Icma.az
close
up
RU
Dünyasını dəyişən MCP yetkilisi: Partiyadaşlarının xatirəsində

Dünyasını dəyişən MCP yetkilisi: Partiyadaşlarının xatirəsində

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayevin köməkçisi Murad Alışov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. O, 2 noyabrda doğulduğu Masallı rayonunda dəfn olunub.

Partiyadaşları Murad Alışovla bağlı xatirlərini “Cebheinfo.az”-la bölüşüb.

MCP sədrinin müavini Rafiq Daşdəmirli Murad Alışovu daim gülərüz xatırlayacağını deyib:

“Özünəməxsus mərdliyi, cəsarəti, haqqı nahaqqa verməyən, mübariz insan, vətənini canından çox sevən  Murad bəy kimi insanlara çox az rast gəlinər. Səmimi gülüşlü Dayı necəsən deyib, qucaq acıb halımı soruşan Murad bəyi hər zamanı o gülərüz siması ilə xatırlayacam. Onun yoxluğunu qəbul etmək çox çətindir. Allah sənə rəhmət eləsin, ruhu daim şad olsun”.

MCP sədrinin müavini Ehtiram Mehtiyev də deyib ki, Murad tanıdığı ən sadə, səmimi və dürüst insanlardan biri idi:

“O, təkcə dost deyil, həm də mübariz ruhlu bir partiyadaş idi. İlk tanışlığımız 2015-ci ildə partiya quruculuğu dövrünə təsadüf edir. O gündən etibarən Murad Milli Cəbhə Partiyasının inkişafı üçün canla-başla çalışdı. Onun zəhməti, əməyə olan sevgisi və fədakarlığı danılmazdır.

2020-ci ildən, partiyamızın sədri hörmətli Razi Nurullayev deputat seçildikdən sonra Muradla daha sıx təmasda idik. Tez-tez məsləhətləşirdik, fikir mübadiləsi aparırdıq. O, protokol qaydalarına ciddi əməl edən, işini məsuliyyətlə və sədaqətlə yerinə yetirən bir insan idi.

Beş il ərzində aramızda sadəcə iş əlaqəsi yox, doğmalıq yaranmışdı. Günün sonunda da bir-birimizlə danışar, hal-əhval tutar, qayğımıza qalardıq. Murad elə bir dost idi ki, etibar edə bildiyin zaman səni heç vaxt yarı yolda qoymazdı.

O, fədakar, yorulmaq bilməyən, tapşırığı canla yerinə yetirən bir gənc idi. Son iki ayda xəstəliyi ilə mübarizə aparırdı. Biz onun yanında olduq, dərdinə şərik olduq, amma təəssüf ki, bu mübarizədə qalib gələ bilmədi…

Murad bizim üçün sadəcə bir partiya üzvü deyildi o, səmimiyyəti, dürüstlüyü və zəhməti ilə hamımızın qəlbində iz qoydu. Onunla keçirdiyimiz xatirələr çoxdur və heç biri unudulmayacaq. Murad daim qəlbimizdə yaşayacaq. Ruhu şad, məkanı cənnət olsun”.

MCP İdarə Heyətinin üzvü Pərviz Şıxalıyev də deyib ki, Murad sözün əsl mənasında çox yaxşı insan idi:

“Murad haqqında keçmiş zamanda danışmaq çox çətindir. Muradın yoxluğuna inanmaq olmur. Elə bil ki, indicə gəlib səninlə görüşüb -Qağa,nə var nə yox? Necəsən?- deyəcək. Ruhu şad olsun. Allah ailəsinə, övladlarına xeyirli ömür qismət etsin”.

MCP sədrinin müavini Tural İrfan də deyib ki, öz səmimiyyəti, sadəliyi, həlim xasiyyəti ilə seçilən Murad Alışov vətənpərvər, yüksək insani keyfiyyətləri ilə hər zaman fərqlənirdi:

“Kollektivimizdə daima öz müsbət keyfiyyətləri ilə sevilirdi. İşinə hər zaman məsuliyyətlə yanaşır, partiya sədrinin və bütün heyətin rəğbətini qazanmağa nail olmuşdu. Bəlkə də yaxşı adamların dünyadan nakam getməsinin bir səbəbi də cəmiyyətin düşüncəsində daha çox təsir buraxması, iz qoyması üçündür. Bu Allahın hikmətidir. Murad bəy də bh fani dünyadan erkən köçməsi ilə qəlblərdə, xatirələrdə iz qoydu, hər birinizi mütəəssir etdi.

Murad bəyin itkisi bizim üçün çox ağırdır. Hər birimiz dərin kədər hissi ilə ona Allahdan rəhmət, ailəsinə, yaxınlarına səbr diləyirik. Ruhu şad, məkanı cənnət olsun...”

MCP Mətbuat şöbəsinin müdiri Vusal Qarayev də Muradla olan xoş xatirəsindən danışıb:

“Deyirlər, hər bir insanın sevəni də olur, sevməyəni də, bəyənəni də, bəyənməyəni də. Murad elə bir insan idi ki, mən tanıdığım 10 il ərzində hələ onun haqqında kimdənsə mənfi fikir eşitməmişəm. Çünkü Murad səmimiydi, alicənab idi, mərhəmətliydi, ədalətliydi, dost, insan canlısıydı.

Bunlar söz xatirinə deyilən fikirlər deyil, dediklərimi Muradı tanıyan hər kəs təsdiqləyər. Tam səmimiyyətimlə, pafossuz deyirəm, dünya bir gözəl insan itirdi. Hər ölüm insanı bu qədər içdən, dərindən yandırmır. Murad hamınızı yandırdı. Çox heyif, çox təsüf. Yeri rahat olsun qardaşımızın. Onu hər zaman sevgiuylə, sayqıyla və içdən hüznlə xatırlayacayıq”.

MCP Ümumi şöbənin mütəxəssisi Almaz Məmmədova isə deyib ki, Murad haqqında danışmaq ona çox ağırdır:

“Elə insanlar olur ki, onların yoxluğu həyatın içindən bir parça qoparır. Murad da o insanlardan idi. Heç kimə pislik etmədi — bu, sadəcə onun xasiyyətində idi. Hər şeydə və hər kəsdə yaxşı tərəfi görən, ürəyi təmiz, səmimi bir insan idi. Onun içdən gələn səmimiyyəti və müsbət enerjisi hər kəsi özünə cəzb edirdi — sanki üzərində işıq daşıyırdı.

Bu gün Muradsız ilk iş günümdür. Hələ də qapıdan girib zarafatla “gecəniz xeyrə qalsın” deyəcəyini gözləyirəm. O bu zarafatını günün istənilən vaxtında, ofisdən çıxarkən deyərdi. Gecən xeyrə qalsın, Murad… Rahat uyu, ruhun şad olsun.

Onun haqqında bu qədər şəxsiləşdirilmiş yazmağım təsadüf deyil — sadəcə, o elə bir səmimiyyət yaratmışdı ki, hər kəsin qəlbində silinməz iz buraxdı”.

MCP Ümumi şöbənin əməkdaşı Sədaqət Əliyeva isə Murad Alışovu belə xatırlayır:

“Çox dəyərli bir insanı itirdik. Partiyamızın çox hörmətli əziz bir insanı dünyanı tərk etdi. Murad Alişov bəy, həqiqətən yaxşı insan idi. Heç kəsin xətrinə dəyməz, könlünü sındırmazdı

Həmişə gülərüz, mehriban qayğıkeş olardı. Onun vəfatı bizi çox kədərləndirdi. Allah ona qəni-qəni rəhmət eləsin. Məkanı cənnət olsun. Xatirəsi hər zaman qəlbimizdə yaşayacaq”.

Milli Cəbhə Partiyasının (MCP) üzvü Ləman Yusifova isə deyib ki, Muradın yoxluğuna hələ də inana bilmirəm:

“Muradın gülüşü ilə işıqlanan günlər indi qaranlığa bürünüb. Hamını güldürən Muradı indi xatırlayanda susmaq məcburiyyətində qalırsan. Murad özü ilə bərabər apardı bütün xatirələrini. 11 il hər anımda oldu, məni heç vaxt tək buraxmadı. Son dəfə görüşəndə də söz verdin ki ,gələcək, amma gəlmədi... Səni hələ də gözləyirəm, dostum, gəlməyəcəyini bilə bilə...”

MCP Ümumi Şöbənin İT mütəxəssisi Elçin Həsənov isə deyib ki, 10 illik iş yoldaşının, dostunun ölümü çox ağırdır:

“Birlikdə çox vaxt keçirmiş, işin yaxşısını pisini paylaşmışsınız.  Birdən, bir gün o artıq orada olmur. Həm iş yoldaşını, həm də bir növ dostunu itirirsən. Onun yoxluğu iş yerində böyük boşluq yaradır, hər şey əvvəlki kimi olmur. Zaman keçsə də, o günləri xatırlayanda yenə ürəyində bir kədər qalır”.

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Noyabr 2025 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri