Icma.az
close
up
RU
Dünyanin gözü Tramp Putin görüşündə: Nəticələr necə olacaq? POLİTOLOQ ŞƏRHİ

Dünyanin gözü Tramp Putin görüşündə: Nəticələr necə olacaq? POLİTOLOQ ŞƏRHİ

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hazırda dünyanın maraqla gözlədiyi görüş Tramp və Putin görüşüdür.

Bildiyiniz kimi ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasında görüş planlaşdırılır. Tramp hətta andiçməsindən öncə vəzifəyə gələn kimi ilk görəcəyi işin Putinlə görüş olacağını bildirmişdi. O, dəfələrlə qeyd etmişdi ki, andiçmədən sonrakı 24 saat ərzində Ukrayna-Rusiya müharibəsinə bir əncam çəkəcək. Lakin sonradan etiraf etdi ki, məsələ düşündüyündən daha qəlizdir və 24 saat ərzində həll etmək mümkünsüzdür. Həmin bu 24 saat oldu 100 gün. Bəli, Donald Tramp Ukrayna üzrə xüsusi elçisi Keyt Kelloqa Ukrayna münaqişəsinə 100 gün ərzində son qoymağı tapşırıb. Hətta Rusiyaya da hədə-qorxu gəldi ki, 100 gün içərisində mən deyənlə razılaşmasan, sanksiyalar daha da ağırlaşacaq.

Demək olar ki, hər gün Tramp mediaya açıqlama verərək, Putinin onunla görüşmək istədiyini və bu görüşün planlandığını bildirir. Eləcə də Putin administrasiyası Trampla görüşə hazır olduqlarını və Amerikadan bir işarə gözlədiklərini vurğulayırlar. Bəs görəsən bu görüş niyə müşkülə düşüb?Ümumiyyətlə görüş baş tutarsa, sülh olma ehtimalı nə qədərdur? Turkustan.az olaraq bizi maraqlandıran bu sualları politoloq Turab Rzayevə ünvanladıq.

Düşünürəm ki, görüş üçün ilk növbədə alt baza hazır olmalıdır. Baza olmadan görüşün baş tutması daha çətin ola bilər. Ola bilsin ki, Trampın qətiyyətini Putin yüksək qiymətləndirir, ona görə cəld reaksiyalar verir. Baydendən fərqli olaraq Tramp kifayət qədər riskli, kifayət qədər praqmatik siyasət yürüdür. Sülh prosesi Rusiyanın istəkləri üzərinə həyata keçirilməyəcək. Tramp hər 2 tərəfə çox güclü təzyiq edir ki, onları barışdırsın. Bir tərəfdən Ukraynaya göndəriləcək yardımı 90 gün dondurdu. Digər tərəfdən isə Rusiya xalqına böyük hörməti olduğunu söyləməsinə baxmayaraq, müharibənin dayandırılmadığı təqdirdə Rusiyanı ağır sanksiyaların gözlədiyini vurğuladı. Mən deyərdim ki, hətta bunun nəticələri də var.

Gəlin ehtimallara nəzər salaq. Rusiya iqtisadi baxımdan çökdürülərsə, müharibə aparmaq üçün maliyyə vəsaitləri qalmayacaq. Sanksiyalar nəticəsində Rusiya öz neftini, qazını sata bilməyəcək. Digər tərəfdən ABŞ Hindistan və Çinə təzyiqlər edir. Belə olan halda Hindistan məcbur olub Rusiyadan neft, qaz alışını dayandıracaq. Çin isə bunu xeyli azaltmağa məcbur olacaq. Əks halda həmin şirkətlər də sanksiya siyasına salınacaq. Digər tərəfdən Tramp Ukraynanı həddindən artıq silahlandıra bilər. Habelə Tramp ABŞ-da neft və qaz yataqları üzərində olan qadağaları yüngülləşdirəcək, vergiləri azaldacaq. Bunun nəticəsində ABŞ-da neft ixracı başlaya bilər və daxili tələbatı ödəyə bilərlər və bu da neft qiymətlərinin kəskin düşməsinə səbəb ola bilər. Bütün bunlar iqtisadı vəziyyəti yaxşı olmayan Rusiya üçün çox böyük zərbə ola bilər. Bu zaman Rusiya artıq məcbur qalıb Trampın şərtlərini qəbul edəcək.

Aytən Yaşar/ Turkustan.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 24 Yanvar 2025 20:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see278

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see201

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see169

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri