Icma.az
close
up
RU
Dünyanın ilk tam avtomatlaşdırılmış süni intellekt agenti Manus təqdim edildi

Dünyanın ilk tam avtomatlaşdırılmış süni intellekt agenti Manus təqdim edildi

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Çinli proqram mühəndisləri qrupu "dünyanın ilk tamamilə avtomatlaşdırılmış süni intellekt (Al) agenti"ni hazırlayıb. 

Qaynarinfo xəbər verir ki, "Manus" adlanan bu Al agenti insan rəhbərliyi olmadan mürəkkəb tapşırıqları müstəqil şəkildə yerinə yetirə bilir.

"ChatGPT", "Google Gemini" və ya "Grok" kimi mövcud süni intellekt çat-botları istifadəçi girişi tələb etdiyi halda, "Manus" proaktiv qərarlar qəbul edir və tapşırıqları öz təşəbbüsü ilə tamamlayır. Bu isə o deməkdir ki, "Manus" mütləq bir əmr gözləmədən fəaliyyət göstərə bilər.

Məsələn, bir istifadəçi "Mənə mənzil tap" dedikdə "Manus" araşdırma apararaq cinayət səviyyəsi, iqlim şəraiti və bazar tendensiyaları kimi müxtəlif amilləri qiymətləndirir və fərdi təkliflər təqdim edir.

"Manus" vahid bir Al modeli deyil, əksinə, bir neçə ixtisaslaşmış alt agenti idarə edən mərkəzi sistem kimi fəaliyyət göstərir. Bu quruluş sayəsində mürəkkəb və çoxpilləli iş proseslərini asanlıqla yerinə yetirə bilir.

Bundan əlavə, Al agenti asinxron rejimdə işləyir. Yəni tapşırıqları arxa planda icra edə bilir və nəticələr hazır olduqda istifadəçini məlumatlandırır. Bu xüsusiyyət, "Manus"un insan nəzarəti olmadan işləməsinə imkan yaradır.

Süni intellekt sahəsində yeni mərhələ

Bu inkişaf süni intellekt sahəsində əhəmiyyətli bir irəliləyiş hesab olunur. Çünki hazırda mövcud olan bir çox Al sistemi tapşırıqları yerinə yetirmək üçün əsasən insan müdaxiləsinə ehtiyac duyur. 

"Manus" isə tam müstəqil süni intellektə keçidin ilk nümunəsi kimi qiymətləndirilir və bu texnologiyanın gələcəyi ilə bağlı həm həyəcan doğuran, həm də narahatlıq yaradan suallar meydana çıxarır.

"Manus"un "DeepSeek" adlı süni intellekt modelinin 2023-cü ildə təqdim edilməsindən cəmi bir il sonra inkişaf etdirilməsi də diqqət çəkir. "Forbes" jurnalının bildirdiyinə görə, bu texnologiya Çin üçün süni intellekt sahəsində "Sputnik anı" olaraq qəbul edilir.

Bəzi mütəxəssislər hesab edirlər ki, "Manus"un təqdim edilməsi ABŞ-ın süni intellekt sahəsində mütləq lider olduğu fikrinə meydan oxuyur. Çin bu sahədə ABŞ-ı yaxaladığı, hətta müəyyən sahələrdə onu ötüb keçdiyi ehtimal edilir.

"Manus" yalnız texnoloji bir uğur deyil, eyni zamanda real həyat tətbiqlərinə də malik ola bilər. Məsələn, işə qəbul proseslərində "Manus" namizəd CV-lərini müstəqil şəkildə analiz edə, əmək bazarındakı tendensiyaları müqayisə edə və ən uyğun namizədləri seçmək üçün detallı hesabatlar təqdim edə bilər.

Digər bir mümkün tətbiq sahəsi proqram təminatının hazırlanmasıdır. "Manus" kimi agentlər sıfırdan peşəkar bir veb sayt yarada, sosial mediadan məlumat toplaya, saytı onlayn rejimdə yayımlaya və texniki problemləri müstəqil şəkildə həll edə bilərlər.


Dünya bu inkişafa necə reaksiya verəcək?

Digər yayğın süni intellekt tətbiqlərindən fərqli olaraq, "Manus" yalnız iş səmərəliliyini artırmaqla kifayətlənmir, eyni zamanda insan işçiləri əvəz edə biləcək qədər inkişaf edib. Bu isə işçi qüvvəsi üçün ciddi təhlükə yaradır və onun istifadəsi ilə bağlı etik və hüquqi məsələləri gündəmə gətirir.

Məsələn, böyük miqyaslı işsizlik riski ilə yanaşı, müstəqil fəaliyyət göstərən bir Al agenti bahalı bir səhvə yol verdikdə, məsuliyyət kimin üzərinə düşəcək? Dünyadakı tənzimləyici qurumlar tam müstəqil süni intellekt sistemlərinə nəzarət etmək üçün yetərli imkanlara sahibdirmi?

Silikon Vadisinin aparıcı texnologiya şirkətləri indiyədək süni intellektin tədricən inkişaf edəcəyini və mərhələli şəkildə tətbiq olunacağını düşünürdü. Lakin "Manus" tam avtomatlaşdırılmış sistem kimi oyunun qaydalarını dəyişir və Çinin süni intellekt dəstəkli sənayelərdə böyük üstünlük qazana biləcəyi narahatlığını artırır.

Dünyanın bu yeniliyə necə reaksiya verəcəyi hələ ki məlum deyil. Lakin süni intellektin tam müstəqil işləyə biləcəyi bir dövrə qədəm qoyduğumuz artıq danılmaz bir həqiqətdir.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 11 Mart 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see349

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see289

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see287

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see286

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see278

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see271

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see264

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see262

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see259

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see248

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see244

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see242

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see242

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see240

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see230

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see229

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see218

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri