Icma.az
close
up
RU
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət

Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 28 sentyabr, AZƏRTAC

Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə sentyabrın 28-də yerli media nümayəndələri üçün Palçıq Vulkanları Turizm Kompleksinə mediatur təşkil edilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Kompleksin ərazisində fəaliyyət göstərən Turizm İnformasiya Mərkəzi və sərgi zalları ilə tanışlıq olub.

Media nümayəndələrinə palçıq vulkanlarının yaranması, geoloji xüsusiyyətləri, ərazidəki təbii sərvətlər və vulkanların Azərbaycan təbiətindəki yeri barədə məlumat verilib.

Daha sonra Azərbaycan və dünya faunasına aid 1000-ə yaxın nümunənin nümayiş etdirildiyi Təbiət tarixi sərgi zalı ziyarət edilib. Burada müxtəlif heyvan və quş növlərinə aid eksponatlarla yanaşı, Azərbaycanın təbiəti və biomüxtəlifliyi barədə məlumatlar təqdim olunur.

Mediatur iştirakçıları, həmçinin Kompleksin emalatxanalarında təşkil edilən fəaliyyətlərlə tanış olub, dulusçuluq və neftlə rəsm çəkilməsi üzrə master-klasları izləyiblər.

Sonra media nümayəndələri Kompleksin açıq ərazisində yerləşən palçıq vulkanlarına baxış keçiriblər. Jurnalistlərə bildirilib ki, burada bir sırada düzülmüş 8 təpədən ibarət “Qılınc” palçıq vulkanını, eləcə də neft püskürən vulkanı yaxından müşahidə etmək mümkündür. Bundan başqa, Azərbaycanın və dünyanın ən böyük palçıq vulkanı hesab olunan, hündürlüyü 402 metr, diametri 150 metr olan “Torağay” palçıq vulkanını kənardan izləmək mümkündür.

Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli mediatur iştirakçılarına Kompleksin fəaliyyəti və burada yaradılan turizm imkanları barədə məlumat verib.

O bildirib ki, 2024-cü ildə istifadəyə verilən və fərqli turizm məhsulu olan Palçıq Vulkanları Turizm Kompleksi paytaxta gələn turistlərin ən çox səfər etdikləri məkanlardan biridir.

Murad Ağabəyli palçıq vulkanlarının ətrafında müasir turizm infrastrukturunun yaradılmasının bu ərazilərdə yerləşən vulkanlar haqqında ictimai maarifləndirməyə və onların təbiət irsi kimi təbliğinə töhfə verdiyini vurğulayıb.

O, həmçinin Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən digər qoruq və müəssisələrdə turistlər üçün yaradılmış imkanlar, regionlarda yaradılan yeni turizm məhsulları, həyata keçirilən layihələr və turizm obyektlərini ziyarət edənlərin sayı barədə məlumat verib.

Bildirilib ki, 2026-cı ilin yanvar-avqust ayları ərzində Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən qoruq və muzeyləri ümumilikdə 432 min 296 turist bilet alaraq ziyarət edib. Onlardan 303 min 426 nəfəri xarici, 128 min 870 nəfəri yerli turist olub. Daha 95 min 260 nəfər qoruq və muzeyləri ödənişsiz qaydada ziyarət edib.

Palçıq Vulkanları Turizm Kompleksini isə cari ilin yanvar-avqust ayları ərzində 28 min 979 nəfər bilet alaraq ziyarət edib. Onlardan 26 min 235 nəfəri xarici, 2 min 744 nəfəri yerli turist olub. 798 nəfər Kompleksi ödənişsiz qaydada ziyarət edib.

Qeyd olunub ki, bu müddətdə Kompleksi ziyarət edən xarici turistlər dünyanın 150-dən çox ölkəsindən gəliblər. Onların arasında Çin, Rusiya, Türkiyə, İsrail, Hindistan, Polşa, Almaniya, İtaliya, Bəhreyn və ABŞ vətəndaşları üstünlük təşkil edib.

Müxbir - Gülay Nəzərova

Fotoqraf - Tofiq Babayev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Sentyabr 2026 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see331

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see331

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see328

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see268

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see263

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see260

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see258

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see254

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see253

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see240

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see216

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see210

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see210

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see210

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see206

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see206

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see204

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see203

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri