Icma.az
close
up
RU
Durduğun yerdə ziyana düşmək... Avtomobilə zərər vurub getmək məsuliyyətdən yayındırmır Video

Durduğun yerdə ziyana düşmək... Avtomobilə zərər vurub getmək məsuliyyətdən yayındırmır Video

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Təsəvvür edin: avtomobilinizi park edirsiniz və geri qayıdanda avtomobilinizin cızıldığını görürsünüz. Bəlkə də, bunu nə vaxtsa yaşamısınız. Bəzi insaflı sürücülər etdiyi əmələ görə, məsuliyyət daşıyır və zərərin qarşılanması üçün telefon nömrəsini maşının üzərinə qoyur. Bəziləri də heç nə olmamış kimi "hadisə" yerindən uzaqlaşır.Parkinqdə avtomobilə zərər vurulduqda məsuliyyəti kim daşıyır? Zərəri kim ödəməlidir? Avtomobil cızılıbsa, vurulubsa və səbəbkar ortada yoxdursa, sürücü nə etməlidir?

Hüquqşünas Ramil Süleymanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, əgər belə bir hal olursa, vətəndaş mütləq şəkildə birinci Daxili İşlər Nazirliyinin qaynar xəttinə müraciət etməlidir.

Ramil Süleymanov / Foto: Bizimyol.info

“Hadisə yerinə polis gəlməlidir. Və ya həm polis, həm dövlət yol polisi inspektoru tərəfindən həmin cızıq və ya maşına yetirilən xəsarət mütləq şəkildə rəsmiləşdirilməlidir. Vətəndaşa bununla bağlı qüsur aktı təqdim olunur. Bundan sonrakı məsələ polisin özü tərəfindən həyata keçirilir. Çünki bu barədə polis artıq əməliyyat tədbiri həyata keçirir və nəqliyyat vasitəsinə vurulmuş zərərin kimin tərəfindən yetirilməsi müəyyən olunur, bununla bağlı sənədləşmə və rəsmiləşdirmə aparılır. Şəxsin müəyyən olunmasından sonra belə deyək də, artıq avtomobil mülkiyyətçisi mülki qaydada həmin şəxsə qarşı iddia qaldırır”-deyən hüquqşünas qeyd edib ki, avtomobil mülkiyyətçisi mülki iddiaçı qismində ona dəymiş zərəri tələb edir.

Qısası; avtomobilinizə zərər vurulubsa, yerinizdən tərpənmədən Daxili İşlər Nazirliyinin qaynar xəttinə zəng edin, şikayətinizi dilə gətirin və polisin gəlməsini gözləyin...

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 26 May 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see351

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see349

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see347

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see275

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see269

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see268

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see267

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see259

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see250

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see250

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see238

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see231

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see229

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see228

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see227

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see225

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see223

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see223

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see220

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri