Icma.az
close
up
RU
Çin dünyanın əsas güc mərkəzinə çevrilir TƏHLİL

Çin dünyanın əsas güc mərkəzinə çevrilir TƏHLİL

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan bir sıra xarici ölkələrlə iki və çox tərəfli əlaqələrə, əməkdaşlıq münasibətlərinə malikdir. Azərbaycanın dostluq və müttəfiqlik münasibətləri üzrə əlaqələr qurduğu dövlətlərdən biri də dünyanın əsas güc mərkəzlərindən biri olan Çin Xalq Respublikasıdır. Çin Xalq Respublikası ilə əlaqələrin inkişaf etdirilməsi hər iki tərəfin xüsusi maraq göstərdiyi prioritet istiqamətlərdən hesab edilir. Artıq iki tərəf arasında münasibətlər 30 ilə yaxındır ki, bir-birinə hörmət, dərin inam və etimad əsasında davam etdirilir. Azərbaycanla Çin arasında bütün sahələr üzrə, o cümlədən iqtisadi, elmi, təhsil, mədəniyyət və digər istiqamətlərdə müqavilələr imzalanıb. 2025-ci ilin 6 ayının göstəricilərinə görə, Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin həcmi əvvəlki illə müqayisədə 25,4 faiz artıb və 4,2 milyard ABŞ dollar olub. Bununla da Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib. Çinin ölkəmizin xarici ticarət dövriyyəsindəki payı 7,9 faizə çatıb. Hazırda Azərbaycanda Çin kapitalı ilə 386 şirkət qeydə alınıb. Onlardan 324-ü ölkəmizdə aktiv fəaliyyət göstərir. Bunla yanaşı Azərbaycan Çinin Orta Dəhlizlə bağlı təşəbbüslərini hər zaman dəstəkləyir və bu istiqamətdə görülən işlər onu deməyə əsas verir ki, Orta Dəhlizlə bağlı nəqliyyat infrastrukturunun bütün vacib elelementləri başa çatmaqdadır. Əlaqələrin yüksələn xətlə inkişaf etməsinin nəticəsi olaraq Azərbaycanla Çin arasında viza rejimi ləğv edilib, hər iki ölkənin vətəndaşları sərbəst şəkil də bir-birinin ölkələrinə səfərlər edə bilərlər. Təbii ki, əlaqələrin qurulması Ulu Öndərimiz Heydər Əliyevin bilavasitə təqdim etdiyi layihələr, irəli sürdüyü ideyalar əsasında formalaşıb və bu gün də uğurla davam etdirilir. 1994-cü ilin martında Ümummilli Lider Heydər Əliyev Çinə səfər etmiş, səfər zamanı hər iki dövlətin xalqlarının maraqlarına xidmət edən müqavilələr imzalanmışdır.

Çinin xarici ticarət dövriyyəsi 4,73 trilyon dollara çatıb

Çin əhalisinə və ərazisinə görə dünyanın nəhəng dövlətlərindən biri olmaqla yanaşı həm də, iqtisadi, siyasi, hərbi cəhətdən aparıcı ölkələrdəndir. Çin lideri Si Cinpin ölkəsini dominant güc olmaq və şirkətlərini birinci yerdə yerləşdirməyi hədəfləyən “Made in China 2025” proqramını işə salıb. Bu isə Çin iqtisadiyyatının genişlənməsi və daha da inkişaf etməsi deməkdir. Çinin xarici ticarət dövriyyəsi 2025-ci ilin yanvar-sentyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 4 faiz artaraq 33,61 trilyon yuana (təxminən 4,73 trilyon dollar) çatıb. Bu barədə Dövlət Şurasının İnformasiya Ofisində keçirilən mətbuat konfransında Çinin Baş Gömrük Administrasiyası açıqlama yayıb. Hesabat dövründə Çinin ixracı 7,1 faiz artıb, idxalı isə 0,2 faiz azalıb.

Çinin xarici ticarətinin yarıdan çoxu (57,8 faiz) Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatına (APEC) daxil olan ölkələrin payına düşür. “Kəmər və yol” ölkələri ilə ticarət 6,2 faiz çoxalaraq 17,37 trilyon yuana çatıb. Ümumi daxili məhsulun (ÜDM) dəyərinə görə dünyada ikinci olan Çinin iqtisadiyyatının qlobal iqtisadi-ticari əlaqələrə təsiri olduqca böyükdür. Təsadüfi deyil ki, bir sıra təhlil mərkəzlərinin dünya iqtisadiyyatı ilə bağlı proqnozları Çin iqtisadiyyatının inkişafı və onun xarici ticarət proqnozlarına əsaslanır.

Son illərə qədər beynəlxalq aləmdə güc mərkəzləri kimi tanınan ABŞ, Rusiya, Fransa, Böyük Britaniya və digər dövlətlər Çinin sürətlə iqtisadi, hərbi cəhətdən sürətlə inkişaf etməsindən ciddi narahatçılıq keçirməyə başlayıblar. Hətta ABŞ Çinin iqtisadiyyatda, sosial sahədə, texnoloji yeniliklər də genişmiqyaslı üstünlüklərinə zərər vermək ümidi ilə bu ölkəyə noyabr 1-dən 100 faizlik gömrük rüsumları tətbiq edir. ABŞ Prezidenti Donald Tramp bəzi istiqamətlərdə Çinlə ticarətin dayandırıla biləcəyini bildirib. Tramp Çinin ABŞ-dən soya alışı ilə bağlı qəsdən maneələr yaratdığını və bunun “düşmənçilik xarakterli iqtisadi addım” olduğunu vurğulayıb: “ ABŞ bitki yağı və digər məhsulların istehsalını daxili imkanlarla təmin edə bilər”.

Makron və Merts Çinin artan hərbi, iqtisadi gücündən təşviş keçirdiklərini gizlətmirlər

Almaniya Kansleri Fridrix Merts ölkə parlamentində çıxış edərkən bildirib ki, Avropa rəqabət qabiliyyətini tezliklə bərpa etmək üçün hərəkət etməzsə, o, qlobal iqtisadi nəhənglərin ABŞ və Çinin əlaltısına çevriləcək və müstəqilliyini itirəcək. Fransa Prezidenti Emmanuel Makron Avropa Birliyini Çinin iqtisadi təzyiqindən qorunmaq üçün ən güclü iqtisadi aləti olan "ticarət bazukası"nı tətbiq etməyə çağırıb. O, Pekinin artan ticarət təzyiqinin qarşısının alınması üçün Avropa Komissiyasını Avropa bazarını "əlaqəli şəkildə müdafiə etmək" üçün "araşdırma başlatmağ"ın vacibliyini söyləyib. Makron Çinin yüksək texnologiyalı sənaye sahələri üçün vacib olan nadir torpaq minerallarının ixracına qoyduğu son məhdudiyyətlərdən narahatdır. Makron xəbərdarlıq edib ki, bu cür hərəkətlər "avropalıların muxtar istehsalını davam etdirmək qabiliyyətini şübhə altına alır".

Fransa prezidenti siyasi dairələrdə qeyri-rəsmi olaraq "ticarət bazukası" ləqəbi ilə tanınan Məcburiyyətə Qarşı Alətin (ACI) tətbiqini təklif edir. Strateji sənaye sahələrindən əlavə, Makron həmçinin Avropanın kiçik və orta müəssisələrinin gələcəyinin təhlükə altında olduğunu söyləyib. O, Çindən AB-yə böyük miqdarda kiçik bağlamaların axınının 2024-cü ilə qədər 4 milyarda çatacağını və yerli biznes üçün rəqabətsiz şərait yaratdığını qeyd etdi. Fransa prezidentinin sözlərinə görə, Almaniya kansleri Fridrix Merts bu məsələnin həlli yollarını axtarmaqda "son dərəcə fəal" olub. Makrona görə, Çinin hərəkətlərinə effektiv cavab verməyin əsas maneəsi AB daxilində vahid mövqenin olmamasıdır. "Hazırda bunu görmürük", - deyə o bildirib.

Çinin iqtisadi güc mərkəzinə çevrilməsinin səbəbi

Araşdırmalar əsasən demək olar ki, Çin Xalq Respublikasının iqtisadi dirçəlişi əslində 1978-ci ildə, Mao Zedonqundan sonra hakimiyyətə gələn Den Syaopin dövründən başlayıb. Onun komandasına "qızıl qəfəsdəki quş" konsepsiyasını hazırlayan maliyyəçi Çen Yun daxil idi. Quş bazar iqtisadiyyatını, qəfəs isə Çin Kommunist Partiyasını təmsil edir. Bu prinsip əslində "islahat və açılış" strategiyasının təməlini təşkil etdi. Maraqlıdır ki, Den Syaopin islahatlarında Rusiyanın Yeni İqtisadi Siyasətinin (NEP) təcrübəsindən istifadə etdi. 1926-cı ildə o, Moskvada Şərq Zəhmətkeşlərinin Kommunist Universitetində təhsil alıb. Çətin iqtisadi dövrdə Çin Sovet İttifaqından kömək istəyir. Lakin Moskvaya ümid etmək sadəlövhlük idi - Damanski adasındakı sərhəd münaqişəsi hadisələri hələ də yaddaşlarda təzə idi və hakim kommunist partiyaları arasında ideoloji polemika qızışırdı. Bəs kim kömək edəcəkdi? Qərb. ÇXR-in rəhbərliyini ələ keçirdikdən dərhal sonra, 1979-cu ilin əvvəllərində Den Syaopin ABŞ prezidenti Cimmi Karterlə görüşmək üçün Vaşinqtona səfər edir. O Karterə "qlobal antihegemon cəbhə" yaratmağı təklif edir. Den Vaşinqtondan qayıtdıqdan bir neçə həftə sonra orduya Sovet İttifaqına yaxın bir ölkə olan kommunist Vyetnama hücum əmri verir. Bundan sonra Çin Qərbdən hərtərəfli yardım almağa başlayır və bu, 30 il davam etdi.

1990-cı illərin əvvəllərindən Çində islahatlar həyat keçirilməyə başladı. İslahatlar əsasən sahil şəhərlərində - Şanxay, Kanton, Şençjen və Syamendə aparılırdı. Orada alman, Amerika, Yaponiya və Tayvan fabrikləri tikilirdi. Yeni kapital və texnologiya axını baş verdi və yeni sənaye sahələri yaradıldı. Kommunistlərdən qaçıb doğma şəhərlərinə və kəndlərinə qayıdan on minlərlə Tayvan sahibkarı Çinə gəldi. Onlar özləri ilə pul və bazar haqqında bilik gətirdilər. Onlar fabriklər, mağazalar və banklar açdı. Köhnə, ibtidai quyuların yerini almaq üçün yeni bir Qərb üslubunda "su təchizatı şəbəkəsi" yaradıldıqda, böyük Yapon, Amerika və Avropa korporasiyaları ona böyük məbləğdə pul yatırmağa başladılar.

Görülən fundamental işlər, həyata keçirilən əhəmiyyətli layihələrin nəticəsi olaraq Çin iqtisadiyyatı inkişafa nail oldu. Əgər bir neçə ilə qədər Çin avtomobilləri, texniki avadanlıqları keyfiyyətsiz məhsullar olaraq dəyərləndilirdisə, bu gün artıq Çin avadanlıqları dünyanın ən keyfiyyətli avadanlıqları hesab olunur. Məhsulların dözümlü və keyfiyyətli olması fonunda qiymətlər dünyanın istənilən ölkəsinin vətəndaşını qane edir. Rəqabət mühitində Çin məhsulları ABŞ-ın və Avropanın mallarını üstələyir. Bu da haqlı , həm də təbii olaraq qarşı tərəfi qıcıqlandırr. Müxtəlif vasitə və üsullarla Çin iqtisadiyyatını, texnologiyasını sıradan çıxartmağa, ən azı zəiflətməyə çalışırlar. Lakin görünən ondan ibarətdir ki, Çin dövlətinin iqtisadi , hərbi, texnoloji siyasəti düzgün və əsaslı formada həyata keçirilir. Deməli, rəqiblər istəklərinə nail ola bilməyəcəklər.

Ekspertlərin gəldikləri qənaətə görə, 2030-cu ilə qədər Çin iqtisadiyyatı dünyada ən inkişaf edən iqtisadiyyat olaraq qalacaq. 2030 –cu ildən sonra vəziyyətin dəyişəcəyi və Çin iqtisadiyyatında çökmə prosesinin yaşanacağı qeyd olunur. Təbii ki, o tarixə qədər ABŞ-Çin-Avropa İttifaqı arasında qarşıdurma davam edəcək. Qarşıdurma isə infilyasiya yaradacaq. Bundan qorunmaq üçün dövlətlər tədbirlər görməyə maraqlı olmayacaq. Çünki onlar bütün qüvvələrini bir-birini iqtisadi cəhətdən çökdürməyə səfərbər ediblər.

İLHAM ƏLİYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:304
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Oktyabr 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see341

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see308

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see253

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see248

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see217

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see215

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see208

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see202

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see201

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see199

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see199

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see194

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see184

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see182

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see176

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see175

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri