Icma.az
close
up
RU
Dünyaya yaxın olan, yaşamağın mümkün olduğu yeni planet kəşf edilib

Dünyaya yaxın olan, yaşamağın mümkün olduğu yeni planet kəşf edilib

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Astronomlar Yerə nisbətən yaxın məsafədə yerləşən və yaşamağın mümkün olduğu şəraitə sahib ola biləcək yeni bir planet kəşf ediblər. Bu planetin adı “HD 20794 d”dir və onun kütləsi Yerinkindən təxminən altı dəfə çoxdur. SİA “euronews.com” telekanalına istinadla xəbər verir ki, araşdırma “Astronomy & Astrophysics” elmi jurnalında nəşr edilib. Burada ən maraqlı xüsusiyyət planetin öz ulduzunun yaşamağın mümkün olduğu zonada yerləşməsidir. Yəni burada suyun mövcud olması mümkündür. Çünki bir planet ulduzuna çox yaxın olarsa, su buxarlanır, çox uzaqda olarsa, donur. “HD 20794 d” isə bu istilik balansını qoruma potensialına malikdir. Bu planet “82 G. Eridani” adlı bir ulduzun ətrafında dövr edir. Bu ulduz Günəşdən bir qədər kiçik, daha yaşlı və bir az daha sönükdür. Planetin ulduzuna olan məsafəsi eliptik orbitə görə dəyişdiyindən, bəzən daha isti, bəzən isə soyuq olur. Yəni, planetin ulduzuna ən uzaq nöqtədə olduğu zaman suyun donma ehtimalı var.

Alimlər bu planetin daha yaxından araşdırılmasının vacib olduğunu düşünürlər. Oksford Universitetinin astrofiziki Maykl Kretinyer bildirib ki, bu planetin həqiqətən varlığının təsdiqlənməsi onun üçün böyük bir sevinc olub. Üstəlik, dünyaya nisbətən yaxın olması sayəsində gələcəkdə daha ətraflı müşahidə aparmaq və hətta planetin fotoşəkillərini çəkmək mümkün ola bilər.

Tədqiqatçılar “HD 20794 d” planetinin atmosferində həyat əlamətləri axtarmağı planlaşdırırlar. Gələcək teleskop missiyaları və yeni texnologiyalar bu ekzoplanet barədə daha çox məlumat əldə etməyə kömək edə bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://sia.az
archiveBu xəbər 24 Fevral 2025 07:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri