Lukaşenko Azərbaycandadır
Icma.az, Unikal.az portalına istinadən məlumat verir.
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.
"Unikal" xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın ədliyyə naziri Fərid Əhmədov, ölkəmizin Belarusdakı səfiri Məhərrəm Əliyev və digər rəsmi şəxslər qarşılayıblar.

