Icma.az
close
up
RU
Düşənbə toplantısı Azərbaycanın sülhə sadiqliyini bir daha sübut etdi MÜNASİBƏT BİLDİRİLDİ

Düşənbə toplantısı Azərbaycanın sülhə sadiqliyini bir daha sübut etdi MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Oktyabrın 10-da Tacikistanın paytaxtı Düşənbə şəhərində baş tutmuş MDB Dövlət Başçıları Şurasının iclasında cənab Prezident İlham Əliyevin çıxışı Azərbaycanın uzaqgörən diplomatiyasını, ölkəmizin beynəlxalq nüfuzunu və regionda liderliyini bir daha nümayiş etdirdi. Dövlətimizin başçısının nitqi göstərdi ki, Azərbaycan yalnız öz milli maraqlarını qorumaqla kifayətlənmir, həm də bütün regionda sabitliyin, iqtisadi tərəfdaşlığın və dostluq əlaqələrinin inkişafına aparıcı töhfə verir. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, toplantıda Prezident İlham Əliyev Tacikistan xalqına və Prezidentinə ünvanladığı səmimi sözlərlə iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin dərin köklərə malik olduğunu, bu əlaqələrin qarşılıqlı hörmət və etimad üzərində inkişaf etdiyini vurğuladı: “O, paytaxt Düşənbənin son illərdə əldə etdiyi sosial-iqtisadi uğurları yüksək qiymətləndirərək, Tacikistanın dinamik inkişafını region üçün müsbət nümunə kimi səciyyələndirdi. Azərbaycanın regional siyasətinin əsas istiqamətlərindən biri tərəfdaş ölkələrlə bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın inkişafıdır. Bu baxımdan Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi fikirlər MDB məkanında birliyin ruhuna uyğun olaraq həmrəylik, qarşılıqlı dəstək və inteqrasiya ideyalarının daha da gücləndirilməsinə xidmət edir. Dövlətimizin başçısı həmçinin bildirdi ki, Azərbaycan ilə Tacikistan arasında ikitərəfli münasibətlər ardıcıl inkişaf etməkdədir. Onlar qardaşlıq, dostluq, qarşılıqlı dəstəyə əsaslanır və böyük inkişaf potensialına malikdir”.

Prezident İlham Əliyevin Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı kimi namizədliyini dəstəklədiklərinə görə MDB dövlət başçılarına təşəkkür etdiyini söyləyən deputat Səbinə Salmanova qeyd edib ki, bu qərar yalnız mədəni hadisə deyil, həm də böyük mənəvi və siyasi məna daşıyır:

“Uzun illər işğal altında qalmış, lakin bu gün sürətlə bərpa edilən Laçın artıq sülhün, yenidənqurmanın və milli dirçəlişin rəmzinə çevrilib. MDB Mədəniyyət Paytaxtı tədbirlərinin Laçında keçirilməsi Azərbaycanın bərpa proseslərində qazandığı uğurların və xalqımızın doğma torpaqlara dönüş qürurunun təcəssümüdür. Bu gün Laçın da daxil olmaqla, işğaldan azad edilmiş digər ərazilərimiz dünyanın ən gözəl yerlərindən birinə çevrilir. Bütün bunlar dövlətimizin gücünü və xalqımızın gələcəyə inamını nümayiş etdirir”.

Parlamentari onu da vurğulayıb ki, Prezident İlham Əliyev çıxışında Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarına da toxunub: “III MDB Oyunları Azərbaycanın yüksək səviyyəli ev sahibliyi ilə tarixdə özünəməxsus yerini tutdu. Tədbir təkcə idman yarışları ilə məhdudlaşmayıb, eyni zamanda MDB ölkələri arasında dostluq, əməkdaşlıq və ortaq dəyərlərin möhkəmlənməsinə mühüm töhfələr verdi. 13 ölkədən 1600-dən çox idmançının iştirakı ilə keçirilən oyunlar, ölkəmizin təşkilatçılıq bacarığını, qonaqpərvərliyini və regionda birləşdirici rolunu göstərdi. Bu oyunlar həm də ölkəmizin postmüharibə dövründə həyata keçirdiyi bərpa və inkişaf proseslərini beynəlxalq səviyyədə nümayiş etdirdi, gənclər arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə şərait yaratdı”.

Deputat söyləyib ki, beləliklə, Düşənbədəki toplantı Azərbaycanın regional siyasətində sülh, sabitlik və əməkdaşlıq prinsiplərinə sadiqliyini bir daha nümayiş etdirdi: “Cənab Prezident İlham Əliyevin çıxışı MDB çərçivəsində əməkdaşlığın gücləndirilməsi, dostluq və qarşılıqlı etimad mühitinin dərinləşdirilməsi istiqamətində vacib siyasi mesaj oldu. Azərbaycan bu gün regionda dayanıqlı inkişafın və sülhün təmin olunması yolunda aparıcı rola malikdir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://sia.az
archiveBu xəbər 13 Oktyabr 2025 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see291

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see290

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see249

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see232

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see189

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see188

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see170

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see149

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see143

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see141

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see138

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see136

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see130

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see126

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see125

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see124

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see124

Müəllimə avtobus sükanı arxasında Qadın sürücülərdən reportaj VİDEO

26 Noyabr 2025 09:48see121

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see121

NATO müharibənin bitmə tarixini AÇIQLADI

26 Noyabr 2025 15:38see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri