Icma.az
close
up
RU
Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada

Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp şəhəri tərk etdikdən 4 il sonra prezident kimi ikinci andiçmə mərasimi ilə bağlı təmtəraqlı mərasimlərdə iştirak üçün Vaşinqtona gedib.

“Cebheinfo.az” xəbər verir ki, onun təyyarəsi axşam saatlarında Dulles hava limanına enib. Daha sonra planlaşdırılmış axşam şənlikləri və atəşfəşanlıq üçün Tramp Sterling Qolf Klubuna yollanıb. Jurnalistlərin dediyinə görə, Tramp saat 19:20 radələrində təyyarədən enib və suallara cavab verməyib, ancaq mətbuata əl yelləmək üçün qısa müddətə dayanıb və yumruğunu iki dəfə havaya qaldırıb.

Tramp, Melaniya və oğulları Barron saat 17:13-də təyyarəyə minərək, Mar-a-Laqo yaxınlığındakı Palm-Biç Beynəlxalq Hava Limanından yola düşüblər.

İnauqurasiya günündə ölkənin paytaxtına şaxtalı temperatur gözlənilir. Eyni zamanda, gözlənilən Arktika küləyi təşkilatçıları bazar ertəsi andiçmə mərasimi də daxil olmaqla, açıq hava tədbirlərinin çoxunu təxirə salmağa məcbur edib.

İnauqurasiya mərasimlərində və tədbirlərdə Country musiqisinin ulduzları Kerri Andervud, Billi Rey Sayrus və Ceyson Aldean, “Village People” diskoteka qrupu, reper Nelli və musiqiçi Kid Rok çıxış edəcəklər. Aktyor Con Voight və güləşçi Hulk Hoqanın, həmçinin Tramp tərəfdarı olan iş adamlarından ibarət komandanın çıxış edəcəyi gözlənilir. Bura “Tesla” və “X” şirkətinin baş direktoru İlon Mask, “Amazon” qurucusu Ceff Bezos, “Meta”-nın baş direktoru Mark Zukerberq və “TikTok”-un baş direktoru Şou Zi Çu daxildir.

Trampın cədvəlindəki yeganə ictimai tədbir Virciniya ştatının Sterlinq şəhərindəki Tramp Milli Qolf Klubunda axşam qəbulu və atəşfəşanlıqdır.

Tramp öz klubunda görüş keçirərkən, vitse-prezident seçilmiş J.D.Vens Vaşinqtonda Nazirlər Kabineti üzvləri üçün ziyafətdə iştirak edəcək və şam yeməyi verəcək. 

Bazar günü, inauqurasiyadan bir gün əvvəl Tramp Arlinqton Milli Qəbiristanlığında əklil qoyma mərasimində iştirak etməyi və daha sonra Vaşinqtondakı Capital One Arenadakı mitinqə getməyi planlaşdırır. Mitinqdən sonra xüsusi şam yeməyi olacaq. Tramp vəzifəsini tərk edən prezident və birinci xanımla ənənəvi çay süfrəsi üçün Ağ Evə getməzdən əvvəl İnauqurasiya Gününə Müqəddəs Con Yepiskop Kilsəsində ənənəvi ayinlə başlayacaq.

Tramp daha sonra inaqurasiya mərasiminin qapalı məkanda keçiriləcəyi Kapitoliyə yollanacaq.

Cəmi 600 nəfərlik Kapitol Rotundada mərasimin necə keçiriləcəyi bəlli deyil. 250.000-dən çox qonaq Kapitolinin hər yerindən inaqurasiyanı izləmək üçün bilet alıb. Tədbirin planlaşdırılmasına cavabdeh olan Açılış Mərasimləri üzrə Birgə Konqres Komitəsi açıqlamasında bildirib ki, bilet alan qonaqların böyük əksəriyyəti mərasimdə şəxsən iştirak edə bilməyəcək.

Xəzər
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Yanvar 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri