Icma.az
close
up
RU
Duş qəbul edərkən etdiyiniz bu səhv həyat üçün təhlükə yaradır

Duş qəbul edərkən etdiyiniz bu səhv həyat üçün təhlükə yaradır

News24 saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Məşhur damar sağlamlığı üzrə mütəxəssis Dr. Maks Maddahali, çox isti su ilə duş qəbul etməyin ciddi sağlamlıq riski daşıya biləcəyi barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, suyun temperaturunun cüzi dərəcədə yüksək olması belə, qan təzyiqinin düşməsinə, başgicəllənməyə və huşun itirilməsi ilə nəticələnə biləcək həyati təhlükəyə səbəb ola bilər.

News24.az bildirir ki, mütəxəssisin sözlərin görə, isti su dərinin səthinə toxunduqda damarlar genişlənir, bədən özünü soyutmağa çalışır. Lakin bu vəziyyət bəzi insanlarda başgicəllənmə və huşunu itirməyə səbəb ola bilər. Xüsusilə hamam kimi sərt səthlərin olduğu mühitlərdə huşsuzluq baş verərsə, bu, ciddi kəllə-beyin travmalarına, hətta ölümə qədər gətirib çıxara bilər.

Mütəxəssislər xəbərdarlıq edir ki: Duş qəbul edərkən başgicəllənmə hiss olunarsa, suyun temperaturu dərhal bir neçə dərəcə azaldılmalıdır. Ən yaxşısı, temperaturu sabit saxlaya bilən duş sistemlərindən istifadə edilməsidir. Bayılma riski yüksək olan şəxslər üçün duşda sürüşməyən döşəmə, tutacaq barlar, oturacaq taburet kimi təhlükəsizlik tədbirləri məsləhət görülür.

Dr. Maddahali-nin fikrincə, isti suyun yaratdığı təhlükələr yalnız bayılma ilə məhdudlaşmır. O bildirir ki, isti duş dəridə, saçlarda və hətta immun sistemində də mənfi təsirlərə yol aça bilər. Dərinin təbii nəmlik təbəqəsi çox isti su ilə yuyunduqda tamamilə yox ola bilər. Bu isə dərinin qurumasına və saçların zəifləməsinə səbəb olur.

Saçdakı təbii yağların itməsi, onları daha həssas və zədələnməyə meyilli hala gətirir.

Bəzi elmi araşdırmalara görə, isti su dəridəki faydalı bakteriyaları da məhv edir və bu da immun sisteminin zəifləməsinə səbəb ola bilər. Bu bakteriyaların azalması, orqanizmin real təhlükələrə qarşı müdafiə reaksiyasını zəiflədir.

Həkimdən əlavə tövsiyə:

Dr. Maddahali əlavə edir ki, qəfil hallarda xəbərdarlıq siqnalı verə bilən ağıllı qolbaq və ya tibbi cihazlardan istifadə də məsləhətdir. Bu cihazlar yıxılma və ya zədələnmə anında siqnal verərək tez müdaxiləyə şərait yaradır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://news24.az
archiveBu xəbər 20 İyun 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri