Icma.az
close
up
RU
Azərbaycan NATO ya üzv olacaq? Politoloq ŞƏRHİ

Azərbaycan NATO ya üzv olacaq? Politoloq ŞƏRHİ

Icma.az, Tribuna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan və NATO-nun hərbi təhsil üzrə nümayəndələri görüşüb. Mediada NATO ilə bağlı tez-tez görüşlər müşahidə edirik. Gələcəkdə ölkəmizin NATO-ya üzv olma ehtimalı varmı? Rusiyanın mövqeyi bu kontekstdə necə olar?

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən politoloq Əli Zülfüqaroğlu bildirib ki, hər hansı bir təşkilat və ya hərbi blokda təmsil olunub olunmamaq qərarını Azərbaycan özü müəyyənləşdirir.

Ə. Zülfüqaroğlunun sözlərinə görə, Azərbaycan müstəqil siyasət yürüdür və öz maraqları kontekstində çıxış edir. Ona görə də hesab edirəm ki, Azərbaycan NATO-da olub-olmamasında, sadəcə öz maraqları kontekstində dəyərləndirə bilər.

Hazırki geosiyasi vəziyyətə toxunan politoloq deyib:

“Beynəlxalq təşkilatlar getdikcə funksionallığını itirir. Eyni zamanda hərbi bloklarda çatlar yaranır. Bundan sonrakı dönəm üçün vəziyyətin necə olacağını, istər beynəlxalq təşkilatlarda, istərsə də hərbi blokların hansı aqibəti yaşayacağı dövlətlər üçün qeyri müəyyən olaraq qalır. Ona görə də hər hansısa bir dövlətin hansısa beynəlxalq təşkilatlara və hərbi bloklara üzv olmağa tələsəcəyini düşünmürəm”.

NATO ilə bağlı vəziyyəti dəyərləndirən siyasətçi qeyd edib:

“Hazırda, NATO-nun əsas gücü olan ABŞ ilə onun digər ölkələrlə təmsil olunduğu Aİ arasında çox ciddi ziddiyyətlər var. Hətta, NATO-nun düşməni olan Rusiya belə, ABŞ ilə olan münasibətlərini normallaşdırmağa çalışır. Xüsusilə də Avropa və Ukrayna məsələsi ilə bağlı ABŞ nəinki Rusiya üzərində, daha çox Aİ üzərində təzyiqlərini artırır. Hansı ki, Aİ və NATO üzvü olan ölkələrin üzərində olan bir təzyiqdir. Təbii ki, belə olan vəziyyətdə NATO-nun gələcək perspektivləri ilə bağlı qeyri-müəyyən bir perspektiv var”.

Azərbaycanın daha önəmli təşkilatlara üzv olmağından bəhs edən ekspert vurğulayıb:

“Azərbaycan Türk Dövlətləri Təşkilatında önəmli ölkələrdən biridir. Azərbaycan Türk dünyasının mərkəzi ölkəsidir. Və Azərbaycan Türk dünyasının birliyi iqtisadi, siyasi əlaqələrin qurulması, hərbi əməkdaşlığın perspektivləri ilə bağlı çox ciddi addımlar atıb və təşəbbüslər irəli sürüb. Və bu təşəbbüslər Türk dünyası tərəfindən qəbul edilir. Bunun praktiki mexanizmləri hazırlanır. Azərbaycanın bu yöndə üzərində götürdüyü missiya çox təqdirəlayiqdir. Eyni zamanda tarixi nəticələrə səbəb olacaq səviyyədə dəyərləndirilir. Təbii ki, belə olan halda Azərbaycanın daha çox Türk dövlətləri ilə gələcəkdə hərbi blokun yaranması istiqamətində perspektivlər yarana bilər. Artıq bir sıra mədəni, siyasi, iqtisadi potensialı və bu istiqamətdə göstərilən səyləri nəzərə alsaq, bu istiqamətdə hərbi əməkdaşlıq perspektivlərin də yarandığını söyləyə bilərik. Bu da gələcəkdə hərbi blokun yaranması prosesinə gətirib çıxara bilər. Azərbaycan və Türkiyə arasında müdafiə sənayesində ciddi əməkdaşlığı var. Hesab edirəm ki, istər Türkiyə, istərsə də, Azərbaycanın türk dünyası ilə bağlı lokomotiv ölkə olduğunu nəzərə alsaq, o zaman hərbi blokun yaranması istiqamətində təməllərin atıla biləcəyini proqnozlaşdırmaq mümkündür”.

Dəniz Pənahova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 24 Oktyabr 2025 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see271

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see209

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see209

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see187

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see170

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see158

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see145

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see144

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see142

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see139

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see139

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri