Icma.az
close
up
RU
Dünyaya mesaj: Türkiyə Azərbaycan Pakistan birliyi

Dünyaya mesaj: Türkiyə Azərbaycan Pakistan birliyi

Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Aprelin 17-19-u tarixlərində Türkiyənin Antalya şəhərində 5-ci Antalya Diplomatiya Forumu keçirilib. Forumda Türkiyənin xarici işlər naziri Hakan Fidan çıxış edib. Nazir çıxışı zamanı Türkiyə-Azərbaycan-Pakistan birliyinə diqqət çəkib, bu üç ölkə liderlərinin birliyinin dünyaya mesaj olduğunu vurğulayıb.

Millət vəkilləri “Xalq Cəbhəsi”nə Türkiyə-Azərbaycan-Pakistan birliyinin əhəmiyyətindən danışıblar.

“Türkiyə, Azərbaycan, Pakistan sadəcə dost ölkələr deyil, ortaq strateji baxışa malik tərəfdaşlardır”

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva qeyd edib ki, Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidan tərəfindən Antalya Diplomatiya Forumu çərçivəsində səsləndirilən “Türkiyə–Azərbaycan–Pakistan birliyi dünyaya mesajdır” fikri təsadüfi deyil və bir neçə mühüm geosiyasi məqamı özündə ehtiva edir: “Bu üçlük – Türkiyə, Azərbaycan və Pakistan – artıq sadəcə dost ölkələr deyil, ortaq strateji baxışa malik tərəfdaşlardır. Bu birliyin əhəmiyyətini bir neçə istiqamətdə qiymətləndirmək olar. İlk növbədə, bu əməkdaşlıq regional təhlükəsizlik arxitekturasında yeni balans yaradır. Bu isə regionda sabitliyin qorunmasına və mümkün təhdidlərin qarşısının alınmasına xidmət edir. İkinci mühüm məqam siyasi həmrəylikdir”.

“Bu birlik formal deyil, real siyasi məzmun daşıyır”

O vurğulayıb ki, xüsusilə Azərbaycanın ərazi bütövlüyü məsələsində Türkiyə və Pakistanın birmənalı dəstəyi, eyni zamanda, Türkiyənin müxtəlif beynəlxalq platformalarda Pakistanın maraqlarını müdafiə etməsi bu birliyin formal deyil, real siyasi məzmun daşıdığını göstərir: “Üçüncü istiqamət iqtisadi və nəqliyyat əməkdaşlığıdır. Orta Dəhliz, enerji layihələri və ticarət marşrutları bu üç ölkəni yalnız siyasi deyil, həm də iqtisadi baxımdan bir-birinə daha sıx bağlayır. Bu, Avrasiya məkanında alternativ iqtisadi inteqrasiya modelinin formalaşmasına töhfə verir”.

“Bu üçlük gələcəkdə daha təsirli platformaya çevrilə bilər”

Deputatın sözlərinə görə, nəhayət, bu birlik ideoloji və mədəni yaxınlıq üzərində qurulub: “Ortaq tarix, mədəniyyət və dəyərlər bu əməkdaşlığı daha davamlı edir və onu sırf maraqlara əsaslanan müvəqqəti ittifaqlardan fərqləndirir. Hakan Fidanın mesajının mahiyyəti ondan ibarətdir ki, bu üç ölkənin birliyi yalnız region üçün deyil, daha geniş beynəlxalq sistem üçün də siqnaldır. Belə ki, yeni güc mərkəzləri formalaşır və onlar öz maraqlarını daha koordinasiyalı şəkildə müdafiə etməyə qadirdir. Bu baxımdan Türkiyə–Azərbaycan–Pakistan üçlüyü gələcəkdə həm siyasi, həm də geoiqtisadi baxımdan daha təsirli bir platformaya çevrilə bilər”.

Ən mühüm siyasi platformalardan biri

Milli Məclisin deputatı Elnarə Akimova deyib ki, müasir dünyanın sürətlə dəyişən geosiyasi mənzərəsində dövlətlər arasındakı münasibətlər artıq yalnız diplomatik protokollarla deyil, ortaq maraqlar, qarşılıqlı etimad və strateji baxışla müəyyən olunur: “Bu baxımdan Türkiyə–Azərbaycan–Pakistan birliyi son illərdə formalaşan ən mühüm siyasi platformalardan biri kimi diqqət çəkir. Türkiyənin xarici işlər naziri Hakan Fidanın Antalya Diplomatiya Forumunda bu üç ölkə liderinin birliyini dünyaya mesaj adlandırması təsadüfi deyil. Bu, sadəcə diplomatik ifadə yox, yeni regional güc mərkəzinin siyasi bəyanatıdır”.

“Bu birlik həm də geosiyasi tarazlıq baxımından xüsusi əhəmiyyət daşıyır”

E.Akimova söyləyib ki, Türkiyə, Azərbaycan və Pakistanı birləşdirən amillər yalnız dostluq münasibətləri ilə məhdudlaşmır: “Bu əlaqələrin kökündə ortaq tarix, mədəni yaxınlıq, siyasi etibar və beynəlxalq məsələlərdə qarşılıqlı dəstək dayanır. Xüsusilə Azərbaycan torpaqlarının işğaldan azad olunması dövründə həm Türkiyənin, həm də Pakistanın göstərdiyi prinsipial mövqe bu qardaşlığın sadəcə söz üzərində deyil, real siyasi iradə üzərində qurulduğunu nümayiş etdirdi. Bu birlik həm də geosiyasi tarazlıq baxımından xüsusi əhəmiyyət daşıyır. Cənubi Qafqaz, Yaxın Şərq və Cənubi Asiya kimi strateji bölgələri birləşdirən bu üç ölkə təkcə regional deyil, qlobal proseslərdə də ciddi təsir imkanlarına malikdir. Enerji təhlükəsizliyi, müdafiə sənayesi, nəqliyyat dəhlizləri və təhlükəsizlik məsələlərində ortaq əməkdaşlıq artıq siyasi bəyanatlardan əməli layihələr mərhələsinə keçib”.

“Bu üçlük yeni geoiqtisadi reallıqlar yaradır”

Deputat qeyd edib ki, xüsusilə Zəngəzur dəhlizi, Orta Dəhliz və türk dünyasının inteqrasiyası fonunda bu üçlük yeni geoiqtisadi reallıqlar yaradır: “Türkiyə Avropa ilə Asiyanı birləşdirən körpü rolunu oynayırsa, Azərbaycan enerji və logistika mərkəzi kimi çıxış edir, Pakistan isə Cənubi Asiyaya açılan strateji qapıdır. Bu xətt yalnız iqtisadi layihə deyil, həm də siyasi sabitlik və regional əməkdaşlıq modelidir. Hakan Fidanın “bu birlik dünyaya mesajdır” fikrinin mahiyyəti də buradadır: artıq beynəlxalq münasibətlərdə güc təkcə silahla və iqtisadi göstəricilərlə ölçülmür, həm də etibarlı tərəfdaşlıqla müəyyən olunur. Türkiyə–Azərbaycan–Pakistan xətti məhz bu etibarlı tərəfdaşlığın nümunəsidir. Bu, xarici təzyiqlərə qarşı ortaq mövqe, beynəlxalq ədalətsizliklərə qarşı birgə səs və regional təhlükəsizlik üçün ortaq məsuliyyətdir”.

Mənəvi bağlar

O həmçinin bildirib ki, bu birliyin ən mühüm tərəfi isə onun süni siyasi ittifaq olmamasıdır: “Burada maraqlar qədər mənəvi bağlar da var. Xalqlar arasında formalaşmış qardaşlıq münasibətləri liderlər səviyyəsində strateji əməkdaşlığa çevrilib. Bu isə ittifaqı daha dayanıqlı və uzunömürlü edir. Bugünkü dünyada etibarlı müttəfiq tapmaq çətinləşdiyi bir zamanda Türkiyə, Azərbaycan və Pakistanın nümayiş etdirdiyi birlik yalnız bölgə üçün deyil, beynəlxalq siyasət üçün də ciddi nümunədir. Bu, gücün həmrəyliyə çevrildiyi, dostluğun strateji əməkdaşlığa yüksəldiyi və siyasi iradənin tarix yazdığı bir modeldir. Dünyaya verilən mesaj da məhz budur: birlik varsa, güc də var, söz də var, gələcək də var”.

Röya İsrafilova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 22 Aprel 2026 23:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri