Icma.az
close
up
RU
Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ

Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiya və Qərb münasibətlərinin hər an Üçüncü Dünya müharibəsinə çevrilə biləcəyi bir şəraitdə Müstəqil Dövlətlər Birliyi ölkələrinin təhlükəsizlik və kəşfiyyat orqanlarının Moskvada toplaşması diqqəti cəlb edir. 

Kreml bu tədbiri xüsusi xidmət orqanlarının 20-ci iclası kimi təqdim etməyə çalışsa da, Rusiya rəsmilərinin səsləndirdiyi siyasi bəyanatlar bu müzakirələrin heç də adi rotasiya qaydasında keçirilmədiyini göstərir. 

Rusiyanın əsl məqsədini anlamaq üçün ilk növbədə, rəsmi Moskvadan gələn açıqlamalara diqqət yetirmək lazımdır. Təhlükəsizlik və kəşfiyyat xidmətləri rəhbərlərinin görüşündə Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov ABŞ-nin hədəfinin yalnız Rusiya deyil, həm də MDB ölkələri olduğunu iddia edib. 

“ABŞ-nin Prezidenti Co Baydenin komandası dünyada vəziyyəti mümkün qədər gərginləşdirə bilər”,-deyə Bortnikov bildirib. Bortnikovun fikrincə, Donald Trampın prezident seçilməsi çətin ki, ABŞ-nin xarici siyasətində köklü dəyişikliklərə səbəb olsun. Onun sözlərinə görə, ABŞ, Böyük Britaniya və müttəfiqləri MDB ölkələri arasında müttəfiqlik münasibətlərinə kobud şəkildə müdaxilə etmək cəhdlərini davam etdirəcəklər. 

FTX rəhbəri onları inteqrasiya proseslərinə mane olmaqda, birliyin təhlükəsizliyini və sabitliyini təmin etməyə yönəlmiş səyləri gözdən salmaqda ittiham edib. “Biz istənilən təxribata hazır olmalıyıq”,-deyə Bortnikov bəyan edib. 

“ABŞ-nin yeni prezidentinin seçilməsinin Vaşinqtonun xarici siyasətində köklü dəyişikliyə səbəb olması ehtimalı azdır. Baydenin çıxıb getməkdə olan komandasının daxili siyasi mübarizə çərçivəsində ilk növbədə, postsovet məkanında, Yaxın və Orta Şərqdə, eləcə də Cənub-Şərqi Asiyada vəziyyəti mümkün qədər gərginləşdirməyə çalışacağı istisna olunmur”,-deyə Bortnikov bildirib. Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin ABŞ və onun avropalı müttəfiqlərinin Müstəqil Dövlətlər Birliyində Ukrayna ssenarisini həyata keçirmək üçün onların ərazisindəki millətçilərlə əlaqə saxladığını bildirib. 

“Vaşinqton, London və Brüsseldə birliyin ayrı-ayrı ölkələrinə Ukrayna ssenarisini tətbiq etmək variantlarını araşdırırlar. Bu, milli kimliyin gücləndirilməsi bəhanəsi ilə dar pərəstişkar millətçiliyi qızışdırmaq və Qərblə inteqrasiyaya təkan vermək deməkdir. Amerika və Avropa xüsusi xidmət orqanlarının MDB məkanında millətçi partiya və hərəkatlarla sabit əlaqələri haqqında məlumatlar var”,-deyə Narışkin bəyan edib. 

Rusiya Prezidenti Vladimir Putin isə iclas iştirakçılarına ünvanladığı təbrik məktubunda bugünkü geosiyasi gərginlik şəraitində MDB ölkələrinin kəşfiyyat xidmətləri arasında konstruktiv əməkdaşlığın zəruri olduğunu qeyd edib. “MDB və qonşu regionlarda sabitliyin pozulmasının qarşısını almaq vacibdir. Bunun üçün isə əvvəlki kimi hər hansı neqativ tendensiyanı və kollektiv təhlükəsizliyə potensial təhlükəni müəyyən etmək lazımdır”,-deyə Putin bildirib. 

Göründüyü kimi, Rusiya rəhbərliyinin MDB ölkələrinin təhlükəsizlik və kəşfiyyat xidmətlərinin iclasını çağırması NATO ilə mümkün müharibə ssenarisi fonunda baş verə biləcək prosesləri proqnozlaşdırmağa hesablanıb. 

Artıq NATO üzvü olan ölkələrin icazəsi ilə Ukraynanın Rusiya ərazisinin dərinliklərini yaxın və ortamənzilli raketlərlə vurmağa başlamasından sonra rəsmi Moskva üçün bufer zona kimi postsovet məkanının geosiyasi əhəmiyyəti xeyli artıb. Hətta eskalasiya Rusiya və NATO arasında açıq müharibə mərhələsinə daxil olarsa, tərəflərin bir-birinə qarşı uzaqmənzilli raketlərlə zərbə vuracağı da istisna edilmir. Bu baxımdan, keçmiş SSRİ respublikalarını “yaxın xaric” adlandıran Kreml MDB-ni əvvəllər yalnız öz təsir zonası hesab edirdisə, indi orta və uzaqmənzilli raketlərdən müdafiə olunmaq üçün təhlükəsizlik zolağı kimi sayır. 

Ona görə də MDB ərazisinin həm Rusiya, həm də Qərb üçün geostrateji rolunun artması müşahidə olunur. Moskvada keçirilən bəyanatda verilən açıqlamalar Rusiyanın perspektivdə Qərbin ətraf regionlardan hücum planları ilə bağlı kəşfiyyat məlumatları və təhlükəsizlik zəmanətləri almaq istəyindən xəbər verir. 

Rusiya MDB ərazisindən özünə qarşı yönələcək hər hansı təhlükənin və hücumun həmin dövlətləri hədəfə gətirəcəyinə dair hədələyici mesaj verir. 

Narışkin Ukraynada olduğu kimi, MDB ölkələrində də millətçi qüvvələrin olmasından söz açmaqla Rusiyanın özünü Qərbdən müdafiə etmək üçün istənilən postsovet respublikasına hücuma hazır olduğu barədə xəbərdarlıq edir. Ona görə də Kreml baş verə biləcək Üçüncü Dünya müharibəsi ehtimalı halında MDB ölkələrinə Qərbin deyil, Rusiyanın yanında yer almaq çağırışı edir. Bu isə Ukrayna müharibəsi fonunda Rusiya və Qərb arasında bloklaşmanın artıq MDB-yə də təsir etdiyini göstərir. Putinin mesajı isə MDB respublikalarını Rusiyanın ətrafında birləşdirməyəı hesablanıb. Proseslərin yeni istiqamət alması Qərb və Rusiya arasında gedən geosiyasi qarşıdurmanın MDB məkanına yayılmasına səbəb ola bilər. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:177
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 Noyabr 2024 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see715

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see664

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see399

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see246

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see244

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see242

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see222

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see214

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see208

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see204

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see198

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see190

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see190

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see184

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see182

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see174

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see172

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see170

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see167

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri