Icma.az
close
up
RU
Dünyanın hər bir yerində uduzan ÖLKƏ

Dünyanın hər bir yerində uduzan ÖLKƏ

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İranın Yaxın Şərqdəki nüfuzunun sarsılması fonunda rejim daxilində gərginlik özünü açıq şəkildə büruzə verməyə başlayıb. İran Prezidenti Məsud Pezeşkianın ABŞ ilə danışıqların başlamasına çağırış etsə də, ölkənin Ali Dini Lideri Əli Xamenei buna qarşı çıxıb. Mətbuatda Pezeşkianın istefa vermək istəməsi barədə xəbərlər yayılıb, iddialara görə Xamenei istefanı qəbul etməyib.

İqtisadi böhran isə İranı ağuşuna alır. Bir neçə gün əvvəl ölkənin maliyyə naziri istefaya göndərildi. Buna səbəb nazirin iqtisadi problemlərin öhdəsindən gəlməməsi göstərilib.

Artıq təkcə Qərb deyil, bölgə ölkələri də Tehranın siyasətini açıq şəkildə tənqid etməyə başlayıb. Son olaraq, Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan İranın regiondakı milisləri dəstəkləmə siyasətini sərt dillə tənqid edib və bunun Tehrana uzunmüddətli perspektivdə daha çox itki gətirdiyini vurğulayıb. Fidanın fikrincə, İran artıq bölgədə hegemonluq iddiasından əl çəkməli və əməkdaşlığa əsaslanan siyasət yürütməlidir. Onun bu açıqlamaları İran siyasi dairələrində ciddi narazılıqla qarşılanıb  və Tehran rəsmiləri dərhal Ankaraya cavab verməyə çalışıblar.

Bu hadisə İranın son bir ildə hər yerdə uğursuzluğa düçar olmasının növbəti göstəricisidir. HƏMAS və Hizbullah ağır məğlubiyyətə uğrayıb, İranın Suriyadakı hərbi dayaqları sarsılıb, Cənubi Qafqazda Azərbaycanla münasibətləri pozulub, Qərbin sanksiyaları iqtisadiyyatı daha da zəiflədib. Üstəlik, ABŞ-da Donald Trampın hakimiyyətə qayıtması İrana daha böyük təzyiqlər yaradıb.

İranın Fələstindəki əsas dayağı sayılan HƏMAS ötən il İsrailin hərbi zərbələri nəticəsində ağır itkilərə məruz qalıb. 7 oktyabr hücumlarından sonra İsrail ordusu Qəzza zolağında HƏMAS-ın əsas komandanlıq mərkəzlərini darmadağın edib. Minlərlə döyüşçü öldürülüb, mühüm liderlər məhv edilib. HƏMAS-ın siyasi qanadı çöküb, hərbi gücü isə faktiki olaraq yox dərəcəsinə endirilib. İranın uzun illər ərzində milyonlarla dollar yatırdığı bu qruplaşma bir neçə ay ərzində tarixin ən ağır məğlubiyyətlərindən birini yaşayıb.

HƏMAS-a dəstək məqsədilə Livandan İsrailə raket hücumları təşkil edən Hizbullah da eyni taleyi yaşayıb. İsrailin hücumları nəticəsində Hizbullahın lideri, onlarla yüksək rütbəli komandiri, o cümlədən xüsusi əməliyyatlara rəhbərlik edən şəxsləri məhv edilib. Hizbullah İsrailin qisas əməliyyatlarına cavab vermək iqtidarında olmadığını göstərib. Əvvəllər İsrailin əsas təhlükəsi kimi görünən bu təşkilat son döyüşlərdə zəif və gücsüz təsir bağışlayıb. İranın əsas "müqavimət cəbhəsi" çöküb, nüfuzu ciddi şəkildə sarsılıb. İranın Suriyadakı əsas tərəfdaşı olan Bəşər Əsəd rejimi də süquta uğrayıb. 

İran Ukraynaya qarşı Rusiyaya hərbi yardım göstərməklə Qərbin daha sərt sanksiyalarına məruz qalıb. İranın istehsalı olan "Şahed" dronları Ukraynaya qarşı hücumlarda istifadə edildiyi üçün ABŞ və Avropa İttifaqı Tehrana qarşı yeni iqtisadi və siyasi məhdudiyyətlər tətbiq edib. İran artıq Rusiya ilə əlaqələrini genişləndirməklə beynəlxalq təzyiqləri artırıb. 

ABŞ-da Donald Trampın hakimiyyətə qayıdışı isə İran üçün son dərəcə təhlükəli vəziyyət yaradıb. Tramp artıq açıq şəkildə İsrail və İran əleyhinə daha sərt siyasət aparacağını bəyan edib. 2018-ci ildə İranla nüvə sazişini ləğv edən və Tehrana maksimum təzyiq siyasətini həyata keçirən Trampın yenidən hakimiyyətə qayıtması İranı daha ağır sınaqlarla üz-üzə qoyacaq.

İranın regiondakı məğlubiyyətlərindən biri də Cənubi Qafqazda baş verib. Tehran açıq şəkildə Ermənistanı dəstəkləməsi, hətta hərbi əməkdaşlıq mesajları verməsi Azərbaycanla münasibətləri gərginləşdirib. Ard-arda baş verən təxribatların nəticə vermədiyini görən Tehran geri addım atmağa məcbur olub, lakin mollakratiyanın daxilindəki sərt mövqeli qruplar buna imkan vermək istəmir. Rəsmi Tehran Azərbaycanla əlaqələri normallaşdırmaq istəsə də, İrandakı güc dairələri buna mane olur.

Beləliklə, son bir ildə İran Yaxın Şərqdə və dünyada ardıcıl məğlubiyyətlərlə üzləşib. Dəstəklədiyi qruplaşmalar məhv edilib, hərbi və siyasi təsiri zəifləyib, iqtisadi vəziyyəti isə daha da ağırlaşıb. Əgər proses belə davam edərsə, rejimin çökməsi qaçılmaz ola bilər.

Türkiyənin İranı açıq şəkildə tənqid etməsi Tehranın regional siyasətinin uğursuzluğa düçar olduğunu göstərir. İran qardaş Türkiyəyə qarşı təxribatçı addımlar atmaq və sərt bəyanatlar vermək əvəzinə, xarici və daxili siyasətini yenidən nəzərdən keçirməlidir. Əks halda, onu yaxın gələcəkdə daha böyük çətinliklər və siyasi çöküş gözləyir.

Modern Təhlil və Araşdırma Qrupu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Mart 2025 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see487

Bakıda bu evlər söküldü

07 Sentyabr 2026 15:21see280

Şəkili tibb işçisi: Əməkhaqqı artımı dövlətin səhiyyə işçilərinə göstərdiyi diqqətin bariz nümunəsidir VİDEO

07 Sentyabr 2026 15:16see279

Səudiyyə Ərəbistanında Qlobal Səhiyyə Sərgisi keçiriləcək

07 Sentyabr 2026 15:42see268

Agentlik rəhbəri: Enerji sistemində tələbatın artımı ciddi məsələdir

07 Sentyabr 2026 17:10see267

Payızda nələrə baxmaq lazımdır: Yağışlı bir axşam üçün ən yaxşı 3 film

07 Sentyabr 2026 15:46see260

Əhali azalır, robotlar artır: Natiq Cəfərli gələcəklə bağlı PROQNOZ VERDİ

07 Sentyabr 2026 19:14see250

AMB: Azərbaycanda daxili karbon bazarının yaradılması üçün infrastruktura indidən başlanılmalıdır

07 Sentyabr 2026 16:09see247

ABŞ də daha heç bir Bombardier satışı olmasın Trampdan çağırış

08 Sentyabr 2026 00:46see241

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

08 Sentyabr 2026 01:02see240

İşlə təmin olunan əlilliyi olan şəxslərin sayı AÇIQLANDI RƏSMİ/ÖZƏL

07 Sentyabr 2026 17:11see239

2 günə 5 kilo arıqlamaq mümkündür? Dietoloq açıqladı

07 Sentyabr 2026 20:58see232

90 min yox, 180 min manat Kompensasiya ilə bağlı YENİ TƏKLİF

07 Sentyabr 2026 20:21see225

Sabiq Qarabağ lı Türkiyədə qalmaqala səbəb oldu

08 Sentyabr 2026 00:48see223

Merih Demiralın ailəsində böhran? Həyat yoldaşının bir hərəkəti diqqət çəkdi

08 Sentyabr 2026 02:36see221

Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyi təmir olunacaq

07 Sentyabr 2026 18:40see221

Düyü, kartof və makaronu soyuq yeyin Səbəb

08 Sentyabr 2026 02:10see203

Ölkədə neçə uşaq valideynlərindən biri ilə yaşayır? STATİSTİKA

07 Sentyabr 2026 19:44see199

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see195

Lerikdə 14 kq narkotik aşkarlanıb

08 Sentyabr 2026 02:36see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri