Icma.az
close
up
RU
Dünyanın səkkizinci möcüzəsi…

Dünyanın səkkizinci möcüzəsi…

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Şahnaz Şahinin “Səkkizinci not” una söz ardı

Sosial şəbəkələrin yaxşı tərəfi də var. Bədii, publisistik yazılarla, xüsusən də şeirlərlə operativ tanışlıq imkanı yaradır. Etiraf edək ki, gündəlik qayğıların çoxluğundan çox azımızın kitabxanalara getmək macalımız olur. Çap olunmuş kitablar satış probleminə görə elektron bazada gec yerləşdirildiyindən yeni çap olunan əsərləri operativ oxumaq şansımız da çox deyil. Bu boşluğu doldurmaqda sosial şəbəkələr dadımıza çatır. Son on illiklərdə feysbuk açıq kitabxana rolunu oynayır desəm, yanılmaram. 

Elə şair, publissist, essesist Şahnaz Şahinin yaradıcılığı ilə ilk tanışlığım da sosial şəbəkələrdən başlanıb. Şeirlərini, esselərini, publicist yazılarını feysbukda oxuyanda ruhunun təmizliyini, doğmalığını hiss etdim. Xüsusən lirik şeirləri saf sevgi dünyasının tanıtımı oldu. Köhnə mövzuda təzə söz deməyin sevməyin özü qədər çətin olduğunu ruh adamları, söz adamları yaxşı bilir:

Belə olur adam sevəndə..,

 birdən-birə baxışın dəyişir,

yerişin dəyişir,

 gedəcəyin ünvan sürüşüb 

çıxır ayaqlarından...

            Qadın yazarların şeirləri ilk misrasından özünü bəlli edir. Daha kövrək, həzin olduğuna, hisslərin rəngsiz, boyasız əksinə, zərifliyinə görə:

Soruş, adını da bilmir,

                        Soruş gör haçandan gülmür...

                        Soruş gör kim öldürüb, axı

 Qadınlar ölümlə ölmür!..

            Sevən qadın adi ölümlə ölmür, darıxmaqdan ölür, ayrılıqdan tükənir, sevgisizlikdən solur:

Vaxt gəlir darıxır adam.., 

durub nə vaxtsa

 ləçəklərini yolduğu güllərdən,

havaya sovurduğu  günlərdən

 əfv diləmək istəyir.

            Və təkcə əhv diləmir, həm də tanrıya səcdəyə gələrək sevgi payını diləyir, dilənir:

Allah, bu gecəyə yazığın gəlsin, 

Allah, bu gecənin üzünə xoş bax.

            Uzat qollarını, al qucağına, 

Bu dərdin içindən salamat çıxar.

…Tanrının insaflı tərəfi həmişə ağır gəlir sevgi üçbucağında…

Əllər tanrıya uçdu,

 Əllər tanrıya çatdı. 

Sarıldı yer üzünə 

Qollar dünyanı qucdu...

 Gördüm elə bizim tək, 

Dünya sevgiyə acdı...

Şahnaz Şahinin poeziyası mövzu dairəsinə görə müxtəlif, rəngarəng, çoxşaxəli olsa da bir xətt açıq aydın seçilir, dominantlıq edir. Bu, sevgi xəttidir. Xanım şairənin məhəbbət şeirləri  səmimiliyi, özünəxas deyim tərzi, hisslərin orijinal əksi ilə seçilir, yaradıcılığında ayrıca qütb təşkil edir.

Səni, sonuncu gülləm kimi sıxdım ozünə…

                        çıxdın dişlərim arasından can kimi...

 qan fışqırdı üzümə!.. 

                        Boyat yuxuların əsiriydin..

 yenəmi ağrıyır qolun

                        ürəyinin yerinə...?!

İxtisasca həkim olması Şahnaz xanımın yaradıcılığına təsirsiz ötüşməyib. Şair Şahnazla həkim Şahnazaın harmonik vəhdəti ürəkdən keçir: 

Xəstəxana divarları arasında hava yoxdu.., 

yolun düşsə hava apar özünlə.

 bir çiçək al, həkiminə bağışla, 

bir ürək qoy arasına, bağışla...

Siz yağan  yağışın həsrətdən sancı çəkdiyini eşitmişdinizmi? Mən yox! 

Çatlayıb açılır Günəş qönçə tək,

 Havadan məhəbbət qoxusu gəlir.

                        Tənha adamların yuxularına, 

Sərgərdan bir yağış sancısı gəlir.

“Bütün xoşbəxt ailələr bir-birinə bənzədiyi kimi” dünyanın hər yerində sevgilərin, ayrılıqların da rəngi, dadı-tamı birdir:

Bilirsən, dünyanın hər yerində 

Eyni cür sevir adamlar,

 Eyni cür darıxıb, eyni kövrəlir. 

Ayrılığın evi də elə eynidir..,

 torpağı, daşı nəm, divarları mamır...

 özü qaranlıq, havası ağır...

 Burnuma rütubət qoxusu gəlir, məlakəm..

Süni intellekt əsrində şeir, xüsusən lirik şeir yazmaq, mütaliə , müzakirə etmək lazımdırmı? sualına cavabım birmənalı –bəlidir. Çünki müasir texnologiyaların bizdən qopartdığı elə məhz ruhi bağlılıqdır. İnsanların ruhən yadlaşmasının, milli köklərindən qopmasının bəşəriyyətin sonunu gətirən faciə olacağı zamanın hazırkı gərdişindən özünü bəlli edir:

Canım sevdaların qəza yeridi, 

aldığım yaralardan eşq damar, 

olduğum hər məkanı

 sevgi tutar damar-damar...

Dünyaya sox sevənlər gələcək, sevib-sevilənlər olacaq, ayrılıqlar şeirə dönəcək, çox sevgi nağılları yazılacaq.  Amma  insan övladı sonda dərk edəcək ki, Tanrı yazdığından başqa hər şey yalandı:

Bu gecə fikrimi yağışlar yudu,

Bu gecə ağlımı yağış apardı.

Hər şeyi bir odlu baxışdan umdum,

İnandım: Tanrıdan özgə yalandı…

… “Xoşbəxtlikdən yazılmır xoşbəxt şeirlər...”. Xoşbəxt olan niyə şeir yazsın ki? Uzun gecələri qəlbilə, xaliqi ilə üz-üzə qalanlar dərdlilərdir, həsrət yanğısı yaşayanlardır, vüsal diləyi ilə tanrıya üz tutanlardır ağrılarını tökürlər sətirlərə, şeir kimi, nəğmə kimi, rəsm kimi:

Mən də bir cürə şairəm, 

Ah-la şəkil çəkirəm. 

Inanmırsan, gəl otur,

 Yoxla, şəkil çəkirəm…

Ilahi qəmin, ilahi sevginin şəklini şair ruhu ilə misralarına nəqş edən Şahnaz  Şahinin lirik şeirlərində Məhsətidən üzü bu yana bütün qadın şairələrimizin sevən qəlblərinin göynərtilərini hiss etdim:

Sevgi dar ağacı - asılacağam,

Gözümün gözündən sən keçəcəksən.

İlahi ağrının, ilahi qəmin,

Şəklini üzümdən köçürəcəksən

Ruhunun əksini şeirlərinə köçürən Şahnaz xanımın lirik şeirlərini sevə-sevə oxudum. Həm də təkcə oxumadım, yaşadım, ruhuma köçürdüm. Əslində mən Şahnaz xanımın bu yaxınlarda nəşr olunmuş “Səkkizinci not” şeirlər kitabı haqqında yazmaq istəyirdim. Kitabı bu məqsədlə başdan-başa oxuyub qeydlər etmişdim də. Amma … Sevgi şeirləri ağır gəldi, ruhuma elə çökdü ki, yazımın istiqamətini belə dəyişdi. 

Və inandırdı ki, dünyanın 8-ci möcüzəsi elə məhəbbətin özüdür…

Esmira İsmayılova

Filologiya üzrə fəlsəfə doktoru, dosent. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 İyul 2026 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see278

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see265

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see265

İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər Bessent

31 Avqust 2026 18:53see249

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see224

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see223

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see219

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see218

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see211

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see209

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see195

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see188

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see186

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see184

Dietoloqlar arıqlamaq üçün ən yaxşı iki meyvənin adını çəkiblər...

31 Avqust 2026 21:05see182

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see175

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see166

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see166

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see166

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri