Icma.az
close
up
RU
Dünyanın sonuna bir dəqiqədən bir az çox qaldı: QLOBAL fəlakət yaxınlaşdı

Dünyanın sonuna bir dəqiqədən bir az çox qaldı: QLOBAL fəlakət yaxınlaşdı

Lent az saytına istinadən Icma.az xəbər verir.

Bu, 2025-ci il yanvarın 28-də baş verib. Lakin, Qiyamət saatının sıfıra çatdığını heç vaxt görməyəcəyik.

Münaqişə, ekoloji fəlakətlərə və siyasi qarışıqlıqlara səbəb olan bir ildən sonra Qiyamət saatı təhlükəli şəkildə gecə yarısına yaxınlaşıb. 1947-ci ildə məşhur Manhetten layihəsi üzərində işləyən elm adamlarının yaratdığı bu metaforik saat, bəşəriyyətin öz məhvinə nə qədər yaxın olduğunun açıq bir göstəricisi kimi xidmət edir.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, saat əqrəbləri son saata yaxınlaşdıqca, gecə yarısı sivilizasiya üçün geri dönüşü olmayan dönməz nöqtəni simvolizə edir. Hazırda o, tarixin ən təhlükəli vəziyyətində donub qalıb.

Çikaqoda yerləşən "Atom elmləri bülleteni" geosiyasi gərginliklər, iqlim böhranı və nüvə silahlarının yaratdığı ekzistensial təhdidləri izləyərək saatları hər il tənzimləyir.

Təşkilatın baş direktoru Reyçel Bronson deyib: "Saat gecə yarısını vuranda, bu, nüvə mübadiləsinin və ya fəlakətli iqlim dəyişikliyinin baş verdiyini və bəşəriyyəti məhv etdiyini göstərəcək. Biz heç vaxt o nöqtədə olmaq istəmirik və bunun nə vaxt baş verdiyini bilməyəcəyik".

Qiyamət saatının vaxtı nədir

2025-ci il yanvarın 28-də “Bülleten” Qiyamət aaatının əqrəblərini irəli çəkərək, onları gecə yarısından cəmi 89 saniyə əvvəl dayandırıb - bu, saatın indiyə qədər fəlakətə ən yaxın olduğu vaxtdır.

Bu kritik vəziyyəti nəzərə alsaq, gələn il daha böyük xaosa qərq ola və əvvəlki 300-dən çox günün qarışıq hadisələrini geridə qoya bilər.

“Atom elmləri bülleteni” bəşəriyyətin əsasən Rusiyanın Ukrayna ilə müharibəsini əhatə edən "son dərəcə" riskli nüvə vəziyyətindən qaynaqlanan "görünməmiş təhlükə dövrü" ilə üzləşdiyini bildirərək qorxulu bir xəbərdarlıq edib.

Kremlin mətbuat katibi Dmitri Peskov əvvəllər narahatlığını bildirsə də, artan düşmənçiliyə görə NATO və ABŞ-ı günahlandırəb. O, bildirib: "Bu, bizi xüsusilə diqqətli, ayıq və çevik olmağa və müvafiq tədbirlər görməyə məcbur edir".

Nüvə risklərindən başqa, iqlim dəyişikliyi getdikcə daha çox nəzərə çarpan bir təhlükəyə çevrilib, xüsusən də “Bülleten” 2007-ci ildə hesablamalarında onu nəzərə almağa başladıqdan sonra. Stokholm Ətraf mühit institutunun “Bülleten” alimi Sivan Karta istixana qazı tullantılarının həyəcan verici trayektoriyasını qeyd edib: "COVID-19-un yaratdığı tənəzzüldən sonra qalıq yanacaq yanmasından yaranan qlobal karbon qazı tullantıları 2021-ci ildə tarixi bir yüksək səviyyəyə çatıb və artmaqda davam edir, yeni rekordlar qırır... Emissiyalar artmağa davam etdikcə, ekstremal hava hadisələri davam edir və getdikcə iqlim dəyişikliyi ilə əlaqələndirilir".

Lakin, professor Robert Rosner kimi “Bülleten” üzvləri Qiyamət saatının ümidsizliyin xəbərçisi kimi deyil, hərəkətə çağırış kimi qəbul edilməli olduğunu vurğulayırlar - onu "kömür mədənindəki kanareyka"ya bənzədirlər və bəşəriyyətin vacib qlobal problemləri həll etmək üçün bir araya gəlmək qabiliyyətini vurğulayırlar.

Gecəyarısından ən uzaq nöqtə 1991-ci ildə, Soyuq müharibənin rəsmi olaraq başa çatdığı və ABŞ ilə Rusiyanın Strateji silahların azaldılması müqaviləsini imzaladığı zaman saatda qeydə alınıb.

O zaman "Bülleten" güclü bir bəyanat verib: "On minlərlə nüvə silahının milli təhlükəsizliyin qarantı olduğu illüziyası dağılıb".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://lent.az
archiveBu xəbər 24 Dekabr 2025 20:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see392

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see368

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see365

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see283

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see273

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see272

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see271

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see263

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see255

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see254

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see240

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see233

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see231

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see230

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see229

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see228

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see227

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see226

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see222

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri