“Düşmən media” qərarı: “İranın dövlət ağlının yerində olmadığını göstərir”
Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
İranın Kəşfiyyat Nazirliyi "İrana düşmən olan media qurumları" siyahısına Azərbaycan Televiziyasını (AzTV) da daxil edib.
AzTV-nin "Həftə" analitik-informasiya verilişində məsələni şərh edən sədr Rövşən Məmmədov bildirib ki, Azərbaycan mediası İranla bağlı hadisələri yalnız peşəkar jurnalistika prinsipləri əsasında işıqlandırdığı halda, belə bir qərarın hansı əsaslara söykəndiyi aydın deyil.
Onun sözlərinə görə, AzTV-nin siyahıya salınmasının səbəbi 44 günlük Vətən müharibəsi dövründə və sonrakı illərdə İran mediasının Azərbaycana qarşı yaydığı dezinformasiyalara faktlara əsaslanan cavablar verməsi ola bilər.
Məsələylə bağlı Medianın İnkişafı Agentliyi də bəyanat yayıb. Bəyanatda bildirilir ki, Azərbaycan Respublikası jurnalistlərin peşə fəaliyyətinin müdafiəsinə sadiq olmaqla yanaşı, qarşılıqlılıq prinsipinin tətbiqini də təmin edir:
“Belə ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 11.4-cü maddəsinə əsasən, Media Reyestrinə daxil edilmiş jurnalistlərin peşə fəaliyyətinin həyata keçirilməsinə digər dövlətlər tərəfindən xüsusi məhdudiyyətlər qoyulduqda həmin məhdudiyyətləri tətbiq etmiş dövlətin jurnalistlərinə Azərbaycan Respublikasında da eyni məhdudiyyətlər qoyula bilər.
Müvafiq maddənin tələbləri və qarşılıqlılıq prinsipi nəzərə alınaraq, Azərbaycan Respublikasının milli maraqlarına zidd fəaliyyət göstərən, ölkəmizin suverenliyi, konstitusiya quruluşu, ərazi bütövlüyü və milli təhlükəsizliyi əleyhinə təbliğat aparan media subyektlərinin - “Səhər” telekanalı və “Mehr” xəbər agentliyinin, həmçinin bu subyektlərin nümayəndələrinin Azərbaycan Respublikası ərazisində fəaliyyəti qanunsuz hesab edilir”.
İranın Azərbaycan mediasına qarşı bu mövqeyi nədən qaynaqlanır? İran Azərbaycan mətbuatından niyə qorxur?
“Cebheinfo.az”- a açıqlamasında siyasi şərhçi Azər Həsrət bildirib ki, həqiqətən də İranın Azərbaycanın dövlət televiziyasını düşmən kanal elan etməsini anlamaq çətindir.
O qeyd edib ki, indiki şəraitdə İranın əslində həm Azərbaycana, həm də onun mediasına çox ciddi ehtiyacı var:
“ABŞ qarşısında yesirə dönmüş bir dövlət olaraq İran əslində Azərbaycanın ona uzatdığı dost əlini sıxmalı, münasibətləri daha yüksək səviyyəyə qaldırmağın qayğısına qalmalıdır. Amma görünən odur ki, İranda dövlət ağlı deyilən anlayış yoxdur. Elə buna görə də ABŞ bir tərəfdə qaldığı halda, İran gəlib Azərbaycan mediasını, özü də dövlət televiziyasını “düşmən media” elan edir”.
Siyasi şərhçinin sözlərinə görə, AzTV-nin İrana münasibəti həmişə peşəkar olub:
“Nəzərə almaq lazımdır ki, Azərbaycanın dövlət televiziyası İrana münasibətdə həmişə düzgün davranıb, təmkinli və peşəkar mövqe nümayiş etdirib. Yəni çalışıb ki, həddi keçməsin, İrana qarşı kampaniya xarakterli fəaliyyət aparmasın.
Halbuki Azərbaycanın dövlət televiziyasının İrana qarşı kampaniyaçılığa haqqı da var. Buna baxmayaraq, belə bir yanaşma sərgilənməyib. Digər tərəfdən, İranın dövlət tərəfindən maliyyələşdirilən və konkret olaraq Azərbaycan dövlətinə qarşı qurduğu "Səhər Azəri" televiziya kanalı var.
Həmin kanal açıq şəkildə dövlət vəsaiti hesabına anti-Azərbaycan təbliğatı aparır və bunu olduqca çirkin formada həyata keçirir. Bunun müqabilində isə biz kifayət qədər təmkinli davranmışıq. Xüsusilə də AzTV bu məsələdə hər zaman təmkinini qoruyub.
Belə bir şəraitdə AzTV-ni “düşmən media” elan etmək, həqiqətən də İranı idarə edənlərin ağlının yerində olmamasının göstəricisidir”. Azər Həsrət vurğulayıb ki, İranın təxribat planları Azərbaycanın təmkinli siyasəti qarşısında nəticəsiz qalacaq: “Əlbəttə, İran çökməkdədir.
Onun son günlərini, son aylarını, yoxsa son illərini yaşadığını dəqiq deyə bilmirəm. Amma belə bir deyim var ki, cəhənnəmə gedən özünə yoldaş axtarır. Görünən odur ki, İran cəhənnəmə getmək üzrədir və özünə yoldaş axtarır.
Azərbaycan Respublikasını da əsəbiləşdirərək özündən çıxartmaq, təxribatlara çəkmək istəyir. Lakin buna nail ola bilməyəcəklər. Azərbaycan hər zaman olduğu kimi, bundan sonra da öz təmkinini qoruyacaq”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”
Açar sözlər: İran Azər Həsrət
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:174
Bu xəbər 28 İyul 2026 12:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















