Icma.az
close
up
RU
Azərbaycan Türkiyə Pakistan birliyi güclənir

Azərbaycan Türkiyə Pakistan birliyi güclənir

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Pakistan İslam Respublikası Azərbaycanla Türkiyə üçün dost və qardaş ölkə hesab olunur. Uzun illərdir ki, ölkələrimiz həm ikitərəfli, həm də müxtəlif platformalar çərçivəsində fəal əməkdaşlıq edirlər. Aprelin 22-də Pakistanın   Baş naziri Şahbaz Şərifin Türkiyəyə səfəri və səfər zamanı verilən bəyanatlar bu reallığı təsdiqləyir.

Türkiyə və Pakistan terrorla fəal mübarizə aparır

Liderlərin birgə mətbuat konfransında Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə ilə Pakistan arasındakı əməkdaşlıq bölgədə sülhə mühüm töhfə verir: “Qardaş ölkə ilə əlaqələrin inkişafında maraqlıyıq. Xüsusilə hərbi və müdafiə sənayesi sahələrində birgə layihələr bizim üçün böyük əhəmiyyət kəsb edir”. Fevral ayında Pakistana səfəri zamanı bir çox sahə üzrə 25 sənədin imzalandığını xatırladan Türkiyə Prezidenti deyib: “Qəbul etdiyimiz qərarların qısa müddətdə həyata keçirilməsi vacibdir. İnvestorlarımızı Pakistanda daha çox iş görməyə təşviq edirik”. Onun sözlərinə görə, Şahbaz Şərif ilə danışıqlar zamanı Pakistanda fəaliyyət göstərən türk şirkətləri üçün azad iqtisadi zonaların ayrılması məsələsi də müzakirə predmeti olub.

Ərdoğan qeyd edib ki, Türkiyə və Pakistan terrorla mübarizədə ciddi iradə ortaya qoyub. O, həmçinin söyləyib ki, iki dövlət hərbi və müdafiə sahəsindəki əlaqələrini daha da gücləndirəcək, ortaq layihələr ortaya qoyacaq: “Türkiyə ilə Pakistan arasındakı əməkdaşlıq, şübhəsiz ki, bölgələrimizdə sülh və sabitliyə mühüm töhfə verir. Demək olar, bütün məsələlərdə Pakistanla tam koordinasiyalı hərəkət edirik”. Türkiyə lideri, baş vermiş terror aktı ilə əlaqədar Pakistana başsağlığı da verib: “Terrorun bütün formaları ilə mübarizədə Pakistana dəstəyimiz davam edəcək”.

Şahbaz Şərif: Ərdoğan böyük və cəsur liderdir

Pakistanın Baş naziri öz növbəsində Türkiyə Prezidentinin uğurlu siyasətinə diqqət çəkərək, “Ərdoğan böyük və cəsur liderdir” deyə vurğulayıb. O, bildirib ki, böyük lideri yaxşı liderdən fərqləndirən əsas xüsusiyyət cəsarətdir: “Böyük lider həm də insanların ürəyini fəth etməyi bacarmalıdır”. Baş nazir Türkiyə liderinin bunu bacardığına diqqət çəkib. Şahbaz Şərif güclü iqtisadiyyata çevrilən Türkiyənin, eyni zamanda, böyük diplomatik təsirə malik olduğunu qeyd edib.

Ərdoğan:  Türkiyə, Pakistan, Azərbaycan və digər türk dövlətləri birgə əməkdaşlıq çərçivəsində addımlar atacaq

Mətbuat konfransında xüsusi diqqət çəkən məqamlardan biri isə Türkiyə Prezidentinin Azərbaycanla bağlı söylədiyi fikirlərdir. Ərdoğan qeyd edib ki, Türkiyə, Pakistan, Azərbaycan və digər türk dövlətləri birgə əməkdaşlıq çərçivəsində addımlar atacaq.

Məlumdur ki, Azərbaycanın hər iki ölkə ilə əlaqələri yüksək səviyyədədir. Eləcə də hər üç ölkə üçtərəfli platforma çərçivəsində önəmli tədbirlər həyata keçirirlər. Bu mənada,  üçtərəfli görüşlər ənənə halını alıb. Liderlər arasında ötən il iyulun 3-də Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət Başçıları Şurasının 24-cü iclası çərçivəsində baş tutan belə bir görüş xüsusi vurğulanmalıdır. Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şərif arasında keçirilən üçtərəfli zirvə görüşündə Azərbaycan, Türkiyə və Pakistan arasında münasibətlər, həmçinin Qəzza, Kipr, Kəşmir, islamofobiya kimi regional və qlobal məsələlər müzakirə olunub.

Daha öncə Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlıq prosesi çərçivəsində parlament spikerləri və xarici işlər nazirləri səviyyəsində keçirilmiş görüşlərin həmçinin dövlət başçıları səviyyəsində təşkili nəzərdə tutulub. Habelə, üç ölkə arasında əməkdaşlıq imkanlarını inkişaf etdirmək üçün ortaq niyyət təsdiqlənib. Azərbaycan-Türkiyə-Pakistan arasında üçtərəfli əməkdaşlığın möhkəmləndirilməsinin üç ölkənin xalqlarının inkişafı ilə yanaşı, regional və qlobal sülhün və sabitliyin möhkəmlənməsinə xidmət edəcəyinə dair razılıq ifadə olunub.

Üçtərəfli platforma çərçivəsində fəal əməkdaşlıq davam edir

Görüşdə üç ölkənin liderləri  suverenlik və ərazi bütövlüyü prinsiplərinə uyğun olaraq münaqişələrin həllində müvafiq ölkələr arasında dialoqun prioritetləşdirilməsini dəstəklədiklərini bildiriblər. Transmilli təhdidlərə, xüsusilə terrorizmə qarşı mübarizədə üç ölkə arasında əməkdaşlığın və bu məsələnin birgə həllinin vacibliyi də bir daha təsdiqlənib.

Həmin görüşdə üçtərəfli əməkdaşlıq prosesi çərçivəsində növbəti görüşlərin hər üç ölkədə, yəni Azərbaycan, Türkiyə və Pakistanda keçirilməsi qərara alınıb.

Digər sahələrlə yanaşı təhlükəsizlik və hərbi sahədə əməkdaşlıq da Azərbaycan, Türkiyə və Pakistan münasibətlərində xüsusi yer tutur. Son illər hər üç ölkənin müvafiq qurumlarının yüksəksəviyyəli rəsmiləri bir neçə dəfə görüşərək aktual müzakirələr aparıblar. Azərbaycan, Türkiyə və Pakistanın birgə hərbi təlimlər keçirmələri də hərbi əməkdaşlığın əyani nümunəsidir və üç ölkənin xüsusi təyinatlı qüvvələrinin “Üç Qardaş” birgə beynəlxalq təlimi də buna əyani sübutdur.

Beləliklə, yeni geosiyasi münasibətlərin formalaşdığı hazırkı zamanda üç dövlətin maraqlarını bir daha uzlaşdırması, münasibətlərin fərqli konturlar üzrə təmərküzləşdirilməsi vacib şərt kimi meydana çıxır. Türkiyə, Pakistan və Azərbaycanın strateji müttəfiqliyi regional inkişafın yeni mərhələsində aparıcı güc mərkəzi kimi çıxış edir. Bu güc mərkəzi isə öz növbəsində təhlükəsizlik, inkişaf və tərəfdaşlığın yüksəlməsinə töhfələr verir.

Nardar  BAYRAMLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:216
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 24 Aprel 2025 09:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see329

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see319

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see288

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see288

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see277

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see275

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see250

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see250

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see239

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see233

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see227

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see223

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see223

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see218

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see217

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see212

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see210

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see207

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see195

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri