Icma.az
close
up
RU
Dünyanın nəzəri yenidən Azərbaycandadır

Dünyanın nəzəri yenidən Azərbaycandadır

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Hazırda dünyanın nəzərləri yenidən Azərbaycana dikilib. Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçirilir. Artıq konfrans çərçivəsində bir sıra mühüm tədbirlər, o cümlədən də Liderlər Sammiti böyük uğurla baş tutub. Qeyd etməliyik ki, bu, BMT-in ən böyük tədbirlərindən biridir.

Bu fikirləri Milli Məclisin deputatı Ağalar Vəliyev bildirib. Deputat vurğulayıb ki, bir neçə gün ərzində paytaxtımızda hazırda dünyada çox aktual olan iqlim dəyişmələri ilə bağlı müzakirələr aparılacaq və önəmli qərarlar qəbul olunacaq. Ağalar Vəliyev belə bir mötəbər tədbirə ev sahibliyi hüququnun Azərbaycana verilməsini ölkəmizin və onun Liderinin beynəlxalq səviyyədə artan nüfuzunun göstəricisi kimi dəyərləndirib. Onun sözlərinə görə, Azərbaycan bir qayda olaraq beynəlxalq təhdidlərə qarşı qlobal həmrəyliyin gücləndirilməsi təşəbbüslərindən çıxış edir, ümumi məqsədlərə çatılması naminə fəallıq göstərir və bu işə özünün sanballı töhfələrini verir. Bu da beynəlxalq səviyyədə təqdir olunur. “Azərbaycan COP29-a ev sahibliyi hüququnu ötən ilin dekabrında Dubayda baş tutan COP28 çərçivəsində qazanıb. Təxminən 200 ölkənin yekdil qərarı ilə respublikamıza COP29-a ev sahibliyi etmək fürsəti nəsib oldu. Bu, bizim ölkəyə hörmət əlamətidir və bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir”, - deyə millət vəkili qeyd edib.
Deputatının sözlərinə görə, tədbirə hazırlaşmaq üçün ölkəmizin bir ildən də az vaxtı var idi. Ancaq indiyədək mühüm beynəlxallq tədbirlərin təşkilində yaxşı təcrübə qazanmış Azərbaycan qısa müddət ərzində məsuliyyətli hazırlıq həyata keçirib və hazırda da COP29-a yüksək səviyyədə ev sahibliyi edir.
A.Vəliyev bildirib ki, COP29-un sədri kimi Azərbaycan inkişaf etmiş və inkişaf edən ölkələr arasında konsensusun tapılmasına töhfə verməyə və Qlobal Cənubla Qlobal Şimal arasında əlaqələr qurulmasına çalışacaq. Milli Məclisin deputatının sözlərinə görə, hazırda qlobal istiləşmə və güclü sənaye inkişafı fonunda iqlim dəyişmələrindən bütün ölkələr təsirlənirlər. Ancaq bu, kiçik ada dövlətləri üçün bir mövcudluq məsələsidir. Buna görə də Azərbaycan o mövqedən çıxış edir ki, artıq müzakirələrdən işə keçilməli, kiçik ada dövlətlərinə real kömək göstərilməli, xüsusilə də maliyyələşmə məsələlələri həllini tapmalıdır.
Azərbaycanın enerji transformasiyasına çox həssas yanaşdığına diqqət çəkən deputat vurğulayıb ki, hazırda ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə sanballı töhfələr verməklə yanaşı, bərpa olunan mənbələrdən elektrik enerjisi istehsalının artırılmasını da özünün prioritet hədəflərindən biri kimi müəyyənləşdirib. “Abşeron yarımadası, işğaldan azad olunmuş ərazilərimiz, Haxçıvan bərpa olunan enerji mənbələri ilə zəngindir. Bu potensialdan səmərəli istifadə etməklə qeyd olunan mənbələrdən getdikcə daha çox həcmlərdə ekoloji cəhətdən təmiz eneri alacağıq. Ölkəmizin yeni ixrac potensialı yaranacaq. Yaşıl enerjinin Avropaya ixracı məqsədilə Qara dənizin dibi ilə kabel xəttinin çəkilməsinə dair razılaşma əldə olunub. Liderlər Sammitində bildirildiyi kimi, biz, həmçinin ixrac bazarlarına diqqət yetiririk və öz tərəfdaşlarımızla birgə çalışırıq ki, digər mühüm enerji təhlükəsizliyi layihələrini həyata keçirək. Bunun sayəsində biz yaşıl enerjini Avropaya nəql edəcəyik. Bu kabelin texniki əsaslandırma işləri yaxın vaxtlarda bitəcək. Onun imkanları kifayət qədər böyük olacaqdır. Bu, yalnız başlanğıcdır”, - deyə Ağalar Vəliyev diqqətə çatdırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:238
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 15 Noyabr 2024 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see382

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see364

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see305

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see295

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see293

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see289

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see285

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see269

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see245

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see236

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see230

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see229

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see227

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see225

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see221

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see220

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see218

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see203

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see189

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri