Icma.az
close
up
RU
Dünyanın gözlədiyi 3 saatlıq görüş

Dünyanın gözlədiyi 3 saatlıq görüş

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Rusiya - Ukrayna müharibəsində yeni səhifə açıla bilərmi?

Bəlkə də, bütün dünyanın həssaslıqla gözlədiyi VaşinqtonlaMoskva arasında tarixi görüş baş tutdu. Rusiya PrezidentiVladimir Putinlə ABŞ Prezidentinin xüsusi nümayəndəsi StivUitkoff avqustun 6-da Kremldə bir araya gəldilər. Görüş üç saatdavam edib. 

Qeyd edək ki, bu, Uitkoffun cari ilin əvvəlindən bəriRusiyaya 5-ci səfəridir. Bundan əvvəlki səfər aprelin 25-də baştutub. 

Hamı razıdır: Müharibə bitməlidir!

Moskvada 3 saat davam edən görüş barədə detallıməlumatlar verilməsə də, tərəflər aparılan müzakirələrdənrazılıqlarını bildiriblər. Rusiya Prezidentinin köməkçisi YuriyUşakov “İnterfaks” agntliyinə açıqlamasında görüşü faydalı vəkonstruktiv adlandırıb. “Fox News”un yaydığı məlumatdabildirlir ki, V.Putin müzakirələrin gedişində Trampla görüştəklifini irəli sürüb. Rusiya prezidentinin köməkçisi, həmçininbildirib ki, görüş zamanı Putin Ukraynadakı münaqişənin həlliilə bağlı bəzi siqnallar verib.

Bundan sonra ABŞ-dan gələn xüsusi nümayəndə Putininistəyini D.Trampa çatdırıb. ABŞ Prezidenti öz növbəsində təklifimüsbət dəyərləndirib və müzakirə mövzusunun Ukraynadasavaşın bitirilməsi olacağı təqdirdə görüşün gələn həftə baş tutabiləcəyini deyib. 

ABŞ-da da Kremldə aparılan müzakirələrlə bağlı müsbətfikirlər ifadə olunur. D.Tramp “Truth” sosial şəbəkə hesabında etdiyi paylaşımda Stiven Uitkoffun  Moskvada V. Putinlə çoxməhsuldar görüş keçirdiyini yazıb. “Görüşdə xeyli irəliləyiş əldəolunub. Bundan sonra bəzi avropalı müttəfiqlərimizə məlumatverdim. Hamı razıdır ki, bu müharibə bitməlidir. Biz yaxıngünlərdə və həftələrdə buna çalışacağıq”, - deyə D.Trampvurğulayıb.

Görüşdə “böyük irəliləyiş” əldə olunduğunu bildirən ABŞPrezidenti indiki nöqtəyə çatılmasının asan başa gəlmədiyini dəxüsusi olaraq diqqətə çatdırıb. Həqiqətən də, yol uzun və çətinolub. D.Tramp hələ seçkiqabağı dönəmdə müharibəni ən qısamüddətdə birirəcəyini vəd etmişdi. Lakin namizəd kimi vədvermək asandır. O, Ağ Evdə səlahiyyətlərinin icrasınabaşladıqdan dərhal sonra diqqətini Rusiya-Ukraynamüharibəsinin sonuclanmasına yönəltdi. D.Tramp bildirirdi ki, bu müharibə onun müharibəsi deyil, onu sələfi Bayden başlayıb. İndi isə müharibəni bitirmək zamanıdır və bu missiyanı özüyerinə yetirəcək. Bununla belə, D.Trampın davamlı səyləri, sülhçağırışları, Putinlə telefon diplomatiyası bir nəticə vermədi vəmüharibə onun prezidentliyinin ilk 100 günündə nəinkitamamlanmadı, əksinə arealı daha da genişləndi. Müharibəninuzanması D.Tramp üçün arzuedilən deyil. Vədinin həyatakeçməməsi Ağ Ev sahibinin imicinə kölgə salır. Məlumdur ki, ABŞ-n, demək olar ki, əksər prezidentlərinin idarəçiliyidönəmində Ağ Ev dünyanın hansısa bir regionunda yeni-yenimüharibələrin alovlanmasında bu və ya digər formada iştirakedib. D.Tramp tarixdə müharibə əleyhinə olan ABŞ Prezidentikimi qalmaq istəyir. Təsadüfi deyil ki, bir sıra dairələr onunNobel sülh mükafatına namizədliyini irəli sürüb. Ukraynadamüharibənin uzanması isə D.Trampın “sülh Prezidenti” imici iləziddiyyət təşkil edir. 

Rusiya ilə “yumşaq güc” diplomatiyası işə yaramadıqda, D.Tramp Moskvanın sülhə məcbur edilməsi taktikasına keçdi. O, Kremili sülh masasına çəkmək üçün əvvəlcə 50 gün vaxtverdiyini bildirsə də, sonradan Rusiya ordusunun Ukraynayahücumları intensivləşdirməsi, daha aqressiv davranması, yeni-yeni ərazilər tutması, hətta dinc insanların, mülki infrastrukturunbelə kütləvi raket atəşinə, dron hücumlarına məruz qalmasıfonunda möhlət müddətini 10 günədək qısaltdı. Əslində, Kremldə Vladimir Putinlə Stiven Uitkoffun görüşü kritik birgörüş idi. Bu, Rusiya - ABŞ münasibətlərində qırılma nöqtəsi dəola bilərdi. Elə son vaxtlarda  D.Trampın sərt qərarlarından incikdüşən Qərb blokunun ayrı-ayrı üzvləri də məhz Rusiya-Ukraynamüharibəsini Rusiya - ABŞ müstəvisinə keçirmək üçün planlarqururdular. Putinin Trampın sülh çağırışlarını qəbul etməməsi, telefon diplomatiyasının iflasa uğraması, Ağ Ev sahibininKremldən incikliyini açıq mətnlə bildirməsi Avropa İttifaqının(Aİ) əlinə işləyirdi. D.Tramp Ağ Evdə yerləşdikdən sonraUkraynaya dəstək xərclərinin Aİ-nin öhdəliyi olduğunubildirmişdi. Bundan əndişələnən Qərb blokunda yer alandövlətlər onları gözləyən təhlükəli perspektivdən son dərəcənarahatdırlar və buna əsas da var. Müharibə Amerika qitəsindədeyil, Avropa sərhədlərində gedir. ABŞ olmadan müharibəninağır yükünü çəkmək Avropa dövlətləri üçün, əlbəttə ki, asanolmayacaq. Buna görə də Qərb bloku Ağ Evin müharibədənuzaqlaşmasını qətiyyən istəmir . Onlar D.Trampın Putindənincik düşməsini özləri üçün bir şans kimi dəyərləndirirdilər vəmünasibətlərin daha da kəskinləşməsini arzulayırdılar. 

“Rusiyanın şərtləri barədə daha yaxşı

təsəvvürümüz var”

Kremldə baş tutan kritik görüş Qərb blokunun  ssenarisinəzidd olsa da , sülhə, müharibənin sonuclanacağına yeni ümidləryaradıb. Bu baxımdan ABŞ dövlət katibi Rubionun görüşdənsonra verdiyi açıqlama diqqət çəkir. “Müddətlərlə bağlı dəqiqməlumatım yoxdur. Konkret tarixlər müzakirə olunmur. Ammadüşünürəm ki, artıq Rusiyanın müharibəni dayandırmağa hazırolacağı şərtləri barədə daha yaxşı təsəvvürümüz var”. BunuRubio “Fox Business” kanalının efirində bildirib. “İndi buşərtləri ukraynalıların və Avropadakı müttəfiqlərimizin - ammailk növbədə, əlbəttə ki, ukraynalıların - qəbul etməyə nədərəcədə hazır olduqları ilə müqayisə etməliyik. Əgər həmukraynalıların, həm də rusların qəbul edə biləcəyi bir razılaşmaəldə edə bilsək, düşünürəm ki, Prezident Trampın Putin vəZelenskinin iştirakı ilə görüş keçirməsi və bu məsələni həlletməyə cəhd göstərməsi üçün real imkan yaranacaq.

Deyərdim ki, bu administrasiya fəaliyyətə başladıqdan bəriilk dəfədir ki, Rusiyanın müharibəni bitirmək üçün irəli sürəbiləcəyi konkret tələblərlə bağlı əlimizdə nümunələr var. İndiyədək bu cür təkliflərimiz olmayıb. Təbii ki, Ukraynatərəfinin söz haqqı var. Biz hər iki tərəfi və onların mövqelərinibir-birinə mümkün qədər yaxınlaşdırmalıyıq ki, PrezidentTramp müdaxilə edərək bu prosesi nəticəyə çatdıra bilsin”, - deyə ABŞ övlət katibi qeyd edib.

Dünya üçtərəfli

görüşü gözləyir

Rubionun ifadə etdiyi bu fikirlər çox mühümdür. O qənaəthasil olur ki, Moskva mövqeyində müəyyən korrektələr edib. Bukorrektələr də ABŞ, Rusiya və Ukrayna liderlərinin bir arayagəlməsinə imkan yaradıb. Artıq  dünya mediası “ABŞ prezidentiDonald Tramp, Rusiya prezidenti Vladimir Putin və Ukraynaprezidenti Volodimir Zelenski  gələn həftə tarixi üçtərəfli görüşüçün bir araya gəlməyə hazırlaşır” xəbərini tirajlayır. Xəbəri ilkolaraq  “The New York Times” yayıb və qeyd edib ki, busensasion plan artıq formalaşma mərhələsindədir. Məlumatagörə, Tramp Vladimir Putinlə telefon danışığı aparıb. Danışıqlarzamanı o, gələn həftə birbaşa, üz-üzə görüşməyi təklif edib.

Rusiya tərəfinin ilkin cavabı müsbət olub və bu dialoqunbaş tutması artıq real sayılır. “The New York Times” və digərbeynəlxalq mənbələrin məlumatına görə, bu görüşdə yalnız üçşəxs iştirak edəcək: Tramp, Putin və Zelenski. Nə ABŞ dövlətkatibi, nə Lavrov, nə də başqa rəsmi nümayəndələr masaarxasında olmayacaq. Bu, diplomatiya tarixinə özünəməxsus, nadir bir format kimi düşəcək. Müzakirələr iki müharibətərəfinin və ABŞ prezidentinin iştirakı ilə  vasitəçisiz və tamqapalı aparılacaq. 

Nəşrin məlumatına görə, Tramp çərşənbə günü Avropaliderləri və Ukrayna prezidenti Volodimir Zelenski ilə telefondanışığı zamanı planlarını açıqlayıb.

Söhbətə, həmçinin Böyük Britaniyanın baş naziri KirStarmer, Almaniya kansleri Fridrix Merts, NATO-nun Baş katibiMark Rütte, həmçinin ABŞ-nin vitse-prezidenti Ceyms DevidVens, dövlət katibi Marko Rubio və Trampın xüsusinümayəndəsi Stiv Uitkoff da daxil olub. Nəşrin məlumatındabildirilir: “Tramp Putinlə görüşməyi və tezliklə UkraynaPrezidenti Volodimir Zelenski ilə üçtərəfli görüş keçirməyigözləyir”.

Proseslərin gedişində sürpriz və

yaxud Trampın xüsusi bacarığı

Əvvəlki mərhələdə danışıqların pozulması reallığını nəzərəalsaq, yenə də deyə bilərik ki, Tramp hər nə qədər müharibəninsonuclanmasında maraqlıdırsa, burada tərəflərin mövqeyi də çox mühüm məqamdır. Ukraynada Kremldə baş tutanmüzakirələrdən sonra sülhə və yaxud uzunmüddətli atəşkəsəinam artıb.  “ABŞ Prezidentinin xüsusi nümayəndəsi StivUitkoff ilə danışıqlar zamanı Rusiya indi Ukrayna ilə atəşkəsədaha çox meyilli olduğunu göstərdi”. Bu barədə UkraynaPrezidenti Volodimir Zelenski axşam müraciətində bildirib. Dövlət başçısı Stiv Uitkoffun Moskvaya səfərindən sonra ABŞPrezidenti Donald Trampla danışdığını deyib.  “Biz Moskvadadeyilənləri müzakirə etdik. Belə görünür ki, Rusiya indi atəşkəsədaha çox meyillidir. Amma əsas odur ki, bizi və ya ABŞ-ıtəfərrüatı ilə aldatmasınlar”, -  deyə Zelenski vurğulayıb.

Prezidentin sözlərinə görə, Ukrayna tərəfdaşları ilə ümumimövqe və baxışı əlaqələndirmək üçün yaxın vaxtlardatəhlükəsizlik üzrə müşavirlərin görüşünü keçirməyi təklif edib. “Ukrayna öz müstəqilliyini mütləq müdafiə edəcək, hamımızauzun və etibarlı sülh lazımdır. Rusiya başladığı müharibəyə sonqoymalıdır”, - deyə Zelenski əlavə edib

Rusiyanın üçtərəfli görüşə razılıq verməsi də yeni və diqqətçəkən məqamdır. Məlumdur ki, əvvəllər Rusiyanın rəsmiləriV.Zelenskini Ukraynaın legitim Prezidenti saymadıqları iləbağlı bəyanatlar verirdilər. Onlar Ukraynada prezident seçkilərikeçirib hakimiyyətin dəyişməsinə nail olmaq istəyirdilər. Halbuki Ukrayna qanunvericiliyi müharibə şəraitində prezidentseçkilərinin keçirlməsini istisna edir. Belə çıxır ki, Kremldə baştutan müzakirələrdən sonra Moskva”Zelenskini qanuniprezident kimi tanımırıq” mövqeyindən geri çəkilib və Putinonunla bir masa arxasında əyləşməyə razılıq verib.

Tərəflərin sülh müzakirələri aparmağa razılıq vermələrinə, əlbəttə ki, D.Trampın xüsusi bacarığı öz təsirini göstərib. Əslində, Moskvada baş tutan 3 saatlıq görüş sülh üçün son şanskimi dəyərləndirilirdi. Moskvadan, Vaşinqtondan, Kiyevdəngələn açıqlamalar bu şansın ümidə çevrildiyini deməyə əsasverir. Sülhə gedən yol həmişə açıq olsun!

Mübariz ABDULLAYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:209
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 08 Avqust 2025 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see357

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see232

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see228

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see224

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see224

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see222

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see217

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see212

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see211

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see208

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see195

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see193

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see193

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see192

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see192

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see189

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see186

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see185

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see179

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri