Icma.az
close
up
RU
“Düşənbədəki görüş dövlətimizin qətiyyətinin təsdiqi oldu” Zahid Orucun ÇIXIŞI

“Düşənbədəki görüş dövlətimizin qətiyyətinin təsdiqi oldu” Zahid Orucun ÇIXIŞI

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

” Bastrıkinin İstintaq İdarəsi 9 oktyabrdan sonra bütün saxta cinayət işlərini gərək dayandırsın, azərbaycanlıları azad etsin”

"Dünən Düşənbədə 10 aylıq fasilədən sonra Azərbaycan və Rusiya prezidentlərinin görüşü dövlətimizin qətiyyətinin təsdiqi oldu. Söhbət növbəti siyasi hadisədən deyil, Azərbaycanın beynəlxalq münasibətlər sistemində qalib və müstəqil mövqeyinin qəbulundan gedir".

"AzPolitika" xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc çıxışında bəyan edib

Komitə sədri daha sonra bildirib: "Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində olduğu kimi, diplomatiyada da millətimizin iradəsini qətiyyətlə və ləyaqətlə təmsil etdi. Tarix boyu-Kürəkçaydan Moskva müqaviləsinə, Nərimanovdan Bağırova qədər- heç bir azərbaycanlı lideri Kreml və güclü paytaxtlar qarşısında İlham Əliyev kimi qətiyyətli duruş göstərə bilməyib. Azərbayacan prezidenti heç bir geosiyasi təsirə düşmədən, yalnız Azərbaycan xalqının maraqları naminə hərəkət etdi.

Ulu öndər Heydər Əliyev də Sovetlər birliyinin 3-cü şəxsi olanda xalqımıza sədaqətlə xidmət etmişdi, ideoloji formasiyadan asılı olmamışdı və 1987-ci ildə Kremldə gördüyü ədalətisilziyin də əvəzini İlham Əliyev siyasi və hərbi Qələbəmizlə, bütövlük və suverenliklə aldı. Bizi təyyarə qəzasının səbəbkarı kimi göstərirdilər, indi Rusiya rəhbəri cinayətkarların cəzalandırılacağını və kompensasiyanın veriləcəyini deyir. Qlobal embarqo və sanksiyaların hədəfində olan bir ölkə ilk gündən belə etsəydi, ittihamları az da olsa, neytrallaşdırardı. Əvəzində Azərbaycanı təkcə siyasi hədələrlə deyil, hibrid hücumlarla üz-üzə qoydular.

Bizi “etnik gərginlik yaratmaqda, antirus mövqeyə keçməkdə, radikal millətçilikdə və hətta dönüklükdə” ittiham edən rəsmi platformalar, əslində, ölkəmizin müstəqil xarici siyasət kursuna qarşı psixoloji müharibə aparırdılar. Lakin dövlətimiz və xalqımız basqıya qarşı vahid mövqedə durdu.

Kreml mediasına anti-Azərbaycan tezisləri ötürənlərin Qafqaz siyasəti hələ də Pyotr dövrünü xatırladır. Onlar Qələbəmizlə regional geosiyasətin dəyişməsini və Azərbaycanın yeni arxtektura quruculuğunu həzm edə bilmirlər. Lakin köhnə qaydalar artıq işləmir.

4 ildir Ukraynada gedən qlobal müharibədə Azərbaycan heç bir hərbi blokun forpostu olmadı.

Ölkəmizi Qərb kolasiyasına bağlamağa, növbəti SVO-ların hədəfində göstərməyə çalışanlar dünən ifşa olundular. Ona görə də soydaşlarımızı kriminal avtoritetlər, müətşəkkil cinayətkar dəstə və qafqazlı siması kimi göstərən Bastrıkinin İstintaq İdarəsi 9 oktyabrdan sonra bütün saxta cinayət işlərini gərək dayandırsın, azərbaycanlıları azad etsin.

Dünən Düşənbədə keçirilən görüş Vaşinqton Zirvəsi və Azərbaycanın regional sülh siyasətinin birbaşa nəticəsidir. Ölkəmiz türk dünyasının siyasi mərkəzi, Orta dəhlizin əsas dayağı, enerji və logistik qovşaq, regional geosiyasi arxitekturasının memarıdır. Nə Ermənistanın əli ilə, nə də etnik separatizm və iqtisadi təzyiqlə Azərbaycana təsir etmək artıq mümkün deyil".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 10 Oktyabr 2025 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see200

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see186

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri