Icma.az
close
up
RU
Duqindən postsovet ölkələrinə görünməmiş təhdid Bakıdan reaksiya

Duqindən postsovet ölkələrinə görünməmiş təhdid Bakıdan reaksiya

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Rus dünyası”nın tanınmış ideoloqlarından biri, Kremlin “beyni” adlandırılan Aleksandr Duqin postsovet ölkələrinin müstəqilliyini hədəf alan növbəti fikirləri ilə gündəmə gəlib. O, Ukraynaya qarşı işğalçı müharibənin yeni Rusiya imperiyasının yaradılmasının açarı olduğuna eyham vurub.

Duqin Ukraynanın ardınca bütün postsovet məkanının “udulduqdan” sonra Rusiyanın “sərt şaquli hakimiyyətə malik, hər hansı muxtariyyətlərin və liberal dəyərlərin olmadığı millətlərüstü makrodövlətə” inteqrasiyasını təklif edib. Onun modelində azlıqların hüquqları formal olaraq qorunub saxlanılır, lakin siyasi subyektivlik məhv edilir və “ənənə” ideologiyasına çevrilir, Qərb modeli üzrə insan haqları rədd edilir.

Bu barədə o, mayın 28-də “Rusiyanın indiki geosiyasətində avrasiyaçılıq” seminarı zamanı söyləyib.

Duqinə görə, keçmiş sovet respublikalarının inteqrasiyası Rusiyanın Ukraynadakı hərbi kampaniyasının nəticələrindən asılıdır. Yəni o, açıq şəkildə postsovet ölkələrini, onların müstəqilliyini hədələyib.

“İnteqrasiya sürəti Ukraynadakı uğurumuzdan asılıdır, çünki bu, bizim üzləşdiyimiz Avrasiya proksisidir. Avrasiyanın əsas ideyası ondan ibarətdir ki, Ukrayna vahid İmperiyanın bir hissəsi olmalıdır. Söhbət ittifaq formatlarından yox, Moskva mərkəzli tam hüquqlu geosiyasi birləşmədən gedir”.

Duqinin bu sayıqlaması nə dərəcədə rəsmi Kremlin və ya Putinin mövqeyini ifadə edir? Konkret olaraq Azərbaycan bu kimi açıqlamaları ciddiyə almalıdırmı?

Ölkə.Az xəbər verir ki, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov “Yeni Müsavat”a açıqlamasında Rusiyanın bir bəla olduğunu bildirdi. Sabiq nazir eyni zamanda, şimal qonşumuzun Ukrayna savaşından sonrakı hədəfi ilə bağlı təxminlərini bölüşdü: “Bu fikirlər Duqinə məxsus deyil, onların müəllifi Rusiya prezidenti Vladimir Putindir. Sadəcə olaraq o, öz istəyini Duqin kimi alətlərin vasitəsilə bəyan edir. Buna qədər Putinin ən böyük sözçüsü başqa bir sərsəm - Vladimir Jirinovski idi. Dünya bu gün Rusiya bəlası ilə üz-üzədir. Mən ”bəla" sözünü təsadüfən istifadə etmirəm. Doğrudan da Rusiya bu gün bütün dünya üçün bir bəlaya çevrilib. Bu bəladan qurtulmağın yeganə yolu isə dünyanın aparıcı güclərinin bir araya gələrək Rusiyanın qarşısına çıxmasından keçir. Dünya birliyi nə yolla olursa-olsun Rusiyanın bu ambisiyalarının qol-qanad açmasına imkan verməməlidir. Təəssüflər olsun ki, Qərbin və ilk növbədə ABŞ-ın iqtisadi maraqları hələ dünyanın üzləşdiyi Rusiya probleminin çözülməsi qarşısında bir əngəl olaraq qalır".

F.Yusifov sual etdi ki, baxın, Ukrayna ilə müharibənin başladığı zamandan Rusiyaya qarşı tətbiq edilən sanksiyalar necə işləyir: “Bu sahədəki durum bərbad vəziyyətdədir desək, yanılmarıq. Qərbin Rusiyanı neft-qaz gəlirlərindən məhrum etmək istiqamətində atdığı addımlar tam formal xarakter daşıyır. Rusiya Ermənistan kimi başıpozuq dövlətlərin vasitəsilə öz hərbi sənayesi üçün lazım olan bütün məhsulları Qərbin istehsalçılarından rahatlıqla alıb gətirir və bu hesaba istehsal etdiyi müasir silahlarla Ukraynanın başına od ələyir. ABŞ prezidenti Donald Trampın isə, Putinin nazı ilə oynaması, Rusiyanın əl-qolunu daha geniş açır. Ən acınacaqlı olan budur ki, Qərb Ukraynaya qarşı işğalçı müharibəni durdurmaq üçün bu günə qədər Ukraynaya kosmetik xarakterli hərbi və maliyyə yardımları etməkdən o tərəfə keçə bilmir...

Duqin nə qədər sərsəm olsa da, onun dedikləri doğrudur. Rusiya bu müharibədən qalib çıxarsa, o, ilkin olaraq hər hansı bir formada olursa-olsun Sovet İttifaqını bərpa etmək istəyəcək. Təbii ki, ruslar bu ittifaqı onun süqutundan əvvəlki vəziyyətə həmin an qaytarmaq istəməyəcəklər. Onlar bu işi tədricən, zamanla, addım-addım görmək istəyəcəklər".

“Əslində, Kremlin ”beyni" adlandırılan Aleksandr Duqinin son açıqlamaları onun imperiya təfəkkürünün, həmçinin ümumilikdə zaman-zaman Rusiyada meydana çıxan imperiya iddialarının növbəti dəfə açıq etirafıdır. Hesab edirəm ki, bu, postsovet ölkələri üçün ciddi narahatlıq doğurmalıdır və Duqinə lazımi formada etiraz edilməlidir". Bunu isə deputat Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, ümumiyətlə, Duqin, Rusiyanın imperiya arzularını təbliğ edən bir ideoloqdur: “Onun ”Avrasiyaçılıq" adlandırdığı doktrina, əslində, Rusiyanın Avropa və Asiya arasında yerləşən bir imperiya olaraq hegemonluğunu bərpa etməyi hədəfləyir. Eyni zamanda, onun Rusiyanın Ukraynadakı uğurunu digər keçmiş sovet respublikalarının “udulması” üçün əsas kimi göstərməsi, əslində, Kremlin geosiyasi ambisiyalarını açıq şəkildə ortaya qoyması kimi də qəbul edilə bilər. Təbii ki, Rusiya tərəfindən bunu təkzib edən hər hansı bir reaksiya verilməsə. Yəni hesab edirəm ki, Rusiya rəsmiləri, dediyim kimi Kremlə yaxınlığı ilə tanınan bu şəxsin arzuolunmaz fikirlərinə rəsmi münasibət bildirməlidir. Əks təqdirdə, onun son açıqlaması Azərbaycan cəmiyyəti tərəfindən, o cümlədən keçmiş postsovet məkanında bir ideoloqun fərdi fikrindən daha çox, Rusiyanın strateji niyyətlərini üzə çıxaran təhlükəli bir siqnal kimi də dəyərləndirilə bilər".

Deputat deyib ki, Azərbaycan bu kimi bəyanatları ciddiyə almalıdır: “Çünki burada suverenliyə təhdid var. Duqinin modeli milli dövlətlərin muxtariyyətini və siyasi iradəsini inkar edir. Azərbaycan öz suverenliyini və müstəqil qərarvermə hüququnu açıq şəkildə müdafiə etməli, bu kimi təhdidlərə qarşı həm diplomatik, həm də informasiya müstəvisində mövqe sərgiləməlidir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:68
embedMənbə:https://olke.az
archiveBu xəbər 31 May 2025 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see162

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see157

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see152

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see148

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see136

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri