Yoldakı nasazlığa görə avtomobilə dəyən zərər ödənilməlidir? EKSPERT VİDEO
Icma.az, Avtosfer saytına istinadən bildirir.
Yollardakı çuxurlar və digər infrastruktur nasazlıqları sürücülər üçün ciddi problemlər yaradır. Bəzən sürücü bütün yol hərəkəti qaydalarına əməl etsə belə, yolun yararsız vəziyyətdə olması səbəbindən avtomobilinə zərər dəyə bilər. Belə hallarda dəymiş zərərin aidiyyəti qurum tərəfindən ödənilməsi məsələsi gündəmə gəlir.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rüfət Əmiraslanov bu barədə “ASAN TV”nin efirində danışıb.
Ekspert bildirib ki, belə hadisə baş verdikdə sürücü ilk növbədə yolun vəziyyətini, avtomobilə dəyən zərəri foto və ya video görüntülərlə qeydə almalıdır. Eyni zamanda, hadisə ilə bağlı polisə müraciət etməli, dəymiş zərərin məbləğini təsdiqləyən sənədləri və digər sübutları toplamalıdır.
Növbəti mərhələdə yolun kimə məxsus olmasından və onun saxlanılmasına kimin cavabdeh olmasından asılı olaraq müvafiq quruma müraciət edilməlidir. Bu, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA), yerli icra hakimiyyəti orqanı, bələdiyyə və ya özəl yolun mülkiyyətçisi ola bilər.
Rüfət Əmiraslanov qeyd edib ki, yol infrastrukturundakı nasazlıqla avtomobilə dəymiş zərər arasında səbəbli əlaqə sübut olunarsa və müvafiq qurumun hüquqi məsuliyyəti müəyyən edilərsə, vətəndaş qanunvericiliyə uyğun olaraq zərərin ödənilməsini tələb edə bilər. Məsələ qarşılıqlı razılıq əsasında həll edilmədikdə isə məhkəməyə müraciət etmək hüququ var.
Ekspertin fikrincə, burada əsas məqsəd yalnız avtomobil sahibinə dəymiş maddi zərərin kompensasiya edilməsi deyil, həm də yollardakı təhlükəli vəziyyətin vaxtında aradan qaldırılmasıdır. Bu, gələcəkdə analoji hadisələrin və yol-nəqliyyat hadisələrinin qarşısının alınması baxımından da əhəmiyyətlidir.
Eltac Zülfüqaroğlu
bax.tvhttps://bax.tv/avto-moto-xeberler/yoldaki-nasazliga-gore-avtomobile-deyen-zerer-odenilmelidir-228994
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 19 Noyabr 2026 11:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















