Icma.az
close
up
RU
Menu

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ən çox qazanan televiziya aktyorları...

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Dünyanın yeni güc mərkəzi Turan birliyi olacaq TƏHLİL

Dünyanın yeni güc mərkəzi Turan birliyi olacaq TƏHLİL

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dünya tarixində azsaylı xalqlar var ki, onların dövlətçilik ənənələri qədim dövrləri əhatə edir. Yəni onların dövlətçilik ənənələri dünyanın ilk yaranışına təsadüf olunur. Belə qədim dövlətçilik tarixi olan millətlərdən biri, bəlkə də öncüllərdən biri də Azərbaycan xalqıdır. Bunu istər yerli, istəsə də xarici arxeoloqların Azərbaycan ərazilərində apardıqları arxeoloji qazıntılar, eləcə də nüfuzlu tədqiqatçı alimlərin araşdırmalarla gəldikləri qənaətlərdə təsdiq edir. Azıx, Tağlar, Damcılı, Daşsalahlı, Qazma mağaralarında aparılan köklü arxeoloji qazıntılarla Azərbaycan əraziləri ilk insan məskənlərinin və bunun fonunda sivilizasiyanın mərkəzlərindən olduğu təsdiqlənir. Azıx mağarasında bizim eradan əvvəl yaşamış qədim insanın - Azıx adamının (Azıxantrop) çənə sümüyü yarana biləcək suallar tutarlı cavab olmuşdur. Azərbaycan ərazilərində ilk dövlətlərın yaranması da qədimdir. Tədqiqatlar əsasında üzə çıxarılan faktlar ondan ibarətdir ki, Azərbaycan ərazisində ilk dövlət qurumları eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəllərindən başlayaraq yaranıb. Güclü dövlətçilik ənənələrinin tarixi isə 5-6 min illik dövrü əhatə edir. Dövlətimizin əraziləri şimalda Dağıstan daxil olmaqla Dərbənd şəhəri, Cənubda Zəncan, Həmədan, Əfqanıstan əraziləri, Şərqdə Xəzər dənizindən Hindistana qədər, Qərbdə Göyçə gölü hövzəsi də daxil olmaqla Şərqi Anadoluya qədər əraziləri əhatə etmişdir. Azərbaycan ərazilərində eramızdan əvvəl I minilliyin və bizim eranın I minilliyinin əvvəllərində Aratda, Manna, Midiya, Atropatena kimi güclü dövlətlər olmuşdur. Manna dövləti elə bir gücə və qüdrətə malik olub ki, bu gün də onun hərbi, siyasi qüdrəti barədə dünyanın nüfuzlu dövlətlərin arxivlərində qiymətli sənədlər saxlanılır. O zaman dünyanın hegemon dövlətlərindən hesab olunan Şumerlərə, Assuriyalılara, Skiflərə, Kimmerlərə, Urartu (İstinadlar: История Древнего мира в 3 т., Издание третье / Ред. И. М. Дьяконова, В. Д. Нероновой, И. С. Свенцицкой — М.:Издательство «Наука», 1989. Gernet, J. (1996). A history of Chinese civilization. Cambridge: Cambridge University Press.) dövlətlərinə qarşı mübarizə aparırdı. Hətta onların bəzilərinin ərazilərini öz torpaqlarına qatmağı bacarmışdılar. Ulu əcdadlarımızın qurduğu Manna dövləti 300 il dünyanın ən güclü, hegemon dövləti olmuşdur.

Azərbaycan 5 min illik dövlətçilik ənənəsini yaşadan dövlətdir

Manna, Midiya, Atropatena kimi dövlətlərin Dəclə və Fərat vadilərində yerləşən və dünya tarixində dərin iz qoymuş qədim Şumer, Akkard və Aşşur (Assuriya) dövlətləri, habelə, Kiçik Asiyadakı Het dövləti arasında sıx qarşılıqlı əlaqələr formalaşmışdır. Bu ərazilərdə qüdrətli dövlətlərin olması Azərbaycanın qədim dövlətçilik ənənələrinə malik dövlət olduğunu təsdiqləyir. Tarixdə Azərbaycanın tələffüzü müxtəlif formalarda qeyd olunmuşdur. Təsdiq olunmuş məlumatlarda Azərbaycanın adı Andirpatian, Atropatena, Odlar Yurdu, Adirbican və Azirbican şəklində çəkilmişdir. Azərbaycan ərazisində aparılan arxeoloji tədqiqatlar zamanı ilk sakinlərin məskunlaşmasına aid zəngin maddi mədəniyyət nümunələri aşkar olunmuş və bunun nəticəsində ölkəmizin ərazisinin ilk insanın formalaşdığı məskənlər siyahısına daxil olunmasına zəmin yaratmışdır. Azıx, Kiş, Tağlar, Damcılı, Daşsalahlı, Qazma mağaralarında aşkar olunan arxeoloji tapıntılar Azərbaycanın ibtidai insanların formalaşdıqları əraziyə daxil olduğunu sübut edir.

Bu gün birmənalı mövqe ondan ibarətdir ki, Azərbaycan qədim sivilizasiyanın ilk beşiyi olan ərazilərdəndir. Böyük uğurla və qətiyyətlə xalqımız ululardan miras qalan dövlətçiliyini davam etdirir. Həm də elə bir formada dövlətçiliyi yaşadır və davam etdirir ki, dünya xalqları əldə olunan uğurlarını, zəfərlərini heyranlıqla izləyir. 2020-ci il sentyabrın 20-də başlayan və 44 gün davam edən Vətən Müharibəsi ilə 30 illik erməni işğalına son qoyan Azərbaycan dövləti dünyaya sübut etdi ki, böyük imperiyalar, qüdrətli dövlətlər məskəni olan bu ərazinin varisləri ulu əcdadlarının qurduğu dövləti, miras qoyduqları ənənələrini yaşatmağı bacarırlar. Hazırda Azərbaycan BMT, Avropa Şurası, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, GUAM, Şərq Tərəfdaşlığı, Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Beynəlxalq Valyuta Fondu, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, MAQATE, Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı və NATO-nun Sülh Naminə Tərəfdaşlıq (SNT) proqramının üzvüdür. BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, Qoşulmama Hərəkatına sədrlik etməsi, COP29 konfransına ev sahibliyi etməsi və digər bu kimi siyasi, iqtisadi, beynəlxalq uğurları Azərbaycanın dünyanın həm də aparıcı dövlətlərindən olduğunu təsdiqləyir.

Turan Birliyi Böyük Azərbaycanın bir parçasıdır

Müxtəlif pozucu fəaliyyətlərə baxmayaraq Böyük Azərbaycan dövləti tarixi torpaqlarına yenidən sahib çıxacaq. Üçrəngli bayrağmız Bakıda, Şuşada, Xankəndidə olduğu kimi, Tehranda, Təbrizdə və digər ərazilərdə də dalğalanacaq. Prosesi sürətləndirə biləcək amil isə türkdilli xalqların və dövlətlərin birləşməsi ilə Turan birliyinin yaranmasıdır. Turan birliyi yeni hədəflər müəyyənləşdirib ki, bu hədəflərə çatmaqda hər hansı problem olmayacaq. Yəni istənilən problemi Turan birliyi çətinlik çəkmədən aradan qaldıracaq. O cümlədən də Güney Turan birliyinin bir hissəsi olacaq. Buna heç kimin şübhəsi olmamalıdır. Çünki Azərbaycan xaqı onun olana sahib çıxmağı bacaran xalqdır. Bunu 44 günlük Vətən Müharibəsi ilə erməni terror maşınını məhv etməklə 30 il işğal altında olan torpaqlarını azad etməklə sübut etdi.

Hazırda fars-molla rejimi bütün mümkün vasitələrdən istifadə etməklə güneyli soydaşlarımızın müstəqillik mübarizəsini boğmağa çalışırlar. Lakin qaniçən rejimin işgəncə maşını uğursuzluğa düçar olacaq. Çünki görülən sərt tədbirlərə, həbslərə, işgəncələrə baxmayaraq Təbrizdə, Tehranda, Ərdəbildə, Xoyda, Urmiyada və digər tarixi Azərbaycan torpaqlarında yaşayan soydaşlarımız mübarizələrindən geri çəkilmək fikrində deyillər. Səttarxan, Pişəvəri hərəkatları yeni formada, həm də uğurlu nəticələr verəcəyi gün uzaqda deyil. Güneyli soydaşlarımız ruhlandıran amillər çoxdur. Birincisi, Azərbaycan Qarabağda separatçıları və terrorçu hərbi birləşmələri məhv edib, suverenliyini bərpa etməsi güneyli soydaşlarımıza böyük qürur yaşadıb. İkincisi, rejimin işgəncə maşınının uşaq, qadın, yaşlı bilmədən hər bir güneylini hədəf seçməsi insanları daha da qəzəbləndirib. Bu baxımdan güneyli soydaşlarımızın müstəqil dövlətçilyini bərpa etmək mübarizələri daha qətiyyətli xarakter alıb.

Onu xatırlatmaq lazımdır ki, molla rejimi Azərbaycan müstəqilliyini əldə edib, demokratik, azad dövlət olaraq inkişafını davam etdirdiyi zamandan dövlətimizə qarşı düşmənçilik mövqeyində dayanıb. Hər zaman terrorçu qardaşı Ermənistana hərbi, siyasi, maliyyə dəstəyi göstərməklə Azərbaycanın torpaqlarının işğal edilməsinə və ərazilərdəki, yeraltı, yerüstü sərvətlərin talan edilməsinə dəstək göstərib. Hətta 44 günlük Vətən Müharibəsində Azərbaycan öz torpaqlarını azad etmək üçün əməliyyatlara başlayanda ermənilərə qardaşlıq yaradılmalarını əsirgəmədilər. Lakin bütün məkrli qüvvələr cəsur və müzəffər ordumuzun ayaqları altında məhv edildilər. Ərazilərimiz işğaldan azad edildi və torpaq bütövlüyümüz bərpa olundu. Yenə də molla rejimi iyrənc fəaliyyətindən və əməllərindən əl çəkmədi. Kifayət qədər yaşı, başı, hətta başında yekə bir çalması olan fars-molla rejiminin baş mollası Xomneyi “Zəngəzur bizim qırmızı xəttimizdir”, - deyə cəfəng fikir irəli sürmüşdür. Bu günlər isə baş mollanın baş müşaviri Ə.Ə.Vilayəti Zəngəzur dəhlizinin açılmasına imkan verməyəcəklərini bəyan etmişdir. Onu da bildirmişdir ki, ya Rusiya ilə, ya da Rusiyasız Zəngəzur dəhlizinin açılmamasına qarşı mübarizə aparacaqlar. Bununla tör-töküntü yığnağı olan fars mollaları Zəngəzur dəhlizinin açılmasından cox narahat olduqlarını nümayiş etdirirlər. Niyə, səbəbi nədir? Cavab aydındır: Azərbayn dünyanın ən qüdrətli dövləti olaraq mövqelərini daha da möhkəmləndirəcək. İkincisi isə, Zəngəzur dəhlizi üzərində nəzarəti ələ almaqla Asiya-Avropa iqtisadi-ticarət marşrutuna nəzarəti ələ almış olacaq. Bu isə fars-molla rejiminə və onun himayədarı Rusiyaya böyük zərbədir. Ona görə də, müxtəlif təxribatçı fəaliyyətlə və ironiya ilə qarşılanan açıqlamalarla Zəngəzur dəhlizinin açılmasına problem yarada biləcəklərinə ümid edirlər. Lakin yanılırlar. Artıq Zəngəzur dəhlizinin açılması realdır. Bunu avqustun 15-də Vaşinqitonda keçirilən yüksək səviyyəli iki və üçtərəfli görüşdə və imzalanan sənədlərlə də təsdiq olundu. Xomeneyizm ideologiyasının birinci prinsipini - Azərbaycanın torpaqlarını işğal edib, 1 milyondan çox insanı ev-eşiyindən didərgin salmış Ermənistanla geniş əməkdaşlıq münasibətləri qurmaqla pozublar. Ona görə də bu rejimi islam respublikası adlandırmaq ədalətsizlikdir. Belə demək olar ki, müsəlmanların haqqına girmiş olunur. Onlar terrorçu dövlətdilər və belə də adlandırılsa, daha yaxşı olar. Həm də ona görə ki, bu rejim dünyanın əksər ölkələrində baş verən terror hadisələrinin təşkilatçısı və iştirakçısı olur. Hər il 100 milyardlarla dollarını terror hadisələrinin törədilməsinə xərcləyir. Halbuki daxildə insanlar dilənci günündə yaşayır, əziyyətli, məşəqqətli ömür sürürlər. Tam əminliklə və qətiyyətlə demək olar ki, soydaşlarımızın mübarizəsi öz bəhrəsini mütləq verəcək və azadlıq mübarizəsi qalibiyyətlə başa çatacaq.

İLHAM ƏLİYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 Avqust 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see266

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see261

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see244

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see237

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see235

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see220

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see218

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see212

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see211

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see211

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see209

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see206

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see205

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see204

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see203

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see186

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see183

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see176

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see174

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri