminən 125 milyard dollardır.

2024-cü ildə dünyanın ən zəngin ailələri

Uolton, 432,4 milyard dollar

Əl Nahayan, 323,9 milyard dollar

Əl Tani, 172,9 milyard dollar

Hermes, 170,6 milyard dollar

Kox, 148,5 milyard dollar

Əl Saud, 140 milyard dollar

Mars, 133,8 milyard dollar

Ambani, 99,6 milyard dollar

Verthaymer, 88 milyard dollar

Tomson, 87,1 milyard dollar

Conson (Fidelity Investments), 72,4 milyard dollar

Albreht, 60,2 milyard dollar

Pritzker, 59,4 milyard dollar

Cargill/MacMillan, 56 milyard dollar

Offer, 55,6 milyard dollar

Hoffman/Oeri, 53,8 milyard dollar

Hartono, 47 milyard dollar

Kvandt, 46 milyard dollar

Şirvanont, 44,1 milyard dollar

Dunkan, 43,8 milyard dollar.

Van Damm/De Spolberh/De Mevius, 43,7 milyard dollar

Behrinqer/fon Baumbah, 43 milyard dollar.

Mistri, 41,4 milyard dollar.

Nyuhaus, 38,8 milyard dollar.

Ferrero, 37,4 milyard dollar.
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:264
embedMənbə:https://lent.az
archiveBu xəbər 08 Mart 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see385

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see371

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see328

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see299

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see291

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see239

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see236

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see235

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see230

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see211

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see208

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see197

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see196

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see195

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see195

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see189

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see188

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see188

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see178

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri