Icma.az
close
up
RU
Duru yağlar bahalaşacaq? Ekspertdən açıqlama

Duru yağlar bahalaşacaq? Ekspertdən açıqlama

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 33 min 449,1 ton duru bitki yağları istehsal edilib.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Qeyd olunub ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,7 % azdır.

Hesabat dövründə Azərbaycanda həmçinin 41 min 403,4 ton marqarin istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 1,3 % çoxdur.

Noyabrın 1-nə ölkədə 2 min 002,3 ton duru bitki yağı, 3 min 483,4 ton isə marqarin ehtiyatı yaranıb. Bunlar, illik müqayisədə müvafiq olaraq 31,8 % və 22,2 % azdır.

Hesabat dövründə Azərbaycanda 4 milyard 191,4 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 9,5 % çoxdur.Duru bitki yağlarının istehsalında 2,7 faiz azalma daxili bazarda qiymətlərə təsir göstərə bilərmi?

İqtisadçı-ekspert Akif Nəsirli “Cebheinfo.az”-a açıqlamasında deyib ki, duru bitki yağlarının istehsalının 2,7 % azalmasının səbəbləri rəsmi şəkildə açıqlanmasa da, mövcud iqtisadi göstəricilərə əsasən bir neçə amil daha real görünür.

Onun sözlərinə görə, birinci səbəb kimi xammal çatışmazlığı göstərilə bilər:

"Günəbaxan, soya və digər yağlı toxumların yerli istehsalı tam tələbi ödəmir və dünya bazarlarında xammal qiymətlərində dalğalanmalar baş verdikdə yerli istehsalçılar təsirlənir. Xammalın bahalaşması və ya azalması istehsal həcminə birbaşa təsir edir".

O qeyd edib ki, ikinci mümkün səbəb idxalın artmasıdır:

"Azərbaycan duru bitki yağının böyük hissəsini Rusiya və Qazaxıstandan idxal edir. Əgər idxal qiymətləri daha sərfəli olubsa, bazar hazır məhsulla təmin edildiyi üçün yerli istehsalın azalması təbii haldır.

Tələbin azalması isə əsas səbəb kimi görünmür. Çünki marqarin istehsalında artım var və bu, ümumi yağ tələbinin zəifləmədiyini göstərir".

Ekspert əlavə edib ki, istehsalın həcminin aşağı düşməsi Azərbaycanda bitki yağının qiymətlərinə təsirsiz ötüşməyə bilər:

"İstehsalın azalmasının qiymətlərə təsirinə gəlincə, ehtiyatların 31,8 % azalması bazarda təklifin azaldığını göstərir və bu, qiymət artımı riskini artırır.

Lakin Azərbaycanın yağ bazarında idxalın payı yüksək olduğundan, əgər idxal sabit davam edərsə, qiymət artımı kəskin olmayacaq. Yenə də təklifin azalması səbəbilə müəyyən qədər qiymət artımı gözlənilə bilər".

Əfsanə Rəcəb
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Noyabr 2025 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri