Icma.az
close
up
RU
Düşmən hərəkətə keçdi, iki ölkə hazırlığa başladı: Qisas əməliyyatı

Düşmən hərəkətə keçdi, iki ölkə hazırlığa başladı: Qisas əməliyyatı

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“ABŞ-ın Suriyada İŞİD-ə qarşı əməliyyata başlaması əslində qisas xarakteri daşıyır. Çünki dekabrın 13-də İŞİD tərəfindən Suriyada Vaşinqton və Dəməşq qüvvələrinə hücum həyata keçirilmişdi. Həmin hücum nəticəsində amerikalı iki əsgər və bir tərcüməçi həlak oldu, daha üç əsgər isə yaralandı”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Zeynal Əmrəliyev deyib.

Politoloq bildirib ki, keçmiş prezident Bəşər Əsəd rejimi hakimiyyətdən devrildikdən sonra formalaşan yeni hökumət hələlik Suriya ərazisi üzərində nəzarəti tam bərpa edə bilməyib:

“Hazırda müəyyən təhlükəsizlik boşluqları mövcuddur və bu boşluqlardan bəzi radikal qruplar, o cümlədən İŞİD fəal şəkildə istifadə edir. Suriyanın keçid dövrü prezidenti Əhməd Əl Şaraanın ABŞ-la yaxınlaşmasından sonra bu qruplar onu və formalaşdırdığı hökuməti açıq şəkildə düşmən elan ediblər. Vaşinqton isə bu prosesdə həm İŞİD-ə qarşı mübarizə aparır, həm də Əl Şaraa hökumətinə dəstək göstərir. Ehtimal etmək olar ki, yaxın perspektivdə Suriya ilə ABŞ arasında hərbi və təhlükəsizlik sahəsində əməkdaşlıq daha da genişlənəcək. Təsadüfi deyil ki, Suriyanın mövcud hökuməti keçirilən əməliyyatı dəstəklədiyini və terrorizmə qarşı mübarizədə ABŞ-la əməkdaşlığa hazır olduğunu açıq şəkildə bəyan edib.


Zeynal Əmrəliyev

Aparılan əməliyyat bir daha Suriyada İŞİD təhlükəsinin hələ tam aradan qalxmadığını göstərir. Bu isə ciddi təhlükəsizlik problemi deməkdir. Görünən odur ki, yaxın dövrdə bu tip əməliyyatların şahidi olmağa davam edəcəyik. Ümumilikdə isə ABŞ öz müttəfiqləri ilə birlikdə Yaxın Şərqdə radikal qruplara qarşı daha sistemli və sərt əməliyyatlar həyata keçirməlidir. Əks halda, bunun həm region ölkələri, həm də ABŞ üçün ciddi və uzunmüddətli nəticələri ola bilər”.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:200
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 21 Dekabr 2025 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri