Icma.az
close
up
RU
Əli Əsədov Düşənbədə MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edib FOTOLAR

Əli Əsədov Düşənbədə MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edib FOTOLAR

Icma.az bildirir, Ayna portalına istinadən.

Əli Əsədov: Laçının “2025-ci il üçün MDB-nin Mədəniyyət Paytaxtı” elan edilməsi ilə əlaqədar Tədbirlər Planının təsdiqlənib

Tacikistan Respublikasının paytaxtı Düşənbədə Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının iclası keçirilib. AYNA.AZ-ın məlumatına görə, Azərbaycanın Baş naziri Əli Əsədov iclasda çıxış edərək gündəlikdəki iqtisadi, hüquqi və humanitar sahələrə aid məsələlərlə yanaşı, MDB-nin fəaliyyəti ilə bağlı büdcə və kadr məsələlərinə də diqqət çəkib.

Humanitar əməkdaşlığı MDB çərçivəsində qarşılıqlı fəaliyyətin əsas istiqamətlərindən biri kimi qiymətləndirən Baş nazir, könüllülük hərəkatının inkişafı və bu sahədə beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb. “Məlum olduğu kimi, ötən ilin dekabr ayında Bakıda MDB-yə üzv dövlətlərin Könüllülük Hərəkatları Forumu uğurla təşkil olunmuşdur. Forumda MDB ölkələrindən gənclər fəal iştirak etmiş, çoxsaylı panel sessiyaları və dəyirmi masalar keçirilmişdir,” – deyə Ə. Əsədov əlavə edib.

İclas iştirakçılarının diqqəti, həmçinin 2025-ci ildə MDB çərçivəsində keçiriləcək mühüm mədəni və idman tədbirlərinə yönəldildi. Qeyd olundu ki, cari ilin 28 sentyabr – 8 oktyabr tarixlərində Gəncə və Azərbaycanın digər şəhərlərində MDB ölkələrinin III idman oyunları keçiriləcək. Bu oyunlar 23 idman növünü əhatə edəcək. “Artıq oyunların rəsmi internet saytı istifadəyə verilib və orada tədbirin hazırlıq prosesi, yarışların cədvəli və idman məkanları ilə bağlı məlumatlarla tanış olmaq mümkündür”, – deyə Baş nazir bildirib.

Ə. Əsədov, həmçinin, Laçın şəhərinin “2025-ci il üçün MDB-nin Mədəniyyət Paytaxtı” elan edilməsi ilə əlaqədar Tədbirlər Planının təsdiqləndiyini qeyd edib. Həmin plana əsasən, konfransların, konsertlərin, sərgilərin, teatr və kino festivallarının keçirilməsi, həmçinin müsabiqələrin və media turların təşkili nəzərdə tutulur.

Faşizm üzərində Qələbənin 80 illiyi münasibətilə həyata keçirilən tədbirlərdən danışan baş nazir vurğulayıb ki, Azərbaycan xalqı bu Qələbəyə həm cəbhədə, həm də arxa cəbhədə əhəmiyyətli töhfə verib.

Ə. Əsədov, həmçinin, Azərbaycanın MDB-yə üzv dövlətlərlə iqtisadi- ticarət əlaqələrinin daha da genişləndirilməsinə böyük önəm verdiyini xatırladıb. “Bu baxımdan, Azərbaycan ilə MDB ölkələri arasında ticarət dövriyyəsinin müsbət dinamikasının qorunub saxlanılması sevindirici haldır. Belə ki, 2024-cü ildə ticarət dövriyyəsi 7% artmışdır. Cari ilin ilk 4 ayının yekunlarına əsasən isə 43% artım müşahidə olunur,” – deyə o bildirib.

İclas iştirakçılarını Azərbaycanın nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində atdığı addımlar barədə məlumatlandıran Baş nazir qeyd edib ki, xüsusilə gömrük və tranzit əməliyyatlarının rəqəmsallaşdırılmasına xüsusi diqqət yetirilir. Azərbaycan Avrasiyanın mühüm nəqliyyat-logistika mərkəzlərindən biri kimi “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin inkişafında əhəmiyyətli rol oynayır.

Azərbaycanda bərpaolunan enerji mənbələri sahəsində uğurla həyata keçirilən irimiqyaslı layihələr barədə danışan Ə. Əsədov qeyd edib ki, günəş və külək elektrik stansiyalarına dair imzalanmış müqavilələr 2030-cu ilə qədər ölkəyə əlavə 6 giqavat enerji təmin edəcək. “Eyni zamanda, Azərbaycan Respublikasının Şərqi Zəngəzur və Qarabağ bölgələrində müxtəlif gücə malik su elektrik stansiyalarının tikintisi və istismara verilməsi hesabına hidroenerji potensialı daxili investisiyalar hesabına artırılır. Görülən işlər nəticəsində növbəti beş il ərzində bərpaolunan enerji mənbələrindən enerji istehsalı potensialının ikiqat artırılması planlaşdırılır,” – deyə Baş nazir əlavə edib.

Yekun olaraq, Azərbaycan Respublikasının Baş naziri MDB çərçivəsində hökumətlərarası səviyyədə sıx əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu ifadə edib. Baş nazir, bu əməkdaşlığın üzv dövlətlər arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişlənməsinə müsbət təsir göstərdiyini vurğulayıb.

İclasın yekununda MDB-yə üzv dövlətlərin hökumət başçıları tərəfindən bir sıra sənədlər imzalanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://ayna.az
archiveBu xəbər 05 İyun 2025 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see367

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see253

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see216

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see196

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see179

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see163

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see154

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see150

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see149

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see148

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see147

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see140

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see136

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see134

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see132

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see128

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri