Icma.az
close
up
RU
Dünyanın şirniyyat trendi “Dubay şokoladı” necə yarandı? MARAQLI

Dünyanın şirniyyat trendi “Dubay şokoladı” necə yarandı? MARAQLI

Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dubay şokoladı yeni qastronomik trendə çevrilib. Dünyanın hər yerindən insanlar püstə pastası, təmiz tahin və kadayıfdən hazırlanan, xüsusi xırçıldayan dad verən bu şirniyyatı əldə etməyə çalışır.

Lent.az dünyanın 1 nömərli trendinə çevrilən Dubay şokoladı barədə yazını təqdim edir.

Dubay şokoladı 2021-ci ildə hazırda dünya brendinə çevrilmiş “FİX Dessert Chocolatier” şirniyyat markasının qurucusu 38 yaşlı Sara Hamud tərəfindən icad olunub. 2021-ci ildə analıq məzuniyyətində olan qadın təcrübə etmək qərarına gəlir və qeyri-adi şokolad üçün resept hazırlayır. Əgər bir neçə il əvvəl, onun şirkəti Dubay şokoladını satmağa başlayanda gündə 6-10 arası sifariş alırdısa, bu gün bu rəqəm dəqiqədə 100 sifarişə yüksəlib. "Düzünü desəm, şokolad trendinin bu qədər qlobal olacağını heç düşünməmişəm. İndi baş verənlər çılğındır” - deyə Sara Hamud CNN telekanalına açıqlamasında Kanadadan Argentina və Rumıniyaya qədər müxtəlif ölkələrdən olan insanlardan mesaj və video mesajları aldığını söyləyib.

Dubay şokoladının populyarlığı 2024-cü ilin fevralında TikTok bloggeri Maria Vejera-nın avtomobildə şokolad yediyi videosu ilə başladı. Video 80 milyondan çox baxış toplayıb və digər bloqçular da bu tendensiyanın ardıca gedirlər. Bu ləzzət Dubayın vəliəhdi və BƏƏ-nin müdafiə naziri Həmdan bin Məhəmməd Əl Maktumun özü tərəfindən yüksək qiymətləndirildi. 

6 ay sonra, 2024-cü ilin yayında Dubay şokoladının dəbi Azərbaycana da çatdı, blogerlər şirniyyatı kamerada sınamağa və sosial şəbəkələrdə videolar paylaşmağa başladılar.

Dubay şokoladı əl istehsalıdır və südlü şokolad, püstə və ya küncüt pastası və nazik liflərdən hazırlanmış ənənəvi şərq ləzzəti olan kataif xəmirindən ibarətdir. Bu tərkib hissəsi desertə video rəylərdə fəal şəkildə vurğulanan məşhur xırçıltı verir. 

Dubay şokoladının məşhurluğu və bahalı olmağı tendensiyası təkcə istehlakçıların kütləvi marağı səbəbilə deyil, həm də onun məhdud sayda istehsal olunması səbəbindən yaranıb. 2024-cü ilin yayında bu şokolad delikatesini yalnız Dubayda almaq olardı, indi isə onu məşhur onlayn satış şəbəkələrində sifariş etmək olar. 

Şokolad botonları əl işi olduğundan, o cümlədən hər bir şokolad üçün özünəmxsus dizayn var deyə, istehsalın həcmi məhduddur. Eyni zamanda, Sara Hamuda Dubay şokoladını konveyer üsulu ilə kütləvi istehsal etməyi planlaşdırmır.

"Məhsullarımızın keyfiyyətinə və tərkibinə nəzarət etmək mənim üçün çox vacibdir", - o deyib.

Şokoladların dizaynını isə Saranın əri təklif edir. Hazırda onların FİX şirkətinin 100-dən artıq əməkdaşı var.

Şokolada olan yüksək tələbat bir çox şirkətlərin FİX-in uğurunu təkrarlamağa və Dubay şokoladının öz versiyalarını təklif etməsinə səbəb oldu, bəzi bloqçular isə evdə bu şokoladı hazırlayır. Bununla belə, Sara Hamuda rəqabətdən narahat deyil.

“İnsanlardan “bizi ruhlandırdığınız üçün sağ olun” deyən mesajlar alırıq”. Buna görə də, əksinə, bu, mənim fəxr etdiyim bir şeydir", - deyir və nəticədə beynəlxalq bazara girəcəyinə söz verir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://lent.az
archiveBu xəbər 25 Yanvar 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri