Icma.az
close
up
RU
Dünyanın şirniyyat trendi “Dubay şokoladı” necə yarandı? MARAQLI

Dünyanın şirniyyat trendi “Dubay şokoladı” necə yarandı? MARAQLI

Icma.az bildirir, Manset saytına əsaslanaraq.

Dubay şokoladı yeni qastronomik trendə çevrilib. Dünyanın hər yerindən insanlar püstə pastası, təmiz tahin və kadayıfdən hazırlanan, xüsusi xırçıldayan dad verən bu şirniyyatı əldə etməyə çalışır.

Manset.az dünyanın 1 nömərli trendinə çevrilən Dubay şokoladı barədə yazını təqdim edir.

Dubay şokoladı 2021-ci ildə hazırda dünya brendinə çevrilmiş “FİX Dessert Chocolatier” şirniyyat markasının qurucusu 38 yaşlı Sara Hamud tərəfindən icad olunub. 2021-ci ildə analıq məzuniyyətində olan qadın təcrübə etmək qərarına gəlir və qeyri-adi şokolad üçün resept hazırlayır. Əgər bir neçə il əvvəl, onun şirkəti Dubay şokoladını satmağa başlayanda gündə 6-10 arası sifariş alırdısa, bu gün bu rəqəm dəqiqədə 100 sifarişə yüksəlib. "Düzünü desəm, şokolad trendinin bu qədər qlobal olacağını heç düşünməmişəm. İndi baş verənlər çılğındır” - deyə Sara Hamud CNN telekanalına açıqlamasında Kanadadan Argentina və Rumıniyaya qədər müxtəlif ölkələrdən olan insanlardan mesaj və video mesajları aldığını söyləyib.

Dubay şokoladının populyarlığı 2024-cü ilin fevralında TikTok bloggeri Maria Vejera-nın avtomobildə şokolad yediyi videosu ilə başladı. Video 80 milyondan çox baxış toplayıb və digər bloqçular da bu tendensiyanın ardıca gedirlər. Bu ləzzət Dubayın vəliəhdi və BƏƏ-nin müdafiə naziri Həmdan bin Məhəmməd Əl Maktumun özü tərəfindən yüksək qiymətləndirildi. 

6 ay sonra, 2024-cü ilin yayında Dubay şokoladının dəbi Azərbaycana da çatdı, blogerlər şirniyyatı kamerada sınamağa və sosial şəbəkələrdə videolar paylaşmağa başladılar.

Dubay şokoladı əl istehsalıdır və südlü şokolad, püstə və ya küncüt pastası və nazik liflərdən hazırlanmış ənənəvi şərq ləzzəti olan kataif xəmirindən ibarətdir. Bu tərkib hissəsi desertə video rəylərdə fəal şəkildə vurğulanan məşhur xırçıltı verir. 

Dubay şokoladının məşhurluğu və bahalı olmağı tendensiyası təkcə istehlakçıların kütləvi marağı səbəbilə deyil, həm də onun məhdud sayda istehsal olunması səbəbindən yaranıb. 2024-cü ilin yayında bu şokolad delikatesini yalnız Dubayda almaq olardı, indi isə onu məşhur onlayn satış şəbəkələrində sifariş etmək olar. 

Şokolad botonları əl işi olduğundan, o cümlədən hər bir şokolad üçün özünəmxsus dizayn var deyə, istehsalın həcmi məhduddur. Eyni zamanda, Sara Hamuda Dubay şokoladını konveyer üsulu ilə kütləvi istehsal etməyi planlaşdırmır.

"Məhsullarımızın keyfiyyətinə və tərkibinə nəzarət etmək mənim üçün çox vacibdir", - o deyib.

Şokoladların dizaynını isə Saranın əri təklif edir. Hazırda onların FİX şirkətinin 100-dən artıq əməkdaşı var.

Şokolada olan yüksək tələbat bir çox şirkətlərin FİX-in uğurunu təkrarlamağa və Dubay şokoladının öz versiyalarını təklif etməsinə səbəb oldu, bəzi bloqçular isə evdə bu şokoladı hazırlayır. Bununla belə, Sara Hamuda rəqabətdən narahat deyil.

“İnsanlardan “bizi ruhlandırdığınız üçün sağ olun” deyən mesajlar alırıq”. Buna görə də, əksinə, bu, mənim fəxr etdiyim bir şeydir", - deyir və nəticədə beynəlxalq bazara girəcəyinə söz verir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:237
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 30 Yanvar 2025 07:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri