Durov Parisdə ilk dəfə dindirildi
Publika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Telegram"ın təsisçisi Pavel Durov Fransada ona qarşı açılmış iş çərçivəsində ilk dəfə Paris məhkəməsində ifadə verib.
Publika.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Cümə günü Durov platformanın cinayət fəaliyyəti ilə mümkün əlaqəsinin araşdırılması ilə bağlı hakim tərəfindən dindirilib. O, iki vəkilin müşayiəti ilə yerli vaxtla saat 10:00-da Paris məhkəməsinə gedib.
Durov, Fransa ədalətinə güvəndiyini söyləyib və ona qarşı irəli sürülən ittihamlarla bağlı əlavə şərh verməyib.
Xatırladaq ki, Pavel Durov avqustun 24-də Fransanın “Le Burje” hava limanında şəxsi təyyarədən enərkən saxlanılıb. Ona qarşı qanunsuz əməliyyatlar aparmaq məqsədilə onlayn platformanın idarə olunması da daxil olmaqla 6 maddə üzrə ittiham irəli sürülüb. Durov 5 milyon avro girov müqabilində məhkəmə nəzarətinə götürülüb və onun Fransadan çıxışı qadağan edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 06 Dekabr 2024 23:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















