Dünyanın gözlədiyi görüşlə bağlı yeni iddia: Trampın adamı Tehrana gedə bilər
Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
ABŞ prezidentinin Yaxın Şərq üzrə nümayəndəsi Stiv Vitkoff İranla dolayı yolla müzakirə aparmaq üçün Omanda planlanan görüşə qatılmaya bilər.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Washington Post”un məqaləsində qeyd olunur.
Nəşr yazır ki, buna baxmayaraq Vitkoff əgər dəvət edilərsə, görüş üçün birbaşa Tehrana da gedə bilər.
Həmçinin nəşrin tanınmış şərhçisi David İqnatiusun ötən gün Ağ Evdə ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında keçirilən görüşlə bağlı köşə yazısı da diqqət cəlb edib. İqnatius Netanyahunun Oval ofisdə Trampla söhbətini Ukrayna Prezidenti Volodimir Zelenski ilə müqayisə edib.
O, Netenyahunun Zelenski kimi Trampın fikirlərinə qarşı çıxmaq əvəzinə susmağı seçdiyini deyib.
Qeyd edək ki, aprelin 12-də Omanda ABŞ prezidentinin Yaxın Şərq üzrə nümayəndəsi Stiv Vitkoff və İranın xarici işlər naziri Abbas Əraqçının iştirakı ilə yüksək səviyyəli görüş gözlənilir. Danışıqlarda Omanın xarici işlər nazirinin də iştirak edəcəyi açıqlanıb.
Ayşən Mustafa
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 09 Aprel 2025 12:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















