Dünyanın heç bir yerində belə bir şey yoxdur
Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.
“Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” yeni qanun layihəsi Milli Məclisin müzakirəsinə çıxarılacaq. 2000-ci illərin əvvəllərdində Azərbaycan korrupsiyaya qarşı mübarizə çərçivəsində yeni qanunlar və təsisatlar yaratmağa başlamışdı. Həmin dövrdə bir sıra ixtisaslaşmış beynəlxalq qurumlarla əməkdaşlı başlanmışdı. Xarici ekspertlər bizlərlə də görüşürdü. İngilis dilində "Whistleblower Protection Law" adlanan qanunun hərfi mənada adı təxminən "Fit çalanların müdafiəsi haqqında qanun" kimi səslənir. O vaxt bu layihə qəbul olunmadı. Çoxsaylı obyektiv və subyektiv səbəblərə görə. İndi gündəliyə çıxarılıb. Alqışlayırıq".
Newscenter.az xəbər verir ki, bunları hüquq müdafiəçisi Sahib Məmmədov deyib. Sahib Məmmədov onu da qeyd edib ki, hər gün dövlət vəsaitinin mənasız yerlərə sərf olunması ilə bağlı statuslar yazırıq:
"Məsələn ayda bir dəfə bəzi küçələrin kiçik bir hissəsinə köpük töküb gedirlər. Adı da koronovirusa qarşı mübarizədir. Dünyanın heç bir yerində belə bir şey yoxdur. 2020-ci ildə koronovirus təzə başlayanda Çində və bəzi ölkələrdə küçə və səkilərə dezinfeksiya edən məhlul çilədilər və tezliklə bəlli oldu ki, tam mənasızdır. Amma bu bizimkilərin əlinə əla fürsət verib. Mən ehtimal edirəm ki, bu işdə nəsə fit çalınası hal var. Qanun qəbul olunmamış fit çalıram. Mükafat da istəmirəm. Buyurun".
Süleyman
Bu mövzuda digər xəbərlər:Dünyanın heç bir yerində belə layihə yoxdur Prezident
06 Yanvar 2026 00:19
Məşhur aktrisa: “Dünyanın heç yerində belə bir hal yoxdur”
02 İyul 2026 12:45
Dünyanın heç bir yerində belə təhsil sistemi yoxdur Emin Əmrullayev
13 Noyabr 2025 12:14
Azərbaycanda dünyanın heç bir yerində olmayan biabırçılıq...
09 May 2026 15:54
Mahaçev: “Dünyanın heç bir yerində belə kirayə qiymətləri görməmişəm, bahadır”
31 Oktyabr 2025 04:08
Baxış sayı:84
Bu xəbər 06 Oktyabr 2026 16:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















