Icma.az
close
up
RU
Dünyanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolu artır

Dünyanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolu artır

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Samir Qocayev,

YAP Goranboy rayon təşkilatının sədri

Qarşılıqlı səfərlər ikitərəfli əlaqələrin inkişafında əsas faktorlardan biridir. Gündəmə gətirilən məsələlər ətrafında geniş müzakirələrin aparılması, ümumi mövqenin ortaya qoyulması münasibətlərin gələcək inkişafına böyük stimul verir. Yeni inkişaf  mərhələsinə qədəm qoyan Azərbaycan-Şimali Makedoniya münasibətləri  bu gün geniş müzakirə edilir. Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkovanın ölkəmizə rəsmi səfəri bir daha təsdiqlədi ki, bu gün Azərbaycanın Balkan yarımadası dövlətləri ilə əməkdaşlıq əlaqələrinin genişlənməsi xarici siyasətin prioritet istiqamətlərindən biridir.  Qərbi Avropa dövlətləri ilə sərhəddə yerləşən Balkan ölkələri Şərqlə ticarət, nəqliyyat və tranzit əlaqələrin qurulmasında mühüm rol oynayır.

Ölkəmizin bir çox qlobal neft və qaz layihələri Şimali Makedoniyanın da maraq dairəsindədir. Həmçinin Cənub Qaz Dəhlizi, Trans Anadolu Qaz kəməri (TANAP), Trans Adriatik Qaz kəməri (TAP) layihələrində Azərbaycanın əməkdaşlıq etdiyi ölkələrin bir çoxunun da Şimali Makedoniya ilə yaxın əlaqələri mövcuddur. Bakı ilə Skopye arasında əməkdaşlıq ölkəmizin Qərbdə xüsusilə daha da aktuallaşan enerji təhlükəsizliyi məsələsində güclənən mövqeyini və rolunu bir daha ifadə etmiş olur.

Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında qeyd etdi ki, ölkələrimiz arasında siyasi dialoq dinamik xarakter alır: “Bizim xanım Prezidentlə ikinci görüşümüz qısa müddət ərzində bunun əyani sübutudur. Siyasi əlaqələrimizin inkişafı üçün əlavə tədbirlər görülməlidir, müvafiq dövlət qurumları təbii olaraq sıx təmasda olmalıdırlar. Eyni zamanda, iqtisadi sahədə, sərmayə qoyuluşu sahəsində imkanlar araşdırılmalıdır. Əfsuslar olsun ki, bu günə qədər ticari-iqtisadi sahədə o qədər böyük nəticələr əldə edilməyib. Ancaq ümid edirəm ki, Sizin rəsmi səfərinizdən və nümayəndə heyətlərinin təmaslarından sonra biz bu boşluğu da dolduracağıq”.

O da vurğulandı ki, enerji sahəsində əməkdaşlıq inkişaf edir. Son ayların müsbət əlaməti də ondan ibarətdir ki, iki ölkə energetika sahəsində əməkdaşlığa başlamışdır. Azərbaycan qazı artıq Şimali Makedoniyanın bazarına çatdırılmışdır və bu, keçən ilin sonlarında baş verdi. Bu il artıq müntəzəm olaraq Azərbaycan bu ölkənin  bazarını təbii qazla təmin edəcəkdir. Gələcəkdə biz lazım olan həcmdə qaz təchizatını artıra bilərik. Çünki  bu gün yeni qaz yataqlarının istismara verilməsi istiqamətində fəal iş aparırıq. Hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bizim müştərilərimizin coğrafi yerləşməsi də Avrasiya məkanını əhatə edir. On iki ölkədən 10 ölkə Avropa ölkəsidir. Keçən il Azərbaycan xarici bazarları 25 milyard kubmetr qaz ilə təchiz etmişdir. Təbii ki,  istehsalımız bundan daha çoxdur. Çünki biz yerli tələbatı da ödəyirik. Ancaq əhatə dairəsi, qaz təchizatımızın coğrafiyasının genişləndirilməsi  gündəlikdə duran məsələdir.

Reallıq budur ki,  Avropa Azərbaycan qazına ehtiyac duyur.  Təxminən üç il bundan əvvəl Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsi bunun əyani təzahürüdür. Bu gün Azərbaycan qazı bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir və Avropadakı tərəfdaşlarımızın xahişlərinə  hər zaman böyük diqqətlə yanaşılır. Energetika sahəsində ikitərəfli formatda əməkdaşlıq tərəflər üçün çox önəmlidir. Cənab İlham Əliyev bu əminliyi də ifadə etdi ki,  bu praktiki əməkdaşlıq digər sahələrdə də əməkdaşlığa gətirib çıxaracaq.

Xalqlarımızın humanitar sahədə əməkdaşlığına da böyük ehtiyac var. Martın 13-dən 15-dək davam edəcək XII Qlobal Bakı Forumu bu sahədə əlaqələrin inkişafında əhəmiyyətli rol oynayacaq. Hər bir beynəlxalq əhəmiyyətli tədbir üçün seçilən mövzu gələcəyə çağırışdır. Bu isə öz növbəsində münasibətlərin daha da möhkəmlənməsini, səylərin birləşdirilməsini bir tələbə çevirir. Şimali Makedoniya Prezidenti də bu tədbirin iştirakçısıdır. Cənab İlham Əliyev mətbuata bəyanatında diqqəti adıçəkilən  tədbirə yönəldərək bildirdi ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan bu Forum dünya miqyasında layiqli yerini tuta bilib.

Şimali Makedoniya Prezidenti Qordana Silyonovska-Davkovanın Azərbaycana rəsmi səfəri Bakı ilə Skopye arasında ikitərəfli əlaqələrin yeni istiqamətlər üzrə inkişafında mühüm  səhifə açacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 Mart 2025 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see276

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see231

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see216

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see208

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see197

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see191

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see160

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see160

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see158

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see156

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see150

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see148

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see146

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see143

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri