Icma.az
close
up
RU
Dünyanın inamı, Azərbaycanın məsuliyyəti

Dünyanın inamı, Azərbaycanın məsuliyyəti

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hazırda dünyanın ayrı-ayrı regionlarında ciddi kataklizmlərin baş verməsinə baxmayaraq, Azərbaycan ölkələr, xalqlar arasında etimad quruculuğunu hədəfləyən siyasət həyata keçirir. Respublikamızın ardıcıl olaraq mötəbər beynəlxalq təşkilatların mühüm tədbirlərinə ev sahibliyi etməsi də bu siyasətin təzahürüdür. Dünya birliyi Azərbaycana inanır, respublikamız isə məsuliyyətli dövlət olaraq öz imkanlarını təqdim etməklə beynəlxalq ictimaiyyətin etimadını yüksək səviyyədə doğruldur. Bəhs olunan tədbirlərdə qlobal miqyasda  yaranan çağırışlarla bağlı aktual müzakirələr aparılır və substantiv nəticələrə nail olunur. Prezident İlham Əliyev bugünlərdə Davosda “Euronews” televiziyasına müsahibəsindən sonra bu telekanalın təşkil etdiyi “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə sualları cavablandırarkən ölkəmizin COP29 konfransına uğurla ev sahibliyi etməsinə xüsusi diqqət çəkib və Azərbaycanın dialoq, əməkdaşlıq məkanına çevrilməsindən məmnunluğunu bildirib.

Azərbaycanın həssas yanaşması və COP29-un ən böyük dərsi

COP29-a ev sahibliyi hüququnun Azərbaycana verilməsi dünyanın ölkəmizə inamının daha bir ifadəsi idi. Azərbaycanın BMT-nin ən böyük tədbirlərindən hesab olunan COP29-a hazırlaşması üçün 1 ildən də az vaxtı var idi. Respublikamız dünya birliyinin inamını böyük məsuliyyət kimi qəbul edərək vaxt itirmədən hazırlıqlara başladı. Lakin burada da bədxahlar tapıldı. Belə ki, ölkəmizin uğurlarını həzm edə bilməyən dairələr özlərinin çirkin ənənələrinə sadiq qalmaqla COP29-u hədəfə aldılar. Bədxahların əsaslandırmaları da bu idi ki, neft ölkəsi iqlim konfransına ev sahibliyi edə bilməz. Ancaq Azərbaycan belə saxta əsaslandırmaları alt-üst etməyi bacardı. Prezident İlham Əliyev bildirib ki, “ilk dərs o oldu ki, müxtəlif dairələrin bu tədbirlərə qarşı çıxmasına baxmayaraq, siz ölkə üçün doğru olanı etməlisiniz. İstər Avroviziya, istər COP-la bağlı biz əsassız tənqidlərlə üzləşdik. Xüsusilə COP-la bağlı bizi günahlandırdılar ki, neft istehsal edən ölkəyik, neft istehsal edən ölkə necə COP-a ev sahibliyi edə bilər. Baxmayaraq ki, Azərbaycandan əvvəl və sonra Azərbaycandan xeyli çox neft istehsal edən ölkələr olub. Lakin sual bizimlə bağlı idi və mən söylədim ki, neftə sahib olmaq bizim günahımız deyil. Biz buna görə günahlandırılmamalıyıq. Bizi neft sərvətimizi necə idarə etməyimiz, onu cəmiyyətdə ədalətli şəkildə necə paylaşdırdığımızla bağlı qiymətləndirmək lazımdır. Beləliklə, çıxardığımız dərslərdən biri bu idi”.

COP29-a ev sahibliyinin məsuliyyətini öz üzərinə götürməsi ilk növbədə Azərbaycanın dünyada aktuallığı getdikcə artan iqlim məsələlərinə həssas yanaşması ilə bağlı idi. Güclü sənaye inkişafı və qlobal istiləşmə nəticəsində yaranan iqlim dəyişikliyinin təzahürləri və fəsadları getdikcə daha da artır. İqlim dəyişikliyinin mənfi təzahürlərindən və fəsadlarından hansısa bir ölkənin sığortalandığını söyləmək mümkün deyil. İndiki dövrdə iqlim dəyişikliyi hər bir ölkə üçün çağırışdır. İqlim dəyişikliyindən təsirlənən digər ölkələrlə müqayisədə okeanda dörd bir tərəfdən su ilə əhatə olunan kiçik ada dövlətlərində vəziyyət daha ciddidir. Okeanın ortasında bol su heç də xoşbəxtlik anlamında qəbul olunmur.  Bu dövlətlər yüksək gəlirli ölkələr sayılsalar da, onlar tez-tez təbii fəlakətlərlə üzləşirlər.

Bütövlükdə, təhdidlərin miqyası çox böyükdür. İqlim dəyişikliyinin təsirləri həyatın bütün sahələrində özünü büruzə verir. Statistikaya əsasən planetimizdə son yüz il ərzində havanın illik temperaturu 1 dərəcə artıb. Ən dəhşətlisi odur ki, temperaturun 0,75 dərəcə artımı son onilliyə təsadüf edir. Yer üzündə həyatın tam məhv olması üçün isə temperaturun 10-15 dərəcə artması kifayətdir. Xəbərdarlıq edilir ki, əgər temperaturun artması belə davam edərsə, onda 130-200 ildən sonra Yerdə həyat mövcud olmayacaq.

Azərbaycan da iqlim dəyişikliyindən təsirlənən ölkələr sırasında yer alır. Ölkəmizdə iqlim dəyişikliyi Xəzər dənizinin sahilinə nəzər salarkən aydın şəkildə görünür. İldən-ilə biz dənizin geri çəkildiyinin şahidi oluruq və bunun səbəbi iqlim dəyişikliyi və insanların qeyri-rasional fəaliyyətidir.

Azərbaycan yaranan qlobal təhdidlərə qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsinin zəruriliyi mövqeyindən çıxış edir. Məhz dövlətlərin milli səviyyələrdə gördükləri tədbirlərlə və fəaliyyətləri uzlaşdırmaqla qlobal təhdidə qarşı mübarizənin səmərəliliyini artırmaq mümkündür. BMT-nin bəyan etdiyi Davamlı inkişaf Məqsədlərinə qoşulan Azərbaycan milli səviyyədə özünün ekoloji siyasətinin konkret hədəflərini müəyyənləşdirib.  COP29 tədbirinə ev sahibliyi etməyin məsuliyyətini öz üzərinə götürməklə Azərbaycan həssas yanaşmasını bir daha nümayiş etdirib.

Ən yaxşı iqlim konfranslarından biri

Bədxahların əsassız iddialarına, haqsız tənqidlərinə rəğmən, Azərbaycan COP29-u yüksək səviyyədə təşkil etməyə və yaxşı nəticələr qazanmağa nail oldu. Təsadüfi deyildir ki, Davosda bəhs olunan tədbirə qatılan biznes dairələrinin nümayəndələri Bakının ev sahibliyi ilə baş tutan COP29-u fantastik iqlim konfransı kimi dəyərləndiriblər.

Uğurla keçən tədbir ölkəmizin liderlik keyfiyyətlərini bir daha dünyanın diqqətinə çatdırdı. Tədbirdə iştirak etmək üçün 76 mindən çox iştirakçı qeydiyyatdan keçib, həmçinin 80 dövlət və hökumət başçısı Bakıya təşrif gətirib. İştirakçıların böyük hissəsi, yəni 57 min 160 nəfər əcnəbilər olublar. COP29 çərçivəsində Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti təşkil olunub.

Bakıda baş tutan iqlim konfransında bir sıra uğurlu nəticələr əldə olunub. Bu sırada aşağıdakıları xüsusi olaraq qeyd etmək mümkündür:

- Hər il inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi nəzərdə tutan yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi (BMG) barədə razılığın əldə olunması. Xatırladaq ki, bu göstərici əvvəllər 100 milyard dollar olub.

- 2015-ci ildən bəri ilk dəfə olaraq COP29-da Paris Sazişinin 6-cı maddəsi tam şəkildə işlək vəziyyətə gətirildi. 6-cı maddə ilə bağlı yekdilliklə qəbul edilən qərarlar ətraf mühitin bütövlüyünü, şəffaflığı və karbon bazarlarının möhkəmliyini təmin etməkdə mühüm rol oynayacaq. Digər tərəfdən, 6-cı maddə üzrə əməkdaşlıq emissiyaların azaldılmasını tənzimləyə biləcək.

- 2022-ci ildə təşəbbüs kimi irəli sürülmüş və iqlim dəyişmələrinin təsirlərinə ən çox məruz qalan ölkələrə maliyyə yardımını nəzərdə tutan İtki və Zərər Fondunun tam şəkildə institutlaşdırılması. İtki və Zərər Fonduna ölkələr tərəfindən vəd edilən maliyyə vəsaitinin həcmi 730 milyon dollardan çoxdur.

- Qlobal Adaptasiya Hədəfi sənədi ilə Bakı Adaptasiya Yol Xəritəsinin yaradılması. Bu, inkişaf etməkdə olan ölkələrin maraqlarına uyğun olaraq, adaptasiya məsələsinin hər il COP-larda müzakirə olunmasını təmin edəcək.

- COP29-un qərarı ilə 10 illik Yenilənmiş Gender üzrə Lima İş Proqramı qəbul edildi. Proqramın qəbulu üzrə danışıqlar uzun müddət idi ki, davam edirdi və COP29 Sədrliyi nəticəsində sənəd üzrə razılıq bu iqlim sammiti çərçivəsində əldə olundu.

Beləliklə, deyə bilərik ki, Azərbaycan COP29-un təcrübəsi və mirası ilə gələcək iqlim konfransları üçün nümunəvi presedent yaradıb. COP29-un  “Bakı sıçrayışı” adlandırılması burada bir çox hədəflərə çatılması ilə bağlıdır. “Biz yaxşı tədbir keçirmək əzmində idik və bu, təşkilatçılıq baxımından, daha vacibi isə nəticələr baxımından həqiqətən də yaxşı tədbir oldu. Biz 10 il ərzində əldə edilməsi mümkün olmayana nail olduq”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Mübariz ABDULLAYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 24 Yanvar 2026 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycana hər məhsulu gətirmək mümkün olmayacaq Yeni QAYDALAR

07 Avqust 2026 00:37see557

Donuz zənn edib atəş açdı, atasını öldürdü

07 Avqust 2026 03:09see497

ABŞ nin Səudiyyə Ərəbistanından neft idxalı sıfıra enib

07 Avqust 2026 00:21see462

Dini və milli tolerantlığın Azərbaycan modeli

07 Avqust 2026 12:23see385

Korrupsiyaya qarşı komitə rəhbərinin gizli milyonları üzə çıxdı

07 Avqust 2026 02:46see378

Real Madrid Vinisius Junior ilə müqaviləni uzadıb

07 Avqust 2026 02:09see347

Belçika Qrenlandiyaya qoşun göndərir: Təlimlər başlayır

07 Avqust 2026 14:00see247

Ermənistana səfərlər rusiyalılar üçün təhlükəli ola bilər Matviyenko

07 Avqust 2026 02:00see240

Eboladan ölənlərin sayı 1800 ü keçib

07 Avqust 2026 02:34see238

Azərbaycan “Qlobal Sülh İndeksi”ndə 110 cu yerdə qərarlaşıb Siyahı

07 Avqust 2026 18:16see213

Qurban Qurbanov: “Hava həddindən artıq isti idi...”

07 Avqust 2026 00:31see208

Bu oteldə qalanlar pul ödəmir, bağ işlərinə kömək edirlər (Foto)

08 Avqust 2026 04:05see208

Yeni “Bugatti” belə olacaq Fotolar

07 Avqust 2026 01:42see208

Səbail in yeni İdarə Heyətinin təqdimatı keçirildi FOTOLAR

07 Avqust 2026 22:21see191

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

07 Avqust 2026 01:28see187

Cəlilabadda maşın aşıb Yaralılar var

07 Avqust 2026 01:44see185

Xanımının ad günündə ürəyi dayanıb 3 ay əvvəl qəza keçiribmiş

08 Avqust 2026 10:57see177

Husilərin Səudiyyə Ərəbistanına hücumu nəticəsində 11 mülki şəxs yaralanıb

07 Avqust 2026 02:56see174

Səmanın yerə endiyi şəhər... Fotolar

08 Avqust 2026 04:45see171

Avropada istidən 25 mindən çox insan ölüb

08 Avqust 2026 00:13see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri