Icma.az
close
up
RU
Dünyanın 8ci möcüzəsi

Dünyanın 8ci möcüzəsi

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Neft Daşları”nda ilk quyunun fontan vurmasından 75 il ötür

Azərbaycan neftçilərinin dünya neft sənayesinə bəxş etdiyi ilklərdən biri də dənizdə neftçıxarmanın təməlinin qoyulması ilə bağlıdır. Həmin əlamətdar hadisə 75 il bundan əvvəl tarixin bu günündə - 7 noyabr 1949-cu ildə yaşanıb. Məhz bu tarixdə “Neft Daşları”nda ilk quyu fontan vurub.

Dünya neft sənayesində yeni bir başlanğıc

Azərbaycan neftçiləri dənizdə neftçıxarmaya hələ “Neft Daşları”ndan əvvəl də təşəbbüs göstəriblər. 1803-cü ildə (bəzi məlumatlarda 1798-ci ildə) Bakı sakini Qasımbəy Mənsurbəyov Bibiheybət yaxınlığında, dənizdə, sahildən 18 m və 30 m aralıda iki neft quyusu qazdırıb. Sonralar Xəzər dənizinin qalxması nəticəsində həmin neft kəhrizləri suyun altında qalıb.

“Neft Daşları”nda 942 metr dərinlikdən hasilata start verilməsi isə dünya üçün bir yeni başlanğıc oldu. İnzibati cəhətdən Pirallahı rayonunun tərkibinə daxil olan “Neft Daşları” yatağı Bakı şəhərindən 110 km şərqdə, Pirallahı adasından 50 km cənub-şərqdə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşir. “Neft Daşları” ərazisində təbii qrifonlar olduğuna görə dənizin səthinə çıxmış daşlar qara rəngə boyanıb, buna görə də əvvəllər bura “Qara Daşlar” adlanıb.

“Qara Daşlar” deyilən ərazidə neft yatağının kəşfi neftçi-geoloq Ağaqurban Əliyevin adı ilə bağlıdır. Ərazidə ilk kəşfiyyat buruğunun yerini isə  məşhur neftçi Yusif Səfərov müəyyənləşdirib. 1948-ci ilin dekabrında ilk tikinti dəstəsi “Transportnik” (Nəqliyyatçı) kateri ilə Pirallahı adasından “Qara Daşlar”a göndərilir, burada qazma briqadası üçün 14 m-lik yaşayış yeri hazırlanır və qazma buruğunun tikintisi həyata keçirilir. 1949-cu ilin iyununda birinci kəşfiyyat quyusunun qazılması məqsədilə ömrünü başa vurmuş “Çvanov” gəmisi gətirilir və tələb olunan nöqtədə batırılır. Burada ilk quyunun qazılması qazma ustası Mixail Kaveroçkinlə birlikdə Qurban Abasova həvalə edilmişdi. Onların rəhbərlik etdiyi briqada işə 1949-cu il iyunun 24-də başladı və qazma işləri qısa müddət ərzində tamamlandı.

1951-ci ilin fevralında “Neft Daşları”ndan neftlə dolu ilk tanker yola salınıb. İlk vaxtlarda quyunun gündəlik hasilatı 100 tondan artıq idi. Açıq dənizdə qazılan ilk quyudan neft fontan vurmasının şərəfinə ərazinin əvvəlki adı “Qara Daşlar” “Neft Daşları” ilə əvəzlənib. Üç il sonra burada dünyada ilk dəfə olaraq estakadalar tikilib. Daha sonra “Möcüzələr adası”nda növbəti quyunun qazılmasına start verilib.

Beləliklə, mavi Xəzərin qoynunda “Qara Daşlar” fəth olunub, estakadalar üzərində “Neft Daşları” şəhəri yaranıb. Prezident İlham Əliyev dünya təcrübəsində birinci dəfə açıq dənizdə neft hasilatına başlanmasını neft sənayesinin inkişafında mühüm hadisə kimi dəyərləndirib. “Məhz Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində dənizdə neftçıxarmanın mümkünlüyü ideyası gerçəkləşdi və dəniz akvatoriyalarının mənimsənilməsi epoxasının başlanğıcı qoyuldu. Bu, eyni zamanda, Azərbaycanın neft mütəxəssislərini ən qabaqcıl mövqelərə çıxardı. Nadir Neft Daşları yatağının kəşfi bir çox dənizlərdə axtarış-kəşfiyyat işlərinə güclü təkan verdi. Hazırda dünyada karbohidrogen hasilatının əsas hissəsi dəniz akvatoriyalarının payına düşür və dənizlərin dərinlikləri fəth olunmaqdadır. Fəxr edirik ki, həmin proseslərin mənbəyi bizim əfsanəvi Neft Daşlarıdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Ginnesin Rekordlar Kitabına düşən ilk dəniz neft platforması

“Neft Daşları” dünya neftçıxarma tarixində yalnız açıq dənizdə ilk dəfə neft hasilatına başlanılması ilə əlamətdar deyil. Dünyanın 8-ci möcüzəsi kimi tarixə  düşən “Neft Daşları”nda həm də ilk dəfə açıq dənizdə estakada dirəkləri üzərində dəniz mədəni tikilib, şəhər salınıb. Ötən illərdə burada meydançalarla birlikdə təxminən 300 kilometr estakada inşa edilib. Dünya təcrübəsində ilk dəfə olaraq dənizdə laylara suvurma metodu da məhz “Neft Daşları” yatağında tətbiq edilib. Bunun da nəticəsində quyuların fontan üsulu ilə işləməsinin müddəti xeyli uzadılıb və layların neftvermə əmsalı əhəmiyyətli dərəcədə artıb.

 “Neft Daşları” yatağı istifadəyə veriləndən 2024-cü ilin birinci yarısı da daxil olmaqla “ümumilikdə”   buradan 180,2 mln. ton neft hasil olunub. Bəhs olunan dövrdə “Neft Daşları”dan 14,1 mlrd. kubmetr qaz çıxarılıb.

Onu da qeyd edək ki, “Neft Daşları” Ginnesin Rekordlar Kitabına ilk dəniz neft platforması kimi düşüb. 1999-cu ildə dünya ekranlarına çıxan və Ceyms Bondun sərgüzəştləri silsiləsindən olan “Dünya kifayət deyil” (“The World Is Not Enough”) filminin bəzi kadrları məhz “Neft Daşları”nda lentə alınıb.

“Neft Daşları”ndan başlayan yeni neft strategiyası

Böyük siyasətçi Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü ölkəmizdə dəniz neftinin hasilatı tarixində yeni mərhələ açıb. Heydər Əliyev qarşıya dənizdə neft hasilatının artırılması hədəfini qoyub və Onun təşəbbüsü ilə zəruri infrastruktur qurulmasına başlanıb. Əvvəlcə dənizin 70 metr dərinliyində kəşfiyyat-axtarış işləri aparmağa imkan verən “Xəzər” tipli üzən qazma qurğuları alınıb Görülən tədbirlər tezliklə “Bahar” və “Bulla-dəniz” yataqlarının açılması ilə nəticələnib. Heydər Əliyev az sonra qarşıya dənizin 200 metr və daha çox dərinliyində işləmək vəzifəsi qoyub və böyük siyasi qətiyyət, iradə bahasına bu məqsədinə də nail olub. 1970-1980-ci illərdə “Şelf” tipli o dövr üçün ən müasir yarımdalma üzən qazma qurğularının respublikaya gətirilməsi dərinsulu sahələrdə zəngin neft və qaz yataqlarının kəşf olunmasına imkan yaradıb. Xəzərin fəth olunması baxımından Heydər Əliyevin müstəsna xidmətləri sayəsində araya-ərsəyə gələn Dərin Dəniz Özülləri Zavodunun inşası da mühüm hadisə idi. Heydər Əliyev 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycanın siyasi rəhbərliyinə gəldikdən sora yeni neft strategiyasını hazırlayaraq “Əsrin müqaviləsi”nin imzalanması ilə onun təməlini qoydu. Böyük siyasətçi bildirirdi ki, müstəqil Azərbaycanın yeni neft strategiyası məhz “Neft Daşları”ndan başlayıb.

Sonrakı mərhələdə “Neft Daşları”na, dəniz neftçilərinə qayğı siyasətini Prezident İlham Əliyev eyni ardıcıllıqla davam etdirib. Dövlətimizin başçısının “Neft Daşları”nın 60 illiyi münasibətilə möcüzələr adasına tarixi səfəri də bu unikal həyata yeni nəfəs verib. Bu səfər “Neft Daşları”nın vətənimiz və xalqımız üçün nə qədər gərəkli olduğunu bir daha nümayiş etdirdi.

Mübariz ABDULLAYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:335
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 07 Noyabr 2024 08:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see373

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see343

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see314

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see242

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see235

2027 ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)

20 Avqust 2026 19:04see228

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see213

Süni intellektin yeni dövrü üçün vacib olan beş metal müəyyən edilib

20 Avqust 2026 21:49see175

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see164

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see160

Böyük Qayıdış: verilən vəd və görülən işlər

20 Avqust 2026 13:23see159

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see159

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see158

“Dərədə moruq dər, döşdə çiyələk...”

21 Avqust 2026 03:00see155

FTB cinsi təcavüzdə ittiham olunan keçmiş konqresmen Svalvellin evinə basqın edib

20 Avqust 2026 21:53see153

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see153

Vens ABŞ nin İrana qarşı iqtisadi təzyiq kampaniyasının dəqiq müddətinin olmadığını bildirib

21 Avqust 2026 07:11see152

Pensiya ilə bağlı mühüm ANONS: yığılan pulu tez almaq üçün… Müzakirələr başladı KONKRET

21 Avqust 2026 08:59see141

“Meta”, “Microsoft”a milyonlar ödəyir

20 Avqust 2026 18:07see140

Nebenzya: İran Yaxın Şərqdə eskalasiyaya səbəb olmayıb

21 Avqust 2026 02:46see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri