Düşənbədə MDB Hökumət Başçıları Şurasının iclası öz işinə başlayıb
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu gün Tacikistanın paytaxtı Düşənbədə Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının iclası öz işinə başlayır.
Oxu.Az xəbər verir ki, artıq MDB üzv ölkələrin nümayəndə heyətlərinin rəhbərləri Düşənbədəki "Millət Sarayı"na gəliblər.
İclasda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistandan nümayəndələr iştirak edirlər.
Gündəliyin əsas mövzularına ticari-iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, sənaye əməkdaşlığının inkişafı, o cümlədən, ağır maşınqayırma, mədəni-humanitar qarşılıqlı fəaliyyət, səhiyyə, MDB məkanında könüllülər hərəkatının inkişafı daxildir.
Birlik çərçivəsində çoxşaxəli əməkdaşlığın daha da gücləndirilməsinə yönəlmiş sənədlər paketinin imzalanacağı gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 05 İyun 2025 09:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















