Icma.az
close
up
RU
Qorxulu kütləvi qırğın silahları deyil, mədəni irsi məhv edən təbliğatdır Zahid Orucun ÇIXIŞI AzPolitika onlayn siyasiictimai qəzet

Qorxulu kütləvi qırğın silahları deyil, mədəni irsi məhv edən təbliğatdır Zahid Orucun ÇIXIŞI AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

"Bəlkə, azad torpaqlara traktor parkı bağışlayan Belarus kənd təsərrüfatı mütəxəssislərindən xahiş edək ki... "

Millət vəkili, Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc parlamentin bugünkü iclasında büdcə layihəsi barədə çıxış edib.

"AzPolitika" həmin çıxışı təqdim edir:

2025-ci ilin dövlət büdcəsi layihəsi prezident İlham Əliyevin iki strateji hədəfini dünyaya nümayiş etdirir:

- Ölkə rəhbəri Qələbədən sonra Azərbaycanın artan beynəlxalq nüfuzunu tarixmizdə ilk dəfə dünyanın bölüşdürülməsində obyekt kimi deyil, subyekt kimi iştiraka yönəldir;

- Müstəqillik dövründə hərbi büdcəni ən yüksək həddə-8.3 milyard manata çatdırmaqla Ermənistandan çox, daha böyük təhlükələrin qarşısını alır;

- Nəhayət, Böyük Qayıdışı gücləndirərək, Zəfərimizi sülh müqaviləsinə köçürüb onu qəbul etdirmək üçün bütün iqtisadi-maliyyə resurslarından, yerli-beynəlxalq siyasi-diplomatik vasitələrdən istifadəyə güclü zəmin hazırlayır.

Qürurla qeyd edək ki, Qlobal İqlim Zirvəsi planetar miqyasda Qələbəmizin davamı, növbəti, diplomatik-siyasi uğur, Yaşıl Azərbaycan quruculuğuna əvəzsiz töhfə oldu.

Bəllidir ki, büdcə layihəsi aylarla hazırlanır, lakin indi beynəlxalq təhlükəsizlik şəraiti hər gün dəyişir. Geosiyətin əlifbasına görə, sərhəddinə 500 km-lik yaxınlıqda müharibə gedirsə, tarazlı büdcə siyasəti üçün bütün risqləri hesablamalısan. Layihədə yalnız neftin qiymət konyunkturasına uyğun 3 ssenariyə baxılıb.

Lakin ən azı iki regional savaşın radiusu böyüyür və dövriyyəyə kütləvi qırğın silahları daxil olur. Büdcəsi 1.4 trilyon dollar olan NATO-ya üzv ölkələrdə hərbi təlimlərin intensivliyi 3 dəfə artıb, son bir ildə dünyada toplam hərbi xərclər 7 faiz artaraq, 2.4 trilyon dollara çatıb. Əlbəttə, şişirdilmiş ehtiyatlılıq və əsassız bədbinliyin əleyhinəyik. Militarist iqtisadiyyat, hərbi relslərə daşınmağı da təklif etmirik. Onsuz da müasir dövrdə təhlükəsizlik yalnız hərbi vasitələrlə təmin olunmur. Yerləşdiyimiz regionda baş verən müharibələrin yeni mərhələyə-strateji çökdürmə və orta-uzaqmənzilli raketlər erasına qədəm qoyması, konfliktlərin coğrafiyasının genişlənməsi, ölkəmizin büdcə planlaşdırılmasında yeni rejimə-dövlətin xalq qarşısında birinci dərəcəli öhdəliklərin yerinə yetirilməsi siyasətinə keçməyi zəruri edir. Sosial xərclər, enerji gücünün fasiləsiz çalışması, ordunun təminatının artırılması, Böyük qayıdış kursunu saxlamaq şərtilə bir çox ikinci dərəcəli xərcləri, bəzi investisiya layihələrini təxirə salmaq olar. Xəzərin üzərindən 100 km-lərlə məsafədə hədəflər vurulursa, ənənəvi ticarət tərəfdaşları bloklara cəlb olunursa, ölkəmizin hərbi-siyasi neytrallığını qoruyub saxlaması asan olmayacaq. Vətəndaşlarımız bilir ki, sanksiyalardan yan keçməklə ölkəmizin beynəlxalq əlaqalərinin müntəzəm çalışması liderimizin siyasi məharətinin nəticəsidir. Lakin prezidentin bir çıxışında deyilir ki, biz seçim məcburiyyətində qala bilərik.

Əhalimizlə açıq danışmalıyıq ki, sərhədlərin açılması Rusiya-Ukrayna müharibəsindən 100 minlərlə qeyri-azərbaycanlı qaçqınların ölkəmizə axını ilə nəticələnəcək. O cümlədən, İranda hərbi zərbələrdən canını və sərvətlərini qorumaq üçün 100 minlərlə insan Azərbaycana keçməyə hazırdır. Belə qaçqın dalğasının gətirdiyi humanitar, sosial, mədəni fərqlərin toqquşması siyasi sabitliyi təhdid edə bilər.

Dövlətin maliyyə rezervlərini qorumaq, birinci növ tələbat mallarını təmin edən daxili və xarici iqtisadi əlaqələri genişləndirmək, ixracın-idxalın coğrafiyasını şaxələndirmək, daha təhlükəsiz ölkələrə keçirmək tələb olunur. Dinc dövrə xas xərclər siyasəti yaxın gələcəkdə maliyyə, ərzaq, silah təminatında risqlər yarada bilər. Növbəti ildə neft hasilatının azalmasının-29.2 milyon tondan 2028-ci ildə 26.4 milyon tona düşməsinin qarşısını alan tədbirləri gücləndirməliyik.

Qlobal təhlükələrin artdığı dövrdə ərzaq təminatı birinci yerdə dayanır. Layihədə göstərilir ki, idxal olunan malların həcmi cari ilin birinci yarısında 13 milyard manat təşkil edib ki, onun da 40 faizi, yəni, 5 miliyard manatdan çoxu istehlak mallarıdır. Göründüyü kimi, idxaldan asılılıq artıb. 2025-ci ilin dövlət büdcəsində kənd təsərrüfatına 1.1 miliyard manatdan çox vəsait ayrılıb. Lakin Palatanın rəyində vurğulanır ki, aqrar sahəyə son 7 ildə 3 milyard manatdan çox subsidiya verildiyi halda, kənd təsərrüfatı üzrə əlavə dəyərin ÜDM-də payında müsbət dinamika müşahidə olunmur. 2017-ci illə müqayisədə 2023-cü ildə bitkiçilik sahəsinə verilmiş subsidiyalar 2,2 dəfə, 1 hektara düşən subsidiya 2,4 dəfə artıb, lakin subsidiya vahidinə düşən bitkiçilik məhsulunun dəyəri 12 % azalıb; 2025-ci ildə Aqrar Kredit və İnkişaf Agentliyinə 484,5 mln. manat subsidiya proqnozlaşdırılsa da nəticə arzuolunan səviyyədə deyil. Cari ildə ölkəmizə 104 milyon manat dəyərində diri heyvan gətirilib. Əhalinin tələbatının 80 faizi qədər kartof, 35 faizi qədər ət, 50 faizi miqdarında süd istehsal olunur.

Bu yerdə Ulu öndərin 4 mart 1994-cü ildə ölkədə müharibə getdiyi bir vaxtda keçirdiyi 4 saatlıq kənd təsərrüfatı müşavirəsini xatırlatmaq istərdik. Heydər Əliyev audoriyaya üzünü tutaraq, soruşur-deyin görək, Azərbaycanda nə vaxt 280 min ton pambıq yığılıb ?!..Yadınızdadırsa, bu, 60-cı illərdə olub. Sonra pambıqçılığın inkişafı üçün səmərəli tədbirlər görüldü, yeni sahələr təmizlənib əkin üçün yararlı hala salındı, su qurğuları yaradıldı,..təcrübə artırıldı və nəticədə, istehsal sabit olaraq, 800 min tona çatdı. Üzüm istehsalı 1,8 milyon ton, taxıl istehsalı 1,6 milyon ton oldu…

Bəli, Azərbaycana paxıllıq, düşmənçilik edən adamların, xüsusən qonşu ermənilərin Azərbaycanda üzüm istehsalının görünməmiş miqdarla artmasına görə ürəkləri partlayırdı. Çünki Ermənistan üzümçülük, şərabçılıq ölkəsi olduğu halda, ildə vur-tut 240-250 min ton üzüm istehsal edirdi, Azərbaycanda isə bir neçə ilin ərzində üzüm istehsalı bir milyon tonu ötüb keçmişdi.

O üzüm bağlarını salmaq üçün nə qədər əziyyətlər çəkirdik. Tənək çubuqlarını Avropadan, Bolqarıstandan, Moldovadan, Krımdan gətirirdik. 80-ci illərin sonu, 90-cı illərdə aparılan siyasət kənd təsərrüfatına böyük zərbə oldu...

Ulu öndərin çıxışı 2025-ci ilin Yol xəritəsidiir. Söhbət planlı təsərrüfat sisteminə qayıtmaqdan getmir. Müqayisə üçün, əhali sayı bizimlə eyni olan Belarus ildə 8.5 milyard dollarlıq kənd təsərrüfatı məhsulu ixrac edir. Ölkəmizin müvafiq göstəricisi 1 milyard dollardır. Beləliklə, əhalinin sağlamlığı və iqtisadi müstəqilliyimiz həm də kənd təsərrüfatından asılıdır. Heydər Əliyevin yaratdığı zəngin təsərrüfat ənənələrini, bitkiçilik, üzümçülük, heyvandarlıq sahəsindəki sortları-növləri necə qoruyub-saxlayaq? Yüksək məhsuldarlıq naminə Fransadan alma, İspaniyadan armud, xurma, Türkiyədən pomidor toxumları gətirib ərzaq səbətimizi dadsız, keyfiyətsiz məhsullarla, onkoloji statistika ilə doldururuq. Sonra xəstəliklərə qarşı büdcədən vəsait tələb edirik. Bəlkə səbəbi müalicə edək? İnsanlar məşhur Quba almasını, Göyçayın Mələs narını, Seylondan geri qalmayan Lənkəran çayını, Gədəbəyin ağçiçək kartofunu, Mil-Muğanın ətirli çörəyini tapa bilmir. Yaşlı nəsil həyatdan gedir, o əmək ənənələri və təcrübələri itir, nəticədə geni modifikasiya olunmuş cəmiyyət qazanırıq. XX əsrin əvvəllərində Göyçaydan aparılan tinglərlə Kaliforniyada böyük nar plantasiyaları salınırdı. İndi əksinə olub. Qərbdən texnologiya gətirək, lakin hibrid məhsulları menyümüzü işğal etməsin. Bəlkə, azad torpaqlara traktor parkı bağışlayan Belarus kənd təsərrüfatı mütəxəssislərindən xahiş edək, nümunəvi kolxoz və sovxozların bir neçəsini Zəngilanda, Qubadlıda, Laçında yaratsınlar. İnanın, azad olunan münbit torpaqlar, zəngin otlaq sahələri, əlverişli iqlim və düzgün investisiya siyasəti daxili tələbatı 100 faiz ödəyə bilər. Sağlam ərzaq təminatı hərbi təhlükəsizliyimizdən ayrılmazdır.

İstər dinc, istərsə də müharibə dövründə milləti mədəniyyəti qoruyur. Bu sahəyə 234 milyon manat ayrılıb. Əlbəttə, Ulu öndərin adını daşıyan Fond və Mədəniyyət Nazirliyi yüzlərlə layihəyə rəhbərlik edir, yumşaq güc savaşında Zəfərimizə misilsiz töhfələr verirlər. İndi əsas vəzifə Qələbəmizi millətimizin hard diskinə köçürüb onu xarici hücumlardan qorumaqdır.

Deyirlər ki, Rusiya 80 ildir İkinci dünya müharibəsinin nəticələrini geosiyasi maraqları üçün istismar edir, “Den pobedı”nı milyonlar dinləyir, Frenkelin “Juravli”si unudulmur. Bizim də dillər əzbəri olan “Zəfər marşları”mız yaranmalıdır. Əsgər qəhrəmanlığını edib, onu səlnaməyə çevirmək hərbçilərin işi deyil. Dünyanın harasında dövlət başçısı həm orduya rəhərlik edir, həm də Yazıçılar Birliyinə gedib qəhrəmanlıq povestləri, romanlarının süjetini verir, Bəstəkarlar İttifaqında Qələbə simfoniyaları hazırlayır, sonra rəssamların əvəzindən portret çəkir? Heç bir yerində.. Stalin ayrı hadisədir.

“Salam Fərmandeh”i dünya şiələrinin çoxu öz dini-milli himninə çeviriblər. Bizim öz fərmandehimiz var axı-biz niyə etmirik? Əlbəttə, son “Qarabağnamə” əsəri alqışa layiqdir. Lakin gənclərimizi həvəskar Zəfər mahnılarının ümidinə qoymalı deyilik. Sonra deyirik ki, əhalinin 80 faizi xarici musiqi və filmlərin təzyiqi altındadır. Axı bizim ‘yumşaq güc” siyasətimiz üçün Böyük qayıdışın hər fəslini götürüb əsərə çevirmək olar.

Bir Nikita Mixalkovun Beseqonu bir ordunun işini görür. Qərbin “Oskar”ını alan Mixalkovu sanksiyalara məruz qoyublar. Bizim mədəniyyət xadimləri sanksiyasız dövləti elə fədakarlıqla müdafiə edirmi?

Qardaş Türkiyə haqlı olaraq, imperiya keçmişini dirçəldir, “Diriliş Ərtoğrul”u, “Möhtəşəm Yüz il”i, “Paytaxt Əbdülhəmid”i, “Fateh-1453”-ü çəkir. Bizim də dirilişimiz, möhtəşəmliyimiz, Şuşa qələbə paytaxtımız, fatehimiz əbədiləşməlidir.

Qorxulu kütləvi qırğın silahları, “F35”-lər deyil, mədəni irsi məhv edən təbliğatdır, NoWarçı-lar, anarxistlər, nihilistlərdir, sosial layihələr adı altında Rotary-lər, Salam Sinemalar, iştirak evləri, ideaLablar-dır.

Büdcə üzərində yüksək işləri alqışlayır, Hökumətimizə növbəti 2025-ci uğurlu inkişaf ili arzulayır, təkliflərə diqqətlə yanaşılacağına inanır, layihəyə müsbət səs verəcəyimizi bildiririk".

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 25 Noyabr 2024 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see166

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see148

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see134

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see133

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see133

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see131

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see130

Cənubi Koreyada seçkilərə şok qərar: namizədlərdən biri geri çəkildi

01 İyun 2025 19:55see129

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see129

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see128

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see127

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see127

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see126

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see126

“Çox sevdiyim bir “uşağ”ım var” Xanımından iş adamına

01 İyun 2025 23:26see125

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see123

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see122

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see120

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see117

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri